düşənbə 2021
düşər-düşməz
OBASTAN VİKİ
Top həm düşər, həm qalxar (film, 2011)
Top həm düşər, həm qalxar — Rejissor Arzu Urşanın filmi. == Məzmun == Azərbaycan futbolunun 100 il ərzində keçdiyi inkişaf göstərilir. == Film haqqında == Sənədli film Azərbaycanda futbolun yaranmasının 100 illiyinə həsr olunmuşdur. Sənədli filmin təqdimatı 20 dekabr 2011-ci ildə Bakıdakı Beynəlxalq Muğam Mərkəzində keçirilmişdir. == Festivallar və mükafatlar == 1) 2011-ci il sentyabrda Rusiyanın Lipetsk şəhərində keçirilmiş "Atlant" VIII Beynəlxalq İdman Filmləri Festivalı "Olimpiya İdeallarına Sədaqət" nominasiyasında birinci mükafata layiq görülüb. 2) 2011-ci il noyabrda İtaliyanın Milan şəhərində keçirilmiş XXIX Beynəlxalq İdman Kino və Televiziya Kino Festivalı "Kino və televiziya — Böyük çempionlar" nominasiyasında "Ən yaxşı film" mükafatına layiq görülüb. 3) 2012-ci il mayda Türkiyənin İstanbul şəhərində keçirilmiş II Beynəlxalq İdman Filmləri Festivalı "İdman klubu haqqında ən yaxşı film" nominasiyasının qalibi olub. idman filmləri üzrə keçirilən birinci beynəlxalq festival — Serbiya, Zlatibor şəhəri.
Həbs düşərgəsi
Həbs düşərgəsi — adətən böyük qrupları, məhkəmə olmadan həbsdə və ya cəzalı kimi saxlanılan yer. Ümumdünya insan hüquqları bəyannaməsi həbs düşərgələrinin istifadəsini məhdudlaşdırır.
Konsentrasiya düşərgəsi
Həbs düşərgəsi — adətən böyük qrupları, məhkəmə olmadan həbsdə və ya cəzalı kimi saxlanılan yer. Ümumdünya insan hüquqları bəyannaməsi həbs düşərgələrinin istifadəsini məhdudlaşdırır.
Maral düşərgəsi
Maral düşərgəsi — Qobustan ərazisində arxeoloji abidə. == Etimologiyası == Böyükdaş dağı yuxarı səki sahəsinin şimal hissəsində, dağın üstünə qalxan yolda 40–50 m qərbdə, 137 və 138 №-li qayadakı çox real çəkilmiş maral təsvirinin şərəfinə “Maral" düşərgəsi adlandırılmışdır. == Arxeoloji tədqiqatlar == Düşərgədən ilk dəfə qısa müddətdə daş, sonralar isə orta əsrlər dövründə maldarlar tərəfindən istifadə olunmuşdur. Burada 1990 və 1993-cü illərdə 60 kv.m sahədə arxeoloji qazıntı aparılmışdır. Burada Daş dövrünə aid material əsas 137 №-li şəkilli daşın şimal-qərb tərəfində və 138 №-li (maral şəkli) daşın cənub tərəfində yerləşir. Səviyyəsindən 80-100 sm dərinlik arasında, cəmi 11-12 kv.m-lik sahədə, 5-15 sm qalınlıq arasında aşkar edilmişdir. == Maddi-mədəniyyət tapıntıları == Buradan çaxmaqdaşı və çaydaşından 1200-ə yaxın qəlpə, lövhə və qırıq, 120-dən çox üzərində müxtəlif məqsədli xüsusi dişəkləmə aparılmış alət nümunəsi aşkar edilmişdir. Çaxmaqdaşından hazırlanmış alətlər kiçik ölçülüdür. Onlar bıçaqvari lövhədən olan qaşov (30), seqment (9), itiuclu (8), şatelperron tipli bıçaq (3), iskənə (14), ox ucluğu (3), biz (1), kəsər (1) və s. ibarətdir.
