COMMAND

command1

n 1. əmr, hökm, sərəncam, komanda; at / by smb.’s ~ kiminsə əmri ilə; to give a ~ əmr / komanda vermək; 2. hərb. komandirlik etmə; to suspend from ~ komandirlik etməkdən kənarlaşdırmaq; to take ~ komandirlik etməyi öz üzərinə götürmək.; to be in ~ of a regiment polka / alaya komandirlik etmək; 3. hərb. hissə, birləşmə; hərbi dairə; 4. hökmranlıq, üstünlük; nəzarət; ~ of the sea dənizdə hökmranlıq / üstünlük; He felt that he was really in command of the situation O, hiss etdi ki, həqiqətən vəziyyətin ağasıdır; 5. sərəncam, əmr; to be at smb.’s ~ bir kəsin əmrinə hazır / müntəzir olmaq; I'm at your command Mən sənin /sizin əmrinə / əmrinizə müntəzirəm;

◊ Chain of ~ xidməti pillə, subordinasiya

command2

v 1. əmr etmək / vermək; to ~ silence susmağı əmr etmək; He commanded us to come at once O əmr etdi ki, biz dərhal gələk; 2. komandirlik etmək; to ~ a battalion / a ship batalyona / gəmiyə komandirlik etmək; The king commands the armed forces Kral silahlı qüvvələrə komandirlik edir; 3. gizlətmək, saxlamaq (hissi və s.); I advised him to command his temper Mən ona məsləhət gördüm ki, özünü ələ alsın; 4. ixtiyarında / sərəncamında olmaq; He commands vast sums of money Onun sərəncamında böyük məbləğdə pul var; 5. ağalıq / hökmranlıq etmək; to ~ the seas dənizlərdə ağalıq / hökmranlıq etmək

COMMA
COMMANDANT
OBASTAN VİKİ
Command & Conquer
Command & Conquer (transkripsiya: [kəˈmænd ənd ˈkɑŋkər] - tələffüz: kımənd ənd kankır)(qısaltmaları C&C və ya CnC)(tərc. "Əmr ver, fəth et" və ya "Əmr və Fəth") real-vaxt strategiya videooyun media françayzdır, ilk dəfə Westwood Studios tərəfindən istehsal olunub. İlk buraxılış real-vaxt strategiya (RTS) janrının ilk oyunlarından biridir. Westwood Studios şirkəti 1998-ci ildə Electronic Arts tərəfindən alınmış, 2003-cü ildə mövcudluğuna xitam verilmişdir. Studiyanın bəzi üzvləri Electronic Arts Los Angelesə keçmiş, seriyanın davam edilməsində iştirak etmişlər. İlk quruluş, Command & Conquer, Westwood tərəfindən 31 avqust 1995-ci il tarixində dünya bazarına çıxarılmışdır. Sujet: hadisələr yaxın gələcəkdə baş verir, Yer sirli təbii ehtiyat olan tiberium vasitəsi ilə infeksiyaya yoluxur. Bu maddəni nəzarətə götürmək istəyən BMT tərəfindən yaradılmış Qlobal Müdafiə Təşəbbüsü (GDI) ilə, maddəni ələ keçirməyə çalışan, müəmmalı Keyn tərəfindən idarə olunan "Nod Qardaşlığı" arasında qlobal müharibə başlayır. Yüksək uğurun ardınca seriyaya 1996-cı ildə Command & Conquer: Red Alert (tərc. "Qırmızı xəbərdarlıq") əlavə olunur, bu buraxılışda uydurulmuş alternativ kainatda Sovet İttifaqı Qərb Birliyinə qarşı müharibə aparır.
Command & Conquer (oyun seriyası)

Norton Commander
DOS üçün məşhur fayl-menecer olan Norton Commander amerikalı proqramçı Con Souxa (John Socha) tərəfindən yaradılmışdır. Proqram Piter Nortonun (Peter Norton) rəhbərlik etdiyi, sonradan “Symantec” şirkətinə satılmış “Peter Norton Computing” şirkəti tərəfindən istifadəyə verilmişdir. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.