Clockwork Planet
Clockwork Planet (クロックワーク・プラネット, Kurokkuwāku Puranetto, azərb. Saat mexanizmi planeti) — Şinonun rəssamlığı ilə Yuu Kamiya və Tsubaki Himana tərəfindən yazılan ranobe seriyası. 2 aprel 2013-cü ildən bu yana Kodansha nəşriyyatının Kodansha Ranobe Bunko imprinti altında 4 cildi çapdan çıxmışdır. Kuronun rəssamlığı ilə hazırlanan manqa adaptasiyası isə 2013-cü ildən Kodansha nəşriyyatının "Monthly Shōnen Sirius" şonen manqası jurnalında nəşr olunur. Manqanın 5 tankobon cildi çapdan çıxmışdır. Anime adaptasiyasının 2017-ci ilin aprelindən yayımlanması planlaşdırılır.
Hadisələr tamamilə dağılmış və saat mexanizmi ilə tamamilə yenidən tikilmiş dünyada baş verir. Bir gün Naoto Miura adlı lisey şagirdi gözlənilmədən bir avtomat qızla rastlaşır.
Naoto Miura (見浦ナオト, Miura Naoto)
Səsləndirən: Yoşino Nanco
RyuZU (リューズ, Ryūzu)
Səsləndirən: Ay Kakuma
Mariya Bell Breqe (マリー・ベル・ブレゲ, Marī Beru Burege)
Səsləndirən: Saori Onişi
Vaynni Halter (ヴァイネイ・ハルター, Vai'nei Harutā)
Səsləndirən: Keniçiro Matsuda
AnkoR (アンクル, Ankuru)
Səsləndirən: Sayaka Senbonqi
İlk ranobe cildi 2 aprel 2013-cü ildə Kodansha nəşriyyatı tərəfindən Kodansha Ranobe Bunko imprinti altında nəşr olunmuşdur. 29 dekabr 2015-ci ilə kimi dörd cildi çapdan çıxmışdır.