Mathauzen həbs düşərgəsi
Mathauzen həbs düşərgəsi (alm. Konzentrationslager Mauthausen ‎) — Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə Avstriyada yaradılmış Nasist həbs düşərgəsi.
Mauthauzen həbs düşərgəsi
Mathauzen həbs düşərgəsi (alm. Konzentrationslager Mauthausen ‎) — Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə Avstriyada yaradılmış Nasist həbs düşərgəsi.
Maydanek həbs düşərgəsi
Maydanek həbs düşərgəsi (alm. Konzentrationslager Majdanek‎) — Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə Polşada yaradılmış Nasist həbs düşərgəsi.
Nargin adası həbs düşərgəsi
Nargin adasında türk məhkumları üçün düşərgə (rus. Лагерь для турецких военнопленных на острове Нарген) — Rusiya imperiyasının Nargin adasında (indiki Böyük Zirə) qurduğu həbs düşərgəsi. == Tarixi == 1914-cü ilin dekabrından başlayaraq Qafqaz cəbhəsində Rusiya ilə döyüşən türk ordusunun əsir alınan əsgər və zabitləri olduqca ağır şəraitdə yaşamaq uğrunda mübarizə aparmalı oldular. Əsir alınanları Rusiyanın müxtəlif həbs düşərgələrinə aparmaqla yanaşı, mülki türk vətəndaşlarını Bakının müsəlman əhalisinin gözü qarşısında nümayişkaranə şəkildə Xəzər dənizindəki Nargin adası (indiki Böyük Zirə) adasına daşıyırdılar. Nargində tək hərbi əsirlər deyil, Şərqi Anadolunun rus işğalına məruz qalmış Qars, Ərzurum, Ərdəhan bölgələrində yaşayan mülki əhali də yerləşdirildi. Onların arasında qocalar, qadın və uşaqlar da vardı. Hərbi düşərgədə almanlardan, avstriyalılardan, bolqarlardan olan çeşidli millətlərin nümayəndələri ilə yanaşı, 10 minə yaxın türk vətəndaşı da öz talelərini yaşayırdı. İçərilərində qoca, qadın, uşaq olan türk əsirlərinin şəhər əhalisinin gözü qarşısında keçidini təşkil edən çar Rusiyası çinovniklərinin hərəkətləri milli düşüncəli ziyalıların, ruhanilərin, sahibkarların çox ciddi narazılığına səbəb olurdu. Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin ən vacib məramlarından biri də Nargin adasında məhkumluq həyatı yaşayan türk əsgər və zabitlərini qaçırıb, onları müxtəlif bölgələrdə təhlükəsiz şəraitdə yerləşdirməkdən ibarət idi. Nargin adasından qaçırılan əsirlərin bir çoxu Osmanlı ordusunda mühüm hərbi işləri həyata keçirdiklərindən, onların döyüş təcrübəsindən yararlanmaq, erməni-rus birləşmələrinə qarşı müqavimət təşkil etmək də planlara daxil idi.
Nasist həbs düşərgələri
Nasist həbs düşərgələri (alm. Konzentrationslager‎) — Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə Almaniya başda olmaqla bir çox işğal olunmuş ölkələrdə yaradılan həbs düşərgələri. Belə düşərgələrə yəhudilər başda olmaqla qaraçılar və ruhi xəstələr göndərilmişlər. Nasist həbs düşərgələrinə göndərilən şəxslərin 95 %-i müxtəlif işgəncələrlə öldürülmüşdür. Məhkumların öldürülməsində qaz kameralarında boğma, xüsusi sobalarda diri-diri yandırma, iynə ilə zəhərləmə halları geniş yayılmışdır.
