COLD

cold1

n 1. soyuq; soyuqluq; şaxta; intense / dreadful / murderous / piercing ~ bərk / dəhşətli / son dərəcə bərk / sümüyə işləyən soyuq; to shiver / to tremble with ~ soyuqdan əsmək; 2. soyuqlama, soyuqdəymə; zökəm, tumov; to catch / to take (a) ~ soyuqlamaq, özünü soyuğa vermək; to have a ~ soyuq dəymək;

◊ to be dead with ~ bərk soyuqlamaq, soyuq sümüyünə işləmək

cold2

adj 1. soyuq; ~ day / wind / room soyuq gün / külək / otaq; to be ~ üşümək; 2. soyuq, quru, qaşqabaqlı; ~ welcome soyuq qəbul; ~ heart soyuq ürək; ~ greeting quru / soyuq salamlaşma; to give smb. a ~ look bir kəsə soyuq nəzərlə baxmaq; 3. laqeyd, etinasız, maraqsız, hissiz; 4. sakit, təmkinli, ağır (xasiyyət haq.);

◊ ~ Steel soyuq silah; ~ war soyuq müharibə; to act in ~ blood soyuqqanlıqla hərəkət etmək; to show / to give smb. the ~ shoulder bir kəsə qarşı laqeydlik göstərmək / laqeyd olmaq

COINER
COLD-ARMS
OBASTAN VİKİ
Coldplay
Coldplay (Koldpley kimi tələffüz olunur) – İngiltərə alternativ rok qrupu. 1996-cı ilin payızında fəaliyyətə başlayan qrup indiki müvəffəqiyyətə 2000-ci ildə yayımlanan Parachutes albomu ilə nail oldu. Albomdakı «Yellow» hiti uzun müddət Böyük Britaniya və Amerika Birləşmiş Ştatları hitparadlarında zirvədə öz yerini saxladı. Coldplay albomları 50 milyondan çox tirajla satılıb. == Üzvləri == Qrup dörd üzvdən ibarətdir: Kris Martin (Chris Martin) — vokal, klavişlər, akustik gitara, piano, dodaq qarmonu; Coni Baklend (Jonny Buckland) — elektrik gitara, bek-vokal; Qay Berrimen (Guy Berryman) — bas-gitara, sintezator, akustik gitara, dodaq qarmonu, bek-vokal; Uill Çempion (Will Champion) — zərb, klavişlər, bek-vokal. Coldplay iştirakçıları müxtəlif sosial və siyasi şirkətlərin aktiv tərəfdarıdır, xüsusilə Oxfam — Make Trade Fair və Amnesty Internationaldə. Qrup həmçinin müxtəlif sosial layihələrdə; Band Aid 20, Live 8 və xərçəng xəstəsi olan uşaqlara dəstək üçün nəzərdə tutulmuş konsertlərdə çıxış edib. == Qrup haqqında == === İlk illər === Coldplay qrupunun üzvləri London Universitet Kollecinin yataqxanasında tanış olmuşdular. Onlar burada oxuyurdular. Qrupun gələcək vokalisti Kris Martin tarixçi olmağa hazırlaşırdı, gitara çalan Coni Baklend astronomiya və riyaziyyatla maraqlanırdı, bas gitarist Qay Berrimen isə özünü mühəndis olaraq görürdü, amma baraban ifaçısı Uill Çempion planlaşdırırdı ki, özünü antropologiyaya həsr etsin.
Coldünya
Coldünya qrupu — 1992-ci ildə Bakıda yaradılmış rok qrupu. == Heyəti == Teymur Nadir - vokal, piano Rövşən Kərimov - gitara, vokal Samir Cəfaəli - drums, sintezanorlar, programming, vokal Aydin Haciyev - bas gitara, dodaq garmonikasi == Ad == Coldünya - sözünün mənası Cold (-ingiliscədən "soyuq") və Dünya sözlərinin ahəngindən yaranıb iki fərqli Qərb - ingilis və, Şərq - azərbaycan mədəniyyətlərinin bir araya gətirilməsini bildirir. Bunun nəticəsini qrupun ifa etdiyi standart "hard rock" bünövrəsində Azərbaycan muğam ladları üzərindəki improvizasiyalarını dinlədikdə aydın ayırd etmək olar. Qrupu bu xüsusiyyətlərə görə hardasa "Folk-Rock" bölümünə aid etmək olar. == Fəaliyyəti == 1996–cı ildə qrupun “Nota Bene” adlı ilk albomu işıq üzü gördü. Elə həmin vaxt “Sehrbaz” mahnısına qrupun ilk klipi çəkildi. (ANS TV). 1996–cı ilin oktyabr–noyabr aylarında “Sehrbaz” BBC radiosunda (London) ən yaxşı xarici hitlər onluğuna düşdü və iki həftə ərzidə 7 –ci yerdə durdu. 1997–ci ildə qrupun ikinci klipi “Aşiq və Aldadılmış” mahnısına çəkildi. (ANS TV).