DƏRƏKƏ

DƏRƏK(Ə)

ə. 1) uçurumun dibi; 2) aşağı dərəcə, aşağı pillə; 3) cəhənnəmin dibi. Dərəki-əsfəl ən aşağı dərəcə.

DƏRƏK
DƏRƏQƏB
OBASTAN VİKİ
Dərəkənd
Azərbaycanda Dərəkənd (Xocavənd) — Azərbaycanın Xocavənd rayonunda kənd. Dərəkənd (Qobustan) — Azərbaycanın Qobustan rayonunda kənd. Dərəkənd (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Ermənistanda Dərəkənd (Pəmbək) — İrəvan quberniyasının Aleksandropol qəzasının Pəmbək bölgəsində, indi Quqark rayonunda kənd. Dərəkənd məhəlləsi — İrəvan şəhərin məhəlləsi Dərəkənd — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu ərazisində kənd. Dərəkənd — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonun ərazisində kənd Dərəkənd — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. Dərəkənd — İrəvan quberniyasının Aleksandropol qəzasında, Ağin (Ani) rayonunda kənd.
Dərəkənd-Parçenis mahalı
Dərəkənd-Parçenis mahalı — indiki Ermənistanda mövcud olan azərbaycanlıların yaşadığı mahal. Dərəkənd-Parçenis mahalı İrəvan xanlığının tərkibinə daxil olmuşdur. Sonra mahal ərazisinsə Eçmiədzin qəzası təşkil olmuşdur. == Dağıdılmış kəndlər == 1826–1828-ci illər Rusiya-İran və 1828–1829-cu illər Rusiya-Türkiyə müharibələri nəticəsində Dərəkənd-Parçenis mahalında dağıdılmış kəndlərin siyahısı 1. Qaraqoyunlu, 2. Kiti, 3. Sürməli, 4. Aşıq Hüseyn, 5. Qarabulaq, 6. Qaraqala, 7.
Dərəkənd (Pəmbək)
Dərəkənd — İrəvan quberniyasının Aleksandropol qəzasının Pəmbək bölgəsində, indiki Quqark (Böyük Qarakilsə) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 31 km məsafədə, Çaxçaxlı çayının sahilində, Çubuxlu dağının ətəyində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Toponim «iki dağ və ya təpə arasında, düzənlikdə dərin çuxur» mənasında işlənən dərə sözü ilə kənd coğrafi nomeninin birləşməsindən əmələ gəlmişdir. Kənd dərədə yerləşdiyi üçün «Dərəkənd» adlandırılmışdır. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı erməni dilinə kalka edilərək Dzoragyuğ (Dərəkənd) adlandırılmışdır.
Dərəkənd (Qobustan)
Dərəkənd — Azərbaycan Respublikasının Qobustan rayonunun Dərəkənd kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd dağətəyi ərazidədir. Keçmiş adı Mərəzəli Dərəkənd olmuşdur. Yaşayış məntəqəsi keçmiş Mərəzə (indiki Nəriman kəndi) kəndindən köçmüş ailələrin Zəngidərə çayının (Pirsaat çayının qolu) dərəsində məskunlaşması nəticəsində yaranmışdır. Oykonim dərə (çökək) və kənd (yaşayış məntəqəsi) komponentlərindən düzəlib, "dərədə yerləşən kənd" deməkdir. == Tarixi == Kəndin XIX əsrdə salınması haqqında məlumat var. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 426 nəfər əhali yaşayır.
Dərəkənd (Xocavənd)
Dərəkənd (əvvəlki adı: Zamzur) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Dərəkənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli 428 saylı Qərarı ilə Xocavənd rayonunun Zamzur kəndi Dərəkənd kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Dərəkənd kəndi 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == XIX əsrdə ermənilər burada məskunlaşdırıldıqdan sonra kəndin adı Zamzur (zam/cam qədim türk dillərində "bataqlıq" və zur İran dillərində "dərə") kimi rəsmiləşdirilmişdi. 1992-ci ildən kənd yerləşdiyi mövqeyə görə Dərəkənd adlandırıldı. == Tarixi == === Tarixi abidələri === Dərəkənd kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Dərəkənd (Şərur)
Dərəkənd — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Siyaqut kənd inzibati ərazi dairəsi tərkibindəki Dərəkənd kəndi Dərəkənd adlandırılmışdır. == Tarixi == Oykonim dərə (çökək) və kənd (yaşayış məntəqəsi) komponentlərindən düzəlib, "dərədə yerləşən kənd" deməkdir. Kəndin XIX əsrdə salınması haqqında məlumat vardır. 29 mart 2005-ci ildə Dərəkənd Yuxarı Daşarx kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Dərəkənd inzibati ərazi vahidi yaradılmışdır. == Coğrafiyası və iqlimi == Bu kənd Şərur düzündədir. == Əhalisi == Əhalisi 1104 nəfərdir (2009-cu il).
Dərəkənd bələdiyyəsi
Qobustan bələdiyyələri — Qobustan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycan bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.