cəng-cida 2021
cəngavər
OBASTAN VİKİ
Cəfərabad (Cəng Almaz)
Cəfərabad (fars. جعفر آباد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 141 nəfər yaşayır (31 ailə). Əhalisini kürdlər təşkil edir.
Keçəgünbəd (Cəng Almaz)
Keçəgünbəd (fars. كچه گنبد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 168 nəfər yaşayır (31 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Yengikand (Cəng Almaz)
Yengikənd (fars. ینگی‌کند‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 222 nəfər yaşayır (41 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Əmir Bahaduri-Cəng
Hüseynpaşa xan Məhəmmədsadıq xan oğlu Bahadurlu (1855-1917) — İran şahı Məhəmmədəli şahın saray vəziri. Hüseynpaşa xan Məhəmmədsadıq xan oğlu 1855-ci ildə Qaradağ vilayətinin Şərqi Dizmar mahalının Mərdannaqim kəndində anadan olmuşdu. Tanınmış Bahadurlular nəslindəndir. Bu soy Rusiya-İran müharibəsi zamanı Qarabağdan mühacirət edib. Hüseynpaşa xan mükəmməl təhsil almışdı. Təbrizə yollanıb vəliəhd Müzəffərəddin mirzəyə xidmət etmişdi. 1884-cü ildə yüzbaşı, 1886-cı ildə qullarağasıbaşı, 1891-ci ildə acudanbaşı rütbəsinə, 1892-ci ildə Əmir Bahaduri-Cəng ləqəbinə layiq görülmüşdü. Müzəffərəddin şah 1896-cı ildə Nizamüssəltənə Abdulla xan Qacar keşikçibaşının yerinə təyin etdi. Şah qvardiyasının rəisi oldu. Hüseynpaşa xan Əmir Bahaduri-Cəng 1903-cü ildə sərdar rütbəsinə layiq görüldü.
Cehel Amiran (Cəng Almaz)
Cehel Amiran (fars. ‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 120 nəfər yaşayır (27 ailə). Əhalisini kürdlər təşkil edir.
Cəng-i Sər (Salmas)
Cəng-i Sər (fars. جنگ سر‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 239 nəfər yaşayır (45 ailə).
Cəng-i Sər (Xoy)
Cəng-i Sər (fars. جنگسر‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 230 nəfər yaşayır (41 ailə).
Mirzə Məhəmməd xan Səfdər Cəng
Əbulmənsur Mirzə Məhəmməd xan Səfdər Cəng Baranlı və ya daha çox tanındığı adı ilə Səfdər Cəng (15 dekabr, 1708 - 5 oktyabr, 1754) — Aud nəvvabı. Səfdər Cəng Böyük Moğol imperiyasının zəiflədiyi dövrdə saraydakı əsas şəxslərdən biri olmuşdur. O, Audun ikinci nəvvabı olmuş və bu vəzifədə həm dayısı, həm də qayınatası olan Səadət Əli xanı əvəz etmişdir. Ondan sonrakı bütün Aud nəvvabları Səfdər Cəngin soyundan gələn şəxslər olmuşdurlar. O, Azərbaycan hakimləri Qaraqoyunlu sülaləsinin soyundan gəlirdi. 1739-cu ildə o, həm dayısı, həm də qayınatası olan I Bürhan-ül-Mülk Səadət Əli xanı devirərək Aud taxtına oturdu və oranı 19 mart 1739-cu ildən 5 oktyabr 1754-cü ilə qədər idarə etdi. Böyük Moğol imperatoru olan Məhəmməd şah ona Səfdər Cəng titulunu vermişdir. Bacarıqlı hakim olan Səfdər Cəng nəinki Auddakı sabitliyi qoruyub saxlaya bilmiş, eyni zamanda artıq hakimiyyəti zəifləmiş Məhəmməd şaha da yüksək səviyyədə dəstək göstərmişdir. Bundan qısa müddət sonra ona Kəşmirin də hakimliyi verilmiş və Dehli sarayında əsas fiqurlardan birinə çevrilmişdir. O, Məhəmməd şahın hakimiyyətinin son illərdə bütün imperiya üzərində hakim mövqeyə sahiblənmişdi.
Odlu cəng arabaları (film, 1981)
"Odlu cəng arabaları" (ing. Chariots of Fire) — rejissor Hyu Hadson tərəfindən 1981-ci ildə çəkilmiş Britaniya tarixi dramı. Bu film Parisdə keçirilmiş 1924 Yay Olimpiya Oyunlarında iştirak etmiş iki idmançının: tanrı yolunda çalışan dindar şotland sprinteri Erik Liddel, digəri isə İngiltərə yəhudisi Harold Abrahams haqqındadır. Bu film Kann kinofestivalında (1981) 2 mükafat, 4 nominasiyada Oskar mükafatı (Ən yaxşı film, 1982), 3 BAFTA mükafatı (1982) və digər mükafatlar qazanmışdır. Film, həmçinin məşhur yunan bəstəkarı Vangelisin sonradan dünya hit-paradında birinci yerləri bölüşəcək instrumental musiqisi ilə də yaddaşlarda qalmışdır. Filmin başlığı ingilis şairi Uilyam Bleykin "Yerusəlim" himnindəki "Mənə odlu cəng arabalarını gətirin" sətrindən ilhamlanaraq verilmişdir. Həmin himni filmin sonlarında eşidə bilərik. Həqiqətdə isə "odlu cəng arabaları" ifadəsi İncilin Çarlıqların dördüncü kitabından (2:11 və 6:17) götürülmüşdür. 1919-cu ildə Kembric Universitetinə daxil olan Harold Abrahams (Ben Kross) oxuduğu təhsil müəssisəsində antisemitizmlə qarşılaşsa da, lakin Qilbert və Sallivan klubunda iştirak etməkdən zövq alırdı. O, Kembricdə Triniti Böyük Kortunu saat əqrəbinin düz 12:00-u vurması ilə qaçaraq finişi vaxtında keçən yeganə şəxsə çevrilir.

Значение слова в других словарях