Nasist hərb düşərgələrinin siyahısı
Noyenqam həbs düşərgəsi
Noyenqam həbs düşərgəsi (alm. Konzentrationslager Neuengamme‎) - Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə Almaniyanın Hamburq şəhərində yaradılmış, 1938 - 1945-ci illərdə fəaliyyət göstərmiş Nasist həbs düşərgəsi. İkinci dünya müharibəsinin sonuna kimi düşərgədə 106 min nəfər şəxsin yarısı ölmüşdür. Britaniya ordusunun işğalı nəticəsində isə SS qoşununun saxlanılma mərkəzi kimi istifadə olunmuşdur. Həmin ərazi hal-hazırda muzey kimi fəaliyyət göstərir. == İşgəncələr == Düşərgədə məhbuslardan, əsasən, alman ordusuna məxsus silahların daşınmasında istifadə olunurdu. Onlar çətin mövqelərdəki ağır işlərə göndərilib istismar olunmuşdur. Mənbələrə görə 50 min insan bunlara dözməyərək həlak olmuşdur. Qadınlar isə bina və kanalların tikintisində zorla işlədirlirdi. == Qurbanlar == Təxmini, 28 millətdən olan nümayəndələr, həmçinin yerli yəhudi məhbuslar saxlanılırdı.
Noyenqamme həbs düşərgəsi

Qadın düşərgəsi
"Qadın düşərgəsi" — Azərbaycan ədəbiyyatında qadın həbsxanası haqqında yazılmış ilk bədii əsər. 2006-cı ildə yazıçı Rövşən Yerfi tərəfindən qələmə alınmışdır. == Əsər haqqında == Əsərdə qadın islah-əmək düşərgəsinə düşmüş qadınların taleyindən, düşərgədəki həyat tərzindən, ən əsası isə qadınları belə yerlərə düşməyə gətirən səbəblərdən bəhs edilir. == Qısa məzmunu == "Qadın düşərgəsi" "Üzdəniraq ada" romanındakı Zinyət surətinin əzablı həyatının davamıdır. Əsərdə Zinyətdən başqa onlarla məhkum qadının acı taleləri, törətdikləri cinayətlər əks olunub. == Çapı == Kitab 2008-ci ildə Bakı Kitab Klubunun həyata keçirdiyi "Sınaq nüsxəsi" layihəsində bəyənilmiş və üç dəfə: 2008, 2010, 2022-ci illərdə (sonuncusu “Məhbəs” kitabında “Qadın türməsi” adı ilə) çap olunub. Kitabxana.net və Milli Kitabxana İnformasiya Mərkəzinin elektron kitabxanasında yayımlanır. == Xarici keçidlər == “Qadın düşərgəsi” və “Günahsız qatil” kitabları təqdim olundu – FOTO Arxivləşdirilib 2017-05-01 at the Wayback Machine Qadın düşərgəsi haqda povest çapdan çıxdı Rövşən Yerfi "Qadın düşərgəsi" (Əsərdən bir parçanı oxu!) Rövşən Yerfi.
Qayalı (Kəkildağ) düşərgəsi
Qayalı (Kəkildağ) düşərgəsi — Azərbaycanda mustye mədəniyyəti dövrünə aid abidə. == Alətlərin xüsusiyyətləri == Qayalı (Kəkildağ) düşərgəsi Kəkildağın 2 km cənubunda sıldırım qayalığın üstünə yaxın yerdə salınmışdır. Qayalının inkişaf etmiş kompleksində daş məmulatının yan və üst tilləri iti, patinası isə zəifdir. Nüvələrin qalınlığı və ölçüləri kiçilir. Qoparmaların izləri, hazırlıqların özləri yastı və düzgün biçimlidir. Hazırlıq növlərinin alınmasında, ikinci işləmədə və tipologiyada müəyyən fərqlər gözə dəyir. Belə ki, materialın ölçüsü qısalır, en kəsiyi nazilir və vurma səthi kiçilir. Bir neçə qədim ikinci işləmə (iri dişli dişək) və bir sıra bəsit alətlər (çoppinq, iri dişli alətlər, massiv kəsərlər, klekton tipli dik gəzlər) aradan çıxır. == Alətlərin tipləri == Nüvələr aşağıdakı növlərə bölünür: şarşəkilli – 5, disk formalı – 8, bir vurma səthli aşel nüvəsi – 4, çaydaşından nüvə — 2, uzunsov oval – 3, düzbucaqlı uzunsov – 7, düzbucaqlı iki üzdən də qabarıq düzbucaqlı bir, iki və üç vurma səthli – 14, üçbucaqlı – 3, prizmaşəkilli – 4 və piramida formalı alət tərkibi bir neçə qrupa bölünür. Qaşovlar: bir yanı qabarıq belli – 7, sadə qabarıq ağızlı – 5, küplü — 2, xırda dişli qaşov – 5, eninə ağızlı – 3, iki ağızlı qabarıq – 4, alt üzdən dişəkli – 2 ədəddir.
