CƏNUB-QƏRB

юго-запад
CƏNUB
CƏNUB-QƏRBİ
OBASTAN VİKİ
Cənub-qərb
Cənub-qərb — Cənub tərəfi ilə qərb tərəfi arasında olan keçid səmt.
Qərb
Qərb və ya Batı Yer kürəsinin coğrafiyasında dörd istiqamətdən biridir. Səmtləri müəyyənləşdirən kompasda şərqin ( Gün çıxan səmt ) əksi kimi qəbul edilib. Coğrafiyanın təkmilləşməsi dövründə "Qərb" "günün batması yeri" kimi başa düşülürdü. Yer kürəsi qərbdən şərqə tərəf förlandığından Günəşin əks istiqamətdə hərəkəti təəssüratı yaranır. Əslində isə Yer kürəsi Günəşin ətrafında fırlanır. Xəritədə qərb tərəfi solda yerləşir. Azərbaycan dilində qərb Coğrafiyada "Q", beynəlxalq işarələmədə "W" ilə işarələnir. 1945-199-cı illərdə Soyuq Müharibə dövründə "Qərb" ifadəsi həmçinin NATO düşərgəsinə aid edilirdi. Hal-hazırda köhnə Avropa mənasında işlədilir. Pravoslav və lüteranlıqda kilsələrin zınqırovları qərbə tərəf istiqamətləinb.
Cənub
Cənub və ya Güney — Şimal (Quzey) səmtinə əks olan coğrafi səmt. Cənub qütbünə işarə edir və "S"-lə işarələnir.
Gilan Qərb
Gilan Qərb — İranın Kirmanşah ostanında şəgər, Gilan Qərb şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 19,431 nəfər və 4,620 ailədən ibarət idi.
Kirind Qərb
Kirind Qərb — İranın Kirmanşah ostanının şəhərlərindən və Dalahu şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,894 nəfər və 2,041 ailədən ibarət idi.
Qərb Sahil
İordan çayının qərb sahili (ərəb. الضفة الغربية‎, aḍ-Ḍiffah al-Ġarbiyyah; ivr. ‏הַגָּדָה הַמַּעֲרָבִית‏‎, HaGadáh HaMaʽarávit) — Ön Asiyanın Levant bölgəsində, Aralıq dənizinin sahili yaxınlığında yerləşən, şərqdən İordaniya və Ölü dənizlə, cənubdan, qərbdən və şimaldan isə İsraillə həmsərhəd olan, dənizə çıxışı olmayan ərazi. Bölgə Fələstin Dövlətinin iddia etdiyi iki ərazidən (digəri Qəzzə zolağıdır) böyüyüdür. İordan çayının qərb sahili qismən Fələstinin idarəsi altında olan 165 Fələstin anklavına bölünür. İordan çayının qərb sahilinin qalan hissəsi, o cümlədən 200 İsrail yaşayış məntəqəsi tam İsrailin nəzarəti altındadır. Ərazinin 2 747 943 nəfər fələstinli əhalisi var və təxminən 220 000-i Şərqi Qüdsdə olmaqla 670 000-dən çox israilli köçkün burada yaşayır.
