CP

Certificate Policy Sertifikatların tətbiqi siyasəti
Covert timing channel
CPE
OBASTAN VİKİ
Sportinq CP FK
"Sporting CP" (port. Sporting Clube de Portugal) — Portuqaliyanın Lissabon şəhərini təmsil edən peşəkar futbol klubu. Klub 1906-cı ildə Joze Alvalade tərəfindən təsis edilmişdir. Qurucu "Sportinqin Avropanın ən böyük klubları qədər böyük olmasını istəyirik" dedi.
CPU
Mikroprosessor (CPU) (Central Processing Unit) — fərdi kompüterlərin düşünən beyni olub ana plata üzərində yerləşir, ədədlər üzərində hesab-məntiq əməllərini və idarəni həyata keçirir. Mikroprosessor hesab-məntiq və idarə qurğusunu özündə birləşdirir.Ayrıca qurğu şəklində düzəldilən mərkəzi prosessor. Ölçüləri təqribən 2.5~2.5 sm olan çağdaş mikroprosessorun inteqral sxemində 1 milyondan artıq tranzistor olur. Mikroprosessor fərdi kompüterlərin hamısının əsasıdır, çünki yaddaş və qida mənbəyi əlavə etməklə praktiki olaraq hazır kompüter almaq olar (əlbəttə, periferiya qurğularını çıxmaqla). Bu günə olan ən geniş yayılmış mikroprosessorlar bunlardır: Apple Macintosh kompüterlərinin əsasında olan Motorola firmasının 680x0 mikroprosessorları və bütün IBM PS/2 və PC-uyumlu kompüterlərin əsasında olan Intel firmasının 80x86 ailəsi Mikroprosessorları əsasən Intel, AMD və Cyrix firmaları istehsal edir. Intel firması öz mikroprosessorlarını əsasən Pentium markası ilə istehsal edir. Bu cür mikrosxem özündə təqribən 3,1 milyon tranzistoru birləşdirir. Pentium tipli mikroprosessorun arxitekturası özündə iki hesab-məntiq qurğusunu birləşdirir. Bu da bir taktda iki əmrin yerinə yetirilməsinə imkan verir. 75 Mhs tezlikli Pentium prosessorunun hesablama məhzuldarlığı saniyədə 112 milyon əməliyyatdır.
CPE
Customer-premises equipment (CPE; hərf. müştəri tərəfindən təchiz edilmiş avadanlıq) — telekommunikasiyada abunəçinin ərazisində yerləşən və demarkasiya nöqtəsində daşıyıcının telekommunikasiya kommutasiyasında qoşulmuş istənilən terminal və əlaqəli avadanlıq. Demarkasiya nöqtəsi müştərinin avadanlığını rabitə xidməti provayderinin paylayıcı infrastrukturunda və ya mərkəzi ofisində yerləşən avadanlıqdan ayırmaq üçün bina yaxud kompleksdə qurulmuş nöqtədir. CPE ümumiyyətlə telefonlar, ruterlər, şəbəkə svişləri, yaşayış şlüzləri (RG), "set-top box"lara, sabit mobil konvergensiya məhsullarına, ev şəbəkəsi adapterlərinə, eləcə də istehlakçılara lokal şəbəkə (LAN) olan yaşayış yeri və ya müəssisələrdə provayderlərin rabitə xidmətlərinə daxil olmaq və onları yaymaq imkanı verən internetə çıxış şəbəkə keçidləri kimi cihazlara aiddir. CPE yuxarıda qeyd edildiyi kimi aktiv avadanlıq, analoq telefon adapterləri (ATA) və ya xDSL bölücüləri kimi passiv avadanlıq ola bilər. Bura əsas telefon sistemləri və özəl filialların əksəriyyəti daxildir. CPE kateqoriyasına ifrat voltaj üçün mühafizə avadanlıqları və "payphone" daxil deyil. Telekommunikasiya xidmətinin çatdırılması üçün zəruri olan, lakin avadanlıq kimi müəyyən edilməyən digər növ materiallar, məsələn, təlimatlar, kabel paketləri və kabel adapterləri əvəzinə CPE-periferik qurğular adlandırılır. CPE abunəçi tərəfindən satın alınmış cihazlara, ya da operator və ya xidmət təminatçısı tərəfindən təmin edilən avadanlıqlara aid ola bilər. "Customer-premises equipment" və "customer-provided equipment" ifadələri bu avadanlığın tarixini əks etdirir. ABŞ-də "Bell System" inhisarına əsasən həmin şirkət telefonların mülkiyyətçisi idi və bir şəxs onları ya özəl mülkiyyətdə olan, ya təchiz edilmiş cihazları şəbəkəyə və ya stansiya aparatına qoşa bilməzdi.