daniyalılar 2021
danqa 2021
OBASTAN VİKİ
Böyük danquşu
Böyük danquşu (lat. Botaurus stellaris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin danquşu cinsinə aid heyvan növü.
Danqam
Dangam (puşt. دانگام Dāngām) — Künər vilayətinin rayonlarındandır. Mərkəzi Dangam şəhəridir.
Danqaralı (Urmiya)
Danqaralı (fars. دانقرالو‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 208 nəfər yaşayır (62 ailə).
Danqeyvl
Dangeyvl (ing. Dungavel) — Şotlandiyada yerləşən sığınacaq axtaran şəxslər üçün immiqrasiya çıxarılma mərkəzi. == Tarixi == Dangeyvl 19-cu əsrdə ov lojası kimi istifadə edilmiş, sonradan 1941-ci ildə Rudolf Hessin sülh missiyası üçün təyinat məkanı kimi planlaşdırılmışdır. 1949-cu ildən 2001-ci ilə kimi cinayətkarlarının saxlandığı federal həbsxana kimi fəaliyyət göstərmişdir. == Cari istifadəsi == 2001-ci ildən müvəffəqiyyətsiz sığınacaq axtaran şəxslər üçün həbs mərkəzi kimi fəaliyyət göstərir. Dangeyvl dəfələrlə az yaşlı uşaq, hamilə qadın və sığınacaq axtaran şəxslərin insan hüquqlarının pozulmasında təhqir olunmuşdur.
Danqun Vanqqeom
Danqun Vanqqeom və ya Tanqun (hanqıl sistemində: 단군왕검, hanca sistemində: 檀君王儉) Lyaonin, Mancuriya və Koreya yarımadasında yerləşən ilk Koreya krallığı Kocosonun əfsanəvi hökmdarı. Onun "Səmanın nəvəsi" olduğu deyilir və eramızdan əvvəl 2333-cü ildə Kocoson krallığını qurub. Onun əfsanəsi haqqında ilk məlumat XIII əsr salnaməsi Samquk Yusadadır. Samquk Yusa isə Çinin Veyin kitabı salnaməsinə və Koreyanın itirilmiş tarix salnaməsi Koqiyə (고기, 古記) əsaslanır. == Əfsanəsi == Danqunun sülaləsinin əfsanəsi onun babası "Səma tanrısı" Hvanin (환인/桓因) ilə başlayır. Hvaninin Hvanun (환웅/桓雄) adlı bir oğlu var. Hvanun Yer planetində vadilər və dağlar arasında yaşamaq istəyir. Atası ona və onun 3000 tərəfdarına Pektu dağına enməyə icazə verir. Burada Hvanun Şinsi dövlətini (신시/神市, "Tanrı şəhəri") yaradır. Buludlar, yağış və küləyin nazirləri ilə birlikdə o, qanunlar və əxlaq qaydaları təsis edir və insanlara müxtəlif incəsənət sahələrini, təbabəti və kənd təsərrüfatını öyrədir.
Danquşcuq
Danquşcuq (lat. Ixobrychus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan cinsi.
Danquşcuq cinsi
Danquşcuq (lat. Ixobrychus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan cinsi.
Danquşu
Danquşu (lat. Botaurus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan cinsi. Bir növ (Botaurus stellaris Linn., 1758, Böyük danquşu), nominativ yarımnövlə təmsil olunmuşdur. Uzun, ağır dimdiyi, böyük başı və yoğun boynu olan iri quşdur. Rəngi kürən-qonurdur. Ayaqları və dimdiyi yaşılımtıl-sarıdır. Gecə quşu olub, gündüzlər qamışlıqda gizlənərək, demək olar ki, hərəkət etmir. Yalnız ayaq altından uçarkən gözə dəyir. Təhlükə zamanı boynunu və dimdiyini yuxarı uzadıb sıx qamış gövdələri arasında az qala görünməz olaraq gizlənməyə üstünlük verir. Arealı Avropa, Asiya və Şimal-Qərbi Afrikanı əhatə edir.
Danquşu cinsi

Danqı nahiyəsi
İncərud nahiyəsi — XIV əsr-XIX əsrlər. İnzibati ərazi. 1593 cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Gəncə sancağı inzibati–ərazi nahiyə 1593-cü ildə Osmanlı dövləti Gəncə nahiyyəsinin oba, kənd, qışlaq və məzrələrini siyahıya alıb. Həmin siyahıdan çıxarış belədir Şah II. Abbas’ın 1650 tarixli fərmanı ilə Gəncə-Qarabağ bəylərbəyliğinə bağlı Danqı nahiyəsinin Şəki ölkəsinin idarəsinə geçici olaraq verildi.
Kiçik danquşcuq
Kiçik danquşcuq (lat. Ixobrychus minutus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin danquşcuq cinsinə aid heyvan növü.
Danquşları
Danquşları (lat. Botaurinae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Aliko Danqote
Aliko Danqote (ing. Aliko Dangote; 10 aprel 1957) — Nigeriya biznesmeni və sənayeçisi. O, daha çox Qərbi Afrikanın ən böyük sənaye konqlomeratı olan "Dangote Group"un qurucusu, sədri və baş direktoru kimi tanınır. "Bloomberg" Milyarderlər İndeksi 2024-cü ilin may ayında onun xalis sərvətini 15,3 milyard ABŞ dolları dəyərində qiymətləndirir və bu onu Afrikanın ən zəngin insanı, dünyanın ən zəngin qaradərili insanı və dünyanın 132-ci ən varlı insanı edir.

Значение слова в других словарях