Qərb Universiteti
Qərbi Kaspi Universiteti — Azərbaycan Respublikasının Bakı şəhərində fəaliyyət göstərən özəl ali təhsil müəssisəsi.. Universitetin təsisçisi Azərbaycanın sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırovdur. Azərbaycanın ilk özəl ali təhsil müəssisələrindən biri olan Qərbi Kaspi Universitetinin əsası 1991-ci ildə Qərb Universiteti adı ilə qoyulmuşdur. 2017-ci ildən adı dəyişdirilərək Qərbi Kaspi Universiteti olmuşdur. 2021-ci ildə dünya universitetlərinin Birləşmiş Millətlər Təşkilatının Dayanaqlı İnkişaf Məqsədinə adekvat fəaliyyəti və bunun cəmiyyətə təsirini ölçən reytinqdə Qərbi Kaspi Universiteti 1240-dək dünya universiteti arasında 601+ yerdə qərarlaşıb. Universitet ən yaxşı nəticəni xüsusilə 5 məqsəd üzrə əldə edib və bu istiqamətlərdə dünyanın ən yaxşı 201–300 universitetindən biri olub. Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik məktəbi kafedra şəklində 1991-ci ildə "Riyaziyyat və Kompüter texnologiyaları" adı ilə fəaliyyətə başlamışdır. Kafedra öz fəaliyyəti dövründə İnformatika və hesablama texnikası istiqaməti üzrə, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi və Kompüter mühəndisliyi ixtisasları üzrə mütəxəssislər hazırlamışdır. 2017-ci ildən isə kafedra Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbinə çevrilmişdir. 2017-ci ildə Qərbi Kaspi Universitetində Dizayn və Memarlıq məktəbi yaradıldı.
Qərb ardıcı
Qərb ardıcı (lat. Juniperus occidentalis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Qərb bloku
Qərb bloku (ing. Western Bloc) — Soyuq müharibə dövründə Şərq blokuna qarşı ABŞ və NATO ilə müttəfiq olan ölkələrə verilən ad. Şərq blokuna SSRİ və ÇXR rəhbərliyindəki Varşava Müqaviləsi Təşkilatı ölkələri daxil idi. Qərb bloku ölkələrinin hökumətləri və mətbuatlarını özlərinə "Azad dünya" və "Qərb dünyası", Şərq bloku ölkələrinə isə "Kommunist dünyası" və ya "İkinci dünya" deyirdilər. Belçika Kanada Danimarka Fransa Almaniya (1990-cı ildən) Qərbi Almaniya (1955-ci ildən) Yunanıstan (1952-ci ildən) İslandiya İtaliya Lüksemburq Niderland Norveç Portuqaliya İspaniya (1982-ci ildən) Türkiyə (1952-ci ildən) Böyük Britaniya ABŞ Avstraliya Yeni Zelandiya ABŞ Avstraliya Fransa (1965-ci ilə qədər) Yeni Zelandiya Pakistan (1972-ci ilə qədər) Filippin Tailand Cənubi Vyetnam (1975-ci ilə qədər) Böyük Britaniya ABŞ Antanta İttifaq dövlətləri Antihitler koalisiyası Berlin-Roma-Tokio oxu Şərq bloku Matloff, Moris. Makers of Modern Strategy. Ed. Peter Paret. Prinston: Princeton UP. 1971. 702.
Qərb dağdağanı
Qərb dağdağanı (lat. Celtis occidentalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin dağdağan cinsinə aid bitki növü. Şimali Krım, Şimali Qafqaz, Şimali Amerikada yayılmışdır. Quru, daşlı torpaq şəraitində bitir. Quru, daşlı torpaq şəraitində bitir. Böyük Qafqazda rast gəlinir. Azərbaycanda dekorativ bitki kimi yaşıllaşdırmada istifadə olunur. Dekorativ bitkidir. Xiyabanlarda, bağlarda, parklarda tək və qrup əkinlərində istifadə edilir. Quru daşlıq yamaclarda tarlaqoruyucu əkinlər üçün yararlıdır.
