CULFAÇI

(Şəki)
yun şal, şalvar, pencək və s. toxuyan. – Qavaxlar kəntdə yunnan şal toxuyana diyərdilər culfaçı
CULAZ
CULLAB
OBASTAN VİKİ
Culfaçılıq
Culfaçılıq — Azərbaycanda pambıq parça (bez, cecim və s.) toxuculuğu ilə bağlı ənənəvi sənət növü. Keçmişdə pambıq parçanın özünəməxsus istehsal texnologiyası olmuşdur. Toxuma prosesi culfa dəzgahında nişana və məkik vasitəsilə icra olunurdu. Cecim toxumaq üçün iplik əvvəlcədən müxtəlif rənglərə boyanırdı. Culfaçılıqda bez istehsalı əsas yer tutduğundan, o, bəzzazlıq da adlandırılmışdır. Azərbaycanda əsasən, ev peşəsi səciyyəsi daşımışdır. Naxçıvan, Culfa, Gəncə, Ordubad və s. şəhərlərdə culfaçılıq kustar sənət və əmtəə istehsalı səviyyəsinə qalxmışdır. XIX əsrin 30-cu illərində Ordubad əhalisinin yarıya qədəri bəzzazlıqla məşğul olmuşdur.

Значение слова в других словарях