Daban (ayaqqabı)
Baxmayaraq ki, hündür daban (dikdaban) ayaqqabılarını, adətən, qadınlar istifadə edir, lakin bəzi məkanlar və yerlər var ki, kişilər də geyinir. Kişilərin hündür daban ayaqqabı geyinməsi adəti Monqolustandan gəlib. Onlar atın belində hərəkət edərkən ayaqlarının sürüşüb üzəngidən (atın yəhəri) çıxmaması üçün hündür daban ayaqqabı geyinərmişlər.
Misir qəssabları ayaqlarının kəsilən heyvanların içalatına dolaşmaması üçün hündür daban ayaqqabı geyinərdilər.
Qədim Misirdə fironlar və zadəganlar səlahiyyətlərini və qüdrətini göstərmək məqsədilə mərasimlərdə hündür daban geyinirdilər.
Qədim Yunanıstanda Dram Teatrında tragediya rolunu oynayan aktyor digər aktyorlardan fərqlənmək üçün platformalı çəkmə geyinərdi.
Romada həm kişilər, həm qadınlar ayaqlarının küçədə gəzərkən palçığa və ya zibilə batmaması üçün kohtörn (cothurn) (altı hündür ayaqqabı) və ya hündür səndəl geyinərdilər. Yaponiyada bu ayaqqabıların adı getadı və eyni şəraitə əsaslanaraq bugünkü günlərdə də istifadə olunur.
XIX əsrdə Amerikada kovboy ayaqqabılarının inkişafına başlandı və indiyədək Birləşmiş Ştatların bəzi yerlərində yenə də məşhurdur. Onun funksiyası da atlının ayaqlarının yəhərdən sürüşməməsi üçündür.