Qərb divarı
Ağlama divarı — Qüdsdə Məbəd dağının qərb tərəfində yerləşmiş qədim yəhudi məbədi divarının qalıqları. Qüdsdə olan yəhudilər üçün müqəddəs hesab edilən, Qüds məbədinin aşağı hissəsində qalmış qərb divarıdır. Buna görə Qərb divarı (ivr. ‏ הַכּוֹתֶל הַמַּעֲרָבִי‏‎) adı ilə tanınır.. Yəhudilərin, Süleymanın Qüdsdə tikdirdiyi Beyt-ül-Makdisdən qaldığına inandıqları və müqəddəs olaraq qəbul etdikləri divardır. Yəhudilərin ha-Kotel ha-Ma’aravi (Qərb Divarı) dedikləri bu divar zamanla Xristianlığın təsiriylə "Ağlama Divarı" olaraq adlandırılmışdır. Təxmini olaraq 485 m uzunluğunda olan Ağlama Divarı, torpaq səviyyəsinin üstündə olan iyirmi dörd böyük daş cərgəsi ilə yerin altında qalmış olan on doqquz daş cərgəsindən meydana gəlmişdir. Hündürlüyü torpaq səviyyəsindən etibarən,18 m olub 6 metri məbəd sahəsinin səviyyəsini keçir. Daşlardan bəzilərinin uzunluğu 12 m, hündürlüyü 1 m, ağırlığı isə 100 tondan artıqdır.
Qərb dünyası
Qərb dünyası, Qərb sivilizasiyası və ya sadəcə Qərb — dünyanın digər mədəniyyətlərinə nisbətən Avropa və Şimali Amerikanı göstərmək üçün istifadə olunan siyasi konsepsiya. Soyuq müharibə dövründə Qərb termini, Avropa və Şimali Amerikadakı kommunist olmayan ölkələri göstərmək üçün Qərb bloku olaraq istifadə edilmişdir. Soyuq müharibə dövründə kommunist olmayan ölkələrdə kommunist ölkələrə nisbətən daha çox hüquq və azadlığın olduğu iddiası ilə yaradılan Azad dünya konsepsiyası zamanla xüsusi ilə, Qərb ölkələri tərəfindən Qərb dünyası mənasında istifadə olunur. Bununla birlikdə, azad dünya tərifi ümumiyyətlə Yaponiya kimi Avropalı olmayan, ancaq müttəfiq demokratik ölkələri də əhatə edirdi, lakin demokratik olmayan, lakin soyuq müharibə dövründə Qərblə müttəfiq olan, xüsusilə Cənubi Amerika, Asiya və Afrikadakı ölkələri əhatə etmirdi. Bir çox tarixçilərə görə, Qərb sivilizasiyasının kökü Qədim Yunan və Roma mədəniyyətlərinə əsaslanır. Avropalıların Yeni dünyaya gəlişi ilə Avropa sivilizasiyası ABŞ və Kanada mədəniyyətlərinin də əsasını təşkil etdi. Bu gün Qərb dünyasının əksəriyyəti xristian dininə mənsubdur və bu dindən gələn mədəniyyətə mənsubdur.
Qərb fəlsəfəsi
Orta əsrlər dövründə həm Qərbdə, həm də Şərqdə feodalizm cəmiyyətinin hakim ideologiyası dindən ibarət olmuşdur. Fəlsəfi fikrin əsas çıxış nöqtəsini və obyektini müqəddəs yazıların ehkamları təşkil edirdi. Orta əsrlər dövrünün fəlsəfi fikri isə öz kökləri ilə monoteizmlə, təkallahlılıqla bağlıdır Fəlsəfə → XX əsr Qərb fəlsəfəsi Müasir Qərb fəlsəfəsində müxtəlif, bəzən də bir-birinə birbaşa əks cərəyanlar mövcuddur. Bu fəlsəfənin müxtəlif qolları, idealizm ilə materializm arasında gedən mübarizədən meydana gəlir. Bu cərəyanlardan "neopozitivizm", "praqmatizm", "ekzistensializm", "personalizm" və "neotolizm" və başqaları əsas yer tutur. "Neopozitivizm" cərəyanı ingilis dilli ölkələrdə geniş yayılmışdır. Onun görkəmli nümayəndələri R. Carnap, A. Ayer, B. Rassel, L. Vitgenşteyn və başqaları olmuşdur. Məntiqi pozitivizm özünü materializm ilə idealizm arasında gedən mübarizənin fövqündə durduğunu bəyan edərək fəlsəfənin sinonimi kimi başa düşülür. Məntiqi pozitivizm "hadisələri və faktları", daha doğrusu subyektin şüurundakı "hissi məlumatları" hər cür idrakın ilkin şərti hesab edirdi. Bu cərəyanın xüsusiyyətlərindən biri obyekti onun haqqında fikirlə, nəzəriyyə ilə eyniləşdirməsidir.