Qaçqın düşərgəsi
Qaçqın düşərgəsi — qaçqınları və qaçqın vəziyyətində olan insanları qəbul etmək üçün qurulmuş müvəqqəti yaşayış məskəni. Qaçqın düşərgələrində adətən öz evlərini tərk etmiş qaçqınlar yerləşdirilir, lakin düşərgələr də məcburi köçkünlər üçün tikilir. Adətən, qaçqınlar öz ölkələrində müharibədən qaçdıqdan sonra sığınacaq axtarırlar, lakin bəzi düşərgələrdə ətraf mühit və iqtisadi miqrantlar da yerləşir. Yüz mindən çox insanın eyni anda yaşadığı düşərgələr adi haldır, lakin 2012-ci ildə aparılan araşdırmaya görə, orta ölçülü düşərgədə təxminən 11,400 nəfər yaşayırdı.
Qrant düşərgəsi qətliamı
Qrant düşərgəsi qətliamı (ing. Camp Grant massacre) - 1871-ci ildə Şimali Amerikada yaşayan hindu tayfaları arasında yaşanmış qətliam. Apaçi tayfasının əsas düşmənləri olan Papaqolu tafasının döyüşçüləri 30 aprel 1871-ci ildə gecə yarısı Şimali Arizonada yerləşən Apaçi tayfasının yaşadığı Qrant düşərgəsinə gizli şəkildə daxil olmuşdur. Qətliam nəticəsində 108 qadın, çox sayda uşaq öldürülmüşdür. Öldürülənlərdən səkkizi kişi olmuşdur. Papaqolu döyüşçülər 29 uşağı əsri almış, həmin uşaqlar sonralar Meksikaya aparılaraq satılmışdır. ABŞ dövləti, qətliamı gerçəkləşdirməkdə, günahlanırılan şəxsləri hbəs etsələrdə, soradan sərbəst bıraxılmışdılar. Qətliam nəticəsində 144 nəfər öldürülmüşdür. Papaqolu tayfası Uliss Qrant tərəfindən dəstəklənməsi, həmin dövrdə bütün hindu tayfalarına məlum idi. Burada əsas məqsəd Şimali Amerikada ən döyüşgən tayfa olan Apaçiləri zəiflətmək olmuşdur.
Qross-Rosen həbs düşərgəsi
Qross-Rosen həbs düşərgəsi (alm. Konzentrationslager Groß-Rosen‎) — Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə Polşada yaradılmış Nasist həbs düşərgəsi.
Qross-Rozen həbs düşərgəsi
Qross-Rosen həbs düşərgəsi (alm. Konzentrationslager Groß-Rosen‎) — Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə Polşada yaradılmış Nasist həbs düşərgəsi.
