COME-BETWEEN

n vasitəçi; aradüzəldən; münsif

COME-BACK
COME-BY-CHANCE
OBASTAN VİKİ
Come on Eileen
Come On Eileen - Dexys Midnight Runners qrupu tərəfindən 1982-ci ildə çıxarılmış sinql. Mahnının musiqisi Kevin Rouland tərəfindən yazılmışdır. Mahnı Birləşmiş Krallıq hit paradlarında birinci yerə yüksəlmişdir.
November Has Come
November Has Come — Böyük Britaniyanın virtual musiqi qrupu olan Gorillaz-ın sayca ikinci studiya albomu "Demon Days"-da səslənmiş mahnı. Bu mahnıda repçi MF Doom xüsusi qonaq qismində çıxış edir.
Baby, Come to Me
Baby, Come to Me – Ros Temperton tərəfindən bəstələnmiş və kişi – qadın dueti kimi nəzərdə tutulmuş R&B mahnısı. Mahnı orijinal versiyada Patti Austin və James Ingram tərəfindən ifa edilmişdir.
Don't Come Easy
Don't Come Easy (azərb. Asan gəlmə‎) — Avstraliyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Avstraliyanın The X Factor müsabiqəsinin qalibi Ayzeya Fayrbreys Avstraliyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində "Don't Come Easy" mahnısı ilə təmsil etmişdir. Mahnının bəstəkarları 2016-cı ildə müsabiqədə Dami İmə 2-ci yeri qazandıran "Sound of Silence" mahnısının bəstəkarlarıdır.
You Come To Me
You Come To Me — Sami Yusufun 2009 - cu ildə çıxardığı sinql. Mahnı müğənnnin Without You adlı albomundan çıxarılan ilk sinqldır və Məhəmmədə həsr olunub. Mahnı türk - ingilis, ərəb - ingilis, fars - ingilis və ingilis dillərində ifa edilib. Mahnının klipi türk - ingilis dillərində ifa edilmiş versiyaya çəkilib. Bu Sami Yusufun yaradıcılığında ikinci belə haldır. Qeyd etmək lazımdır ki, o, 2005-ci ildə ifa etdiyi Mother mahnısının da türk - ingilis versiyasına klip çəkdirmişdi. Görünür bu, onun özünün də mənşəcə Azərbaycan türklərindən olmasından irəli gəlir.
Come Out and Play
"Come Out and Play" — amerikalı müğənni Billi Aylişin mahnısı. 20 noyabr 2018-ci ildə Darkroom və Interscope Records tərəfindən sinql kimi rəqəmsal formatda buraxılıb. Mahnı həmçinin onun ilk studiya albomu "When We All Fall Asleep, Where Do We Go?"nun Yaponiya buraxılışında yer alıb.
Everything You've Come to Expect
Everything You've Come to Expect — The Last Shadow Puppets qrupunun 1 aprel 2016-cı ildə Domino Records tərəfindən buraxılan ikinci albomu. Albom 2014-cü ildə London, Paris və Los-Anceles şəhərlərində qrupun həmmüəllifləri Aleks Törner və Mayls Keyn tərəfindən yazılmışdır. Prodüserliyini Malibuda qrupun üzvü Ceyms Ford qonaq musiqiçi Mett Helders və yeni basçı Zak Daues ilə birlikdə etmişdir. Aranjimanlar əvvəlki albomda olduğu kimi yenidən Ouen Pallett tərəfindən edilmişdir. Üz qabığında 1969-cu ilin noyabrında Cek Robinson tərəfindən çəkilmiş Tina Törnerin rəqs etdiyi zaman çəkilmiş şəkli yer almışdır. Şəkli illüstrator Metyu Kuper dəyişdirərək ona qızılı rəng verib. Everything You've Come to Expect qrupun əvvəlki albomundan fərqli olaraq daha çox maksimalist səviyyədə hazırlanıb. Mahnılar əsasən barokko-pop, mavi göz soul və psixodelik pop janrındadır. Albom desert rock, postpank, fank, disko və italyan film saundtrekləri də daxil olmaqla müxtəlif yerlərdən təsirlənib. Mahnıların sözləri hedonizm, romantika, özünə dəyər və iki gənc kişinin gecə həyatı haqqındadır.