Qərb gölü
Qərb gölü (çincə. 西湖) — Çinin Hanqzhou şəhərində göl. Göl üç cığır yolu ilə beş bölməyə ayrılmışdır. Göldə çox sayda məbəd, paqoda, bağça və süni adalar var. Qərb gölü təbii gözəlliyi və tarixi əsərləri ilə Çin tarixi boyunca şair və rəssamları təsirləndirmiş və Çin bağça dizaynerləri üçün ən vacib ilham qaynağı olmuşdur. 2011-ci ildə UNESCO dünya irsi siyahısına daxil edilmişdir. Gölün köhnə adı Ulinshui olub. Daha sonra, göl tarixdə müxtəlif adlarla bilinirdi, ancaq ən çox bu adlardan istifadə olunurdu: Qiantanq (əvvəllər Hanqzhou şəhərinə "Qiantanq" deyilirdi) və Xihu (yəni "Qərb gölü". Hanqzhounun qərbində göl). "Xihu" adı ilk dəfə Bo Juyinin iki şeirində ortaya çıxdı.
Qərb kilsəsi
Qərb xristianlığı — Qərbi Roma imperiyasının Latın kilsəsindən meydana gələn kilsələrə verilən addır. Bu anlayış ümumiyyətlə Şərq Provaslav Kilsəsi xaricindəki kilsələri tanıtmaq üçün istifadə edilir. Qərb kilsələri bunlardır: Roma Katolik Kilsəsi Anqlikan kilsəsi Protestant Lüter Kilsəsi və Reformist Kilsələr "Western Church." Oxford Dictionary of English 2e, Oxford University Press, 2003.
Qərb küləkləri
Qərb küləkləri — 30 və 65 dərəcə şimal və cənub enləri arasında və Şimal yarımkürəsinin cənub-qərbi və Cənub yarımkürəsinin şimal-qərbi arasında şimal küləkləri hökmranlıq edir. Bu küləklər qışda ən güclü, yayda ən zəif küləklər olur. Qərb küləkləri təyyarələrə okenları keçməyə kömək edirlər. Həmçinin güclü dəniz axınlarının yaranmasına da yardımçı olurlar. Qərb küləkləri Cənub yarımkürəsində daha güclü olurlar. Bu küləklər yerin hərəkətinə müvafiq olaraq şərqə doğru meyil edir.
Qərb mirvarisi
Qərb mirvarisi və ya Siçuan teleqülləsi (çin. 四川广播电视塔) — Çendu şəhərinin Çenqhua ərazisində ( Siçuan əyaləti) yerləşən yüksək mərtəbəli tikilidir. 339 metr hündürlüyə malikdir. Dünyanın ən hündür televiziya qüllələri siyahısında 18-ci yer tutur. Sözügedən tikilidə 218 metr yüksəklikdə. gözləmə mərtəbəsi, 204 metr hündürlükdə - baxış platforması. yerləşir ki, qüllə dəmir-betondan konstruksiyadan tikilmişdir. Əvvəlcə qüllə telekommunikasiya məqsədi ilə inşa edilmişdir, lakin sonra bu televiziya və radio qovşağı ilə yanaşı , həm də müşahidə göyərtəsi , Fırlanan restoran , və əyləncə vasitələri, kino, ofis. təyinatlı məntəqələr də yerləşdirildi. Tikinti: 1992-ci ildən (1998) 2004-cü ilə qədər Yüksəklik: 339 m (düzənlik), 257 m (dam), 230 m (yuxarı mərtəbədə) Mərtəbələr: 17 Liftlər: 7 (0-dən 208 metrədək 40 saniyə dartılır) Qüllənin tikintisi 1983-cü ildə planlaşdırıldı, lakin tikinti işləri yalnız 1992-ci ildə başlamışdır, lakin eyni il ərzində maliyyə çətinliyi ilə əlaqədar 1998-ci ilə qədər dondurulmuşdur.
