CƏRAD

ə. 1) çəyirtkə; 2) m. qarətçi(lər) dəstəsi.

CƏNUBİ
CƏRAHƏT
OBASTAN VİKİ
Əbdüləziz Cərad
Əbdüləziz Cərad (ərəb. عبد العزيز جراد‎; 12 fevral 1954, Xenşela) — Əlcəzair Xalq Demokratik Respublikasının sabiq Baş naziri. Cərad 12 fevral 1954-cü ildə Xenşelada anadan olub. 1976-cı ildə Əlcəzair Siyasi Elmlər və Beynəlxalq Münasibətlər İnstitutunu bitirdikdən sonra Parisdəki Nanter Universitetində təhsilini davam etdirdi və doktorluq dərəcəsini aldı. Əlcəzair Universitetində siyasi elmlər professoru olaraq da çalışmış və bir neçə kitab nəşr etdirmişdir. 1989–1992-ci illərdə Cərad Əlcəzair Milli Hökumət Məktəbinin direktoru idi. 1996–2000-ci illərdə Əbdüləziz Cərad Əlcəzair Beynəlxalq Əməkdaşlıq Agentliyinin baş direktoru oldu. Cərad Əli Kafi, Liamin Zerual və Əbdüləziz Buteflikanın rəhbərliyi altında xidmət etmişdir. Lakin, 2003-cü ildə Buteflika dövründə kənarda qaldı və o zamandan bəri keçmiş prezidentin açıq tənqidçisinə çevrildi. 28 dekabr 2019-cu ildə Prezident Əbdülməcid Təbbun Cəradı Əlcəzairin Baş naziri təyin etdi və dərhal yeni hökumət qurmaq tapşırığını verdi.