Quantanamo həbs düşərgəsi
Quantanamo həbs düşərgəsi (ing. Guantanamo Bay detention camp) — ABŞ-də yerləşən həbsxana. Kubada yerləşən Quantanamo 1903-cü ildən ABŞ-nin ixtiyarındadır. Sahəsi 115 kvadrat kilometr olan adada 2700 ABŞ hərbçisi var. Hərbi baza kimi istifadə olunur. Bu ərazi müxtəlif illərdə müxtəlif hadisələrlə yadda qalıb: 1903-cü il: ABŞ Kubadakı Quantanamo həbsxanasını ildə 4 min dollar ödəyərək kirayə götürdü. 1959-cu il: Kuba ilə Amerika arasında diplomatik əlaqələr kəsilir. Fidel Kastro ilk çeki alsa da sonrakılardan imtina etdi. ABŞ isə İsveçrədəki banklara hələ də aylıq köçürür. 2003-cü il: Qızılxaç əsrlərin psixologiyasının pozulması ilə əlaqədar bəyanat yayır.
Ravensbrük həbs düşərgəsi
Ravensbrük həbs düşərgəsi (alm. Konzentrationslager Ravensbrück‎) - Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə Almaniyanın paytaxtı Berlin şəhərinin 85 km şimalında yaradılmış nasist həbs düşərgəsi. Ravensbrük həbs düşərgəsindən qadın məhbusların saxlanılması ücün istifadə edilmişdir. Düşərgə SS lideri Henrix Himmlerin əmrinə əsasən 1938-ci ilin noyabr ayında inşa olunmuş və inşa prosesi 1939-cu ilin may ayında yekunlaşmışdır. Ravensburyukda saxlanılan qadınların ilkin sayı 900 nəfər olmuşdur. SS-in göstərişinə əsasən Saksoniyada yaradılmış Lixtenburq qadın həbs düşərgəsi ləğv olunmuş və orada saxlanılan qadın məhbuslar Ravensburyuk həbs düşərgəsinə göndərilmişdir. 1942-ci ilin sonlarına olan məlumata əsasən düşərgədə 10 min nəfər qadın saxlanılırdı. 1945-ci ilin yanvar ayında düşərgədə saxlanılan məhkum sayısı 45 min nəfərə yüksəlmişdir.
Ravensburyuk həbs düşərgəsi

Rok düşərgəsi (film, 2008)
Rok düşərgəsi — 2008-ci ildə ABŞ-də lentə alınmış komediya filmi. == Ardı == 2010-cu ildə ikinci hissəsi lentə alınıb Rok düşərgəsi 2.
Rok düşərgəsi 2
Rok düşərgəsi 2 (ing. Camp Rock 2:The Final Jam) — Rok düşərgəsi filminin ikinci hissəsi.
Rok düşərgəsi 2 (film, 2010)
Rok düşərgəsi 2 (ing. Camp Rock 2:The Final Jam) — Rok düşərgəsi filminin ikinci hissəsi.
Sincan yenidən təhsil düşərgələri
Sincan yenidən təhsil düşərgələri (uyğ. Qayta terbiyelesh lagérliri قايتا تەربىيەلەش لاگېرلىرى, çin. ənən. 再教育营, pinyin: zàijiàoyùyíng, ing. Xinjiang re-education camps) — Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunda 2014-cü ildən başlatdığı və insanların toplama düşərgələrinə yığılması ilə müşahidə olunan kompaniyasına verilən ad. Dövlətin bu siyasəti bölgədə Çen Quanquonun 2016-cı ilin avqust ayında rəhbərliyə təyin edilməsindən sonra daha da sərtləşmişdir. Bu düşərgələr gizli saxlanılır və hüquqdan kənar formada idarə olunur. Xeyli sayda Uyğur bu düşərgələrə heç bir məhkəmə və istintaq olmadan həbs edilmişdir. Yerli dairələrin bildirdiyi məlumata görə, yüz minlərlə Uyğur və digər müsəlman etnik azlıqlar bu düşərgələrə həbs edilmişdir. Bu düşərgələrin ekstremizm və terrorizm əleyhinə olduğu bildirilir.
Sintszyan yenidən təhsil düşərgələri

Значение слова в других словарях