Qərb palıdı
İlk dəfə Portuqaliyada təsvir edilmişdir.Yabanı halda Aralıq dənizinin qərbində bitir. Bu növ mantar palıdına çox oxşardır. Hündürlüyü 7–8 m, gövdəsinin diametri 17–20 sm-ə çatan ağac bitkisidir. Gövdə və köhnə yarpaqların üzəri 3–5 mm qalınlıqda mantar qatı ilə örtülmüşdür. Yarpaqları nazik, ayanın alt səthi tüklü, növbəti ilin yazında yarpaqları tökülür. Mantar təbii polimer olub, xırda hüceyrələrdən ibarət, bərk məsaməli quruluşa malikdir. Bu hüceyrələr arı şanına bənzəyir. Hər hüceyrə maksimum miqdarda bərk birləşdirici və minumum miqdarda qaz halında olan maddədən ibarətdir. Beləliklə mantar sukeçirməyən, içi hava ilə dolu şam kapsulasından ibarətdir. Bu da mantar qatına ona qarşı edilən təsirdən sonra özünün ilkin formasını bərpa etməyə imkan verir.
Qərb qorillası
Qərb qorillası (lat. Gorilla gorilla) — primatlar dəstəsinə, qorillalar (Gorilla) cinsinə daxil olan növ. Qərb qorillası iki yarımnövə bölünür: Gorilla gorilla diehli Matschie, 1904 — Qərb çay qorillası. Nisbədən iri yarımnöv. Sayları 300 baş olaraq qiymətləndirilir. Gorilla gorilla gorilla Savage, 1847 — Qərb düzənlik qorillası. Yarımnövün sayı 95 000 baş olaraq qiymətləndirilir. Qərb qorillaları Şərq qorillalarına nisbətdə nisbətən həcmcə kiçik və görünüş baxımından açıq rəngdə olurlar. Sifətləri qəhvəyi-sarı və ya boz-sarı rəngdə olurlar. Quyruqlarının olmaması ilə seçilirlər.
Qərb sahili
İordan çayının qərb sahili (ərəb. الضفة الغربية‎, aḍ-Ḍiffah al-Ġarbiyyah; ivr. ‏הַגָּדָה הַמַּעֲרָבִית‏‎, HaGadáh HaMaʽarávit) — Ön Asiyanın Levant bölgəsində, Aralıq dənizinin sahili yaxınlığında yerləşən, şərqdən İordaniya və Ölü dənizlə, cənubdan, qərbdən və şimaldan isə İsraillə həmsərhəd olan, dənizə çıxışı olmayan ərazi. Bölgə Fələstin Dövlətinin iddia etdiyi iki ərazidən (digəri Qəzzə zolağıdır) böyüyüdür. İordan çayının qərb sahili qismən Fələstinin idarəsi altında olan 165 Fələstin anklavına bölünür. İordan çayının qərb sahilinin qalan hissəsi, o cümlədən 200 İsrail yaşayış məntəqəsi tam İsrailin nəzarəti altındadır. Ərazinin 2 747 943 nəfər fələstinli əhalisi var və təxminən 220 000-i Şərqi Qüdsdə olmaqla 670 000-dən çox israilli köçkün burada yaşayır.
