CƏBRAİL

Allaha ən yaxın dörd mələkdən biridir. Onun vəzifəsi Allahın vəhylərini peyğəmbərlərinə çatdırmaqdır. Məhəmməd peyğəmbərə Quran Cəbrail vasitəsi ilə nazil olunmuşdur (Quran, 2: 97). Cəbrail sözü iki qədim sami sözlərindən yaranmışdır: “Cibr” (kölə) və “İl” (Tanrı). Birlikdə səslənəndə bu sözlər “Allahın köləsi” mənasını verir. Quranda Cəbrail – Ruh və ya Müqəddəs Ruh kimi sözlərlə anılmaqdadır. O, Allahın peyğəmbərləri qarşısında müxtəlif şəkillərdə görünə bilirdi.
CAZİBƏ
CƏBRİLƏR
OBASTAN VİKİ
Cəbrail
Cəbrayıl (Cibril) — iudaistik, xristian və müsəlman ənənələrinə görə Allaha ən yaxın olan mələklərdən biri. Xristianlıqda o, arxmələkdir və əvvəlcə Vəftizçi Yəhyanın, sonra isə Məryəmə İsanın doğulacağını (Müjdə) qabaqcadan xəbər verir. İslam ənənəsinə görə o, Allahın iradəsini Qurana köçürmüş və ayrı-ayrı vəhylər şəklində Məhəmməd peyğəmbərə çatdırmışdır. Roland haqqında nəğmədə o, Böyük Karla baş verən hadisələri xəbər verir. Cəbrayıl Azərbaycan folkloruna da daxil olmuşdur. Rəvayətlərdə Cəbrayılın Məhəmməd (ə.s) peyğəmbərə gah Pak Ruh gah da cavan oğlan kimi göründüyü bildirilir. Üç səmavi dində adı keçən bu mələk İbranicə Gavriel; Latınca Gabrielus; Yunanca Gabriel; Aramicə Gabr-el və Ərəbcədə isə Cəbrayıl və ya Cibril olaraq bilinir. Təbəriyyə görə "Cəbrayıl" sözü "Cəbr" və "İl" sözlərinin birləşməsindən yaranmışdır. Burada "Cəbr" "Əbd" (qul) mənasında "İl" isə Allah deməkdir. Dolayısı ilə bu söz Allahın qulu mənasına gəlir.
Cəbrail Osmanov
Cəbrail Osmanov (1 yanvar 1936, Koraoba, Astara, Azərbaycan SSR, SSRİ) — rabitə veteranı, əməkdar rabitə işçisi, prezident təqaudçüsü. Cəbrail Osmanov 1936-cı ildə Astara rayonunun Koraoba (indiki Tüləgüvan) kəndində anadan olub. 1954-cü ildən rabitəçi kimi çalışıb. Azərbaycan SSR rəhbərliyi tərfində müxtəlif medal və ordenlərlə təltif olunub. Müstəqillik dövründə də əmək fəaliyyətini davam etdirən Cəbrail Osmanov, İlham Əliyevin 2007-ci il sərəncamına əsasən "Prezident Təqaüdü" ilə mükafatlandırılıb. Uzunömürlü, ikinci dünya müharibəsi iştirakçısı, xeyriyyəçi Ömər Əliyevin oğludur. 1971. "Şərəf nişanı" ordeni 1974. "Sosialist Yarışı Qalibi" nişanı 1980. "Qırmızı əmək bayrağı" ordeni 1985.
Cəbrail Xanməmmədov
Cəbrail Hüseynxan oğlu Xanməmmədov

Значение слова в других словарях