Musanın əsası
Musanın əsası, həmçinin Tanrının əsası — Bibliya və Quranda Musanın istifadə etdiyi ək ağacı kimi adı çəkilən əsa. "Çıxış" kitabına görə, əsa (ivr. מַטֶּה, matteh) qayadan su çıxarmaq üçün istifadə edilmiş, ilana və kürəyə çevrilmiş, Qırmızı dənizin ayrılması zamanı istifadə olunmuşdur. Musanın əsasının onun qardaşı Harunun istifadə etdiyi çubuq ilə eyni olub-olmaması ravvin alimləri tərəfindən müzakirə edilmişdir.
== Harunun çubuğuna münasibətdə ==
Harunun və Musanın çubuğunun hər ikisinə oxşar, zahirən bir-birini əvəz edə bilən səlahiyyətlər verildiyi üçün ravvin alimləri bu iki çubuğun bir və eyni olub-olmadığını müzakirə etmişdilər.
Sonrakı yəhudi əfsanəsində çubuğun dünyanın əvvəlində yaradılışın altıncı günündə formalaşdığı və Musaya miras qalmadan əvvəl böyük patriarxların əlindən keçdiyi deyilir.
== Şiəlikdə ==
"Əl-Kafi" kitabında rəvayət olunur ki, Cəfər Sadiq "Musanın lövhələri və Musanın əsası bizimlədir. Biz peyğəmbərlərin varisləriyik" deyə iddia etmişdir.