Qərb tuyası
Qərb tuyası (lat. Thuja occidentalis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin tuya cinsinə aid bitki növü. Vətəni Şimali Amerika nın şərq hissəsidir. Təbii şəraitdə çökəkliklərdə, bataqlıqlaşmış sahələrdə bitir. Cavan yaşlarında piramida formalı, sonralar isə yumurtavarı çətir əmələ gətirir. əlverişli şəraitdə hündürlüyü 15–20 m-ə çatır, gövdəsinin diametri isə 90 sm-dən artıq olur. Gövdəsinin qabığı qırmızımtıl, bozumtul və ya bozumtul-qəhvəyidir. Budaqlarının qabığı hamar və qonurdur, çoxillik budaqları isə bozumtul-qəhvəyidir, üzləri çat-çatdır və xırda-xırda qopub tökülür. İynəyarpaqları 4 mm uzunluqda, pulcuqvarı, budağa möhkəm yapışmış, yay ayında tünd-yaşıl, payız-qış aylarında qonur-yaşıl rəngdə olur, ağac üzərində 2–3 il qalır. Qozaları 0,8–1,0 sm uzunluqda olub, payızda yetişir.
Qərb xristianlığı
Qərb xristianlığı — Qərbi Roma imperiyasının Latın kilsəsindən meydana gələn kilsələrə verilən addır. Bu anlayış ümumiyyətlə Şərq Provaslav Kilsəsi xaricindəki kilsələri tanıtmaq üçün istifadə edilir. Qərb kilsələri bunlardır: Roma Katolik Kilsəsi Anqlikan kilsəsi Protestant Lüter Kilsəsi və Reformist Kilsələr "Western Church." Oxford Dictionary of English 2e, Oxford University Press, 2003.
Qərb yarımkürəsi
Qərb yarımkürəsi - Qrinviçdən qərbdə yerləşən bütün coğrafi ərazilərin ümumiləşdirilimiş adı. Şərq yarımkürəsində dərəcələr soldan sağa doğru hərəkət etsə də, Qərb yarımkürəsində əksinə sağdan sola doğru hərəkət edir. Bu yarımkürə 180o və 0o dərəcə arasında yerləşir. Bu yarımkürədə dünyanın ən uzun dağ qurşağı - (And-Kordilyer) yerləşir.
Qərb yatağanı
Qərb yatağanı (lat. Eryx jaculus) — Yatağanlar fəsiləsinə aid ilan növüdür. 80 sm uzunluğa malik olurlar. Quyruqları isə çox qısa olur. Əsasən kərtənkələ və gəmiricilərlə qidalanır. Onlara Balkan yarımadası, Xəzərönü yarımsəhralardan şərqi Altay ərazilərinə qədər ərazilərdə rast gəlinir. "Позвоночные животные России: Западный удавчик" (rus). sevin.ru. 2012-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-11.
Qərb çinarı
Təbii halda Şimali Amerika-Ontariodan Meksika və Şimali Floridaya qədər yayılmışdır. Hündürlüyü 45 m-ə qədərdir. Çətiri uzunsov və ya yumurtavari-piramidaldır. Gövdəsinin qabığı açıq boz rəngli, xırda, nazik lövhələrlə ayrılır və açıq sarı rəngli tər qabığın xallarını açır. Birillik budaqları tünd, narıncı-qonurdur. Yarpaqları iri, eni 20 sm-ə qədər, üçpərli, güclü zoğlarda bəzən beş pərli, parlaq, üstdən tünd yaşıl, altdan nisbətən açıq rəngdə, bünövrəsi enli-ürəkvari, bəzən qısa-pazşəkilli, kənarları bütövdür. Cavan yarpaqları hər tərəfdən seyrək keçəli, inkişaf etmişlərin üstü çılpaq və parlaq, tünd yaşıl, alt tərəfi daha açıq, damarcıqlarda və qoltuqlarında keçəli-tüklüdür. Saplağı keçəli-tükcüklü və şərq çinarına nisbətən daha uzundur. Yalançı zoğların uzunluğu 2,5-3,5 sm, qıfvari, kənarları dişlidir. Meyvə başcıqları tək, bəzən cüt, hamar, diametri təxminən 2,5-3 sm, çılpaq meyvə saplağının ucunda uzunluğu 7,5-15 sm-dir.

Значение слова в других словарях