dəlmə-deşiyi tutmaq

to stop a gap / to fix smth. temporarily затыкать дыры / затыкать прорехи / латать дыры
dəlləkliyi ... başında öyrənmək
dəm çəkmək*
OBASTAN VİKİ
Dəlmə bağları
Dəlmə bağları — İrəvan şəhərində vaxtı ilə yerləşən .Bağ. Təpəbaşı hissəsinə aid Zənginin o biri tərəfində, Dərəbağla üz-üzə yerləşən Dəlmə məhəlləsi qeyd edilir. 7 mart 1902-ci ildə Cəlil Məmmədquluzadə "Dəlmə bağları" haqqındakı ilk məqaləsini "Kaspi" qəzetinə göndərmişdir. Dəlmə-İrəvan şəhərinin kənarında, şəhərin cənub-qərbində Zəngi çayının sahilində yerləşir. Çox münbit torpağı olan bu yerdə Dəlmə arxı ilə suvarılan çoxlu meyvə-üzüm bağları vardır. Sayı 60-a çatan bu bağları xüsusi şəxslər – əməksevər yerli tatarlar (azərbaycanlılar) salmışdır. Dəlmə bağları ərazisində XVI-XVII əsrlərin şərab anbarı olmuşdur. İrəvan sakini, uzun illər məsul vəzifələrdə çalışan, hazırda haqq dünyasına qovuşan Musa Vəlibəyovun dediklərindən: -Kişiləri yığarkən qaçıb həyətdəki qoz ağacının başına çıxıb gizləndim. Gecə o başdan qaçdım Dəlmə bağlarına ən hündür bir ağaca çıxdım onun başında qaldım. Qadın-uşaqları çılpaqladıqdan sonra ermənilər onları azərbaycanlıların Dəlmə bağlarınadakı damlarına doldurub od vurub yandırdılar.
Dəlmə nekropolu
Dəlmə nekropolu — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonundakı Sabirkənd yaxınlığında, Yaycı arxının sağ sahilində, hündürlüyü 8-10 metr olan təpənin üzərində və qərb yamacında arxeoloji abidə. Nekropolun yerləşdiyi təpə inzibati bölgüyə görə Culfa rayonunun Yaycı kəndinin ərazisindədir. Suyunu Gilançaydan alan Yaycı arxı burada dağın altından açılmış tuneldən keçir. Əraziyə verilən Dəlmə adı da buradan götürülmüşdür. Nekropoldan 700-750 metr qərbə tərəf, şərq, cənub və qərb tərəfləri sıldırım qayalıq olan dağın üzərində Dəlmə nekropolunun yaşayış yeri yerləşir. Nekropol 1983-cü ildə rəis Q.M.Aslanov olan Xarabagilan arxeoloji ekspedisiyası tərəfindən öyrənilmişdir. Ümumi sahəsi 616 m² olan qəbiristanlıqda cəmi 27 qəbir var idi ki, onlardan da 8-i uşaq qəbri idi. Qəbirlərin kameraları müxtəlif ölçülü daşlardan səliqə ilə işlənmişdir. Heç bir qəbirdə örtük daşları qalmamışdır. Dördbucaqlı planda olan qəbir kameralarının bir tərəfi nisbətən ensizdir.
Dəlmə qalası
Dəlmə qalası — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda Sabirkəndin yaxınlığında, Dəlmə nekropolundan 700-750 metr qərbdə, dağın zirvəsində arxeoloji abidə. Qalanın şərq divarının eni 2 metrə qədərdir. Bir neçə keramika fraqmentlərindən başqa yerüstü materiala demək olar ki, rast gəlinmir. Coğrafi mövqeyini əsas götürdükdə, qala sanki gizlədilmişdir. Qaladan qısa müddətdə, ən çoxu bir əsr istifadə olunmuşdur. Bir təbəqəli abidədir. nekropolun ölçüləri və quruluşu da qalaya uyğundur. Qalanın yerləşdiyi dağın cənub ətəklərində iki dairəvi plana malik kürənin qalıqları vardır. Tədqiqat işləri aparılma dığından kürələrin təyinatı haqqında müəyyən bir fikir söyləmək çətindir. Lakin onların qala ilə əlaqədar olduğu şübhəsizdir.
Əl-ələ tutmaq
Əl-ələ tutmaq — bir çox mədəniyyətlərdə iki insan arasında mövcud olan məhəbbət ifadəsinin məşhur formasıdır. Əl-ələ tutmaq çox vaxt romantik cütlüklər arasında fiziki yaxınlığın ilk ictimai nümayişidir. Tərəfdaşlar arasında qarşılıqlı əlaqə sevginin ifadələrindən biridir. Əl-ələ tutmağın mənası və qəbulu ictimai yerlərdən və mədəniyyətdən asılı olaraq dəyişə bilər. Əl-ələ tutmaq salamlaşma ritualından, əl sıxmaqdan fərqləndirilir. 1960-cı illərə qədər Qərb mədəniyyətində ictimaiyyətdə əl-ələ tutmaq böyük ölçüdə qəbul edilmirdi, lakin sonrakı onilliklərdə bu tendensiya dəyişmişdir. 2002-ci ildə 20 ölkədən 6600 qadın və kişinin ictimai yerlərdə sekslə bağlı fikirlərini tədqiq edən Cora Romance Reporta görə, respondentlərin 78 faizi ictimai yerlərdə öpüşün və əl-ələ tutmağın geniş şəkildə qəbul edildiyini bildirmişdirlər. Yaşlılar arasında belə, əl-ələ tutmaq qəbuledilən sevgi əlaməti hesab olunur. "Lenz" jurnalının sifarişi ilə keçirilən sorğuya əsasən, sorğuda iştirak edən yaşlıların 65 faizi ictimai yerlərdə əl-ələ tutmağı məhəbbət ifadəsinin icazəli forması hesab etmişdirlər. Ərəb ölkələrində, Şimali Afrikada, Asiyanın bəzi regionlarında, bəzi Aralıq dənizi və Cənubi Avropa mədəniyyətlərində (xüsusilə Siciliyada) ənənəvi olaraq kişilər də dostluq və hörmət əlaməti olaraq əl-ələ tuturlar.