Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Danquşu
Danquşu (lat. Botaurus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan cinsi. Bir növ (Botaurus stellaris Linn., 1758, Böyük danquşu), nominativ yarımnövlə təmsil olunmuşdur. Uzun, ağır dimdiyi, böyük başı və yoğun boynu olan iri quşdur. Rəngi kürən-qonurdur. Ayaqları və dimdiyi yaşılımtıl-sarıdır. Gecə quşu olub, gündüzlər qamışlıqda gizlənərək, demək olar ki, hərəkət etmir. Yalnız ayaq altından uçarkən gözə dəyir. Təhlükə zamanı boynunu və dimdiyini yuxarı uzadıb sıx qamış gövdələri arasında az qala görünməz olaraq gizlənməyə üstünlük verir. Arealı Avropa, Asiya və Şimal-Qərbi Afrikanı əhatə edir.
Böyük danquşu
Böyük danquşu (lat. Botaurus stellaris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin danquşu cinsinə aid heyvan növü.
Danquşu cinsi
Danquşu (lat. Botaurus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan cinsi. Bir növ (Botaurus stellaris Linn., 1758, Böyük danquşu), nominativ yarımnövlə təmsil olunmuşdur. Uzun, ağır dimdiyi, böyük başı və yoğun boynu olan iri quşdur. Rəngi kürən-qonurdur. Ayaqları və dimdiyi yaşılımtıl-sarıdır. Gecə quşu olub, gündüzlər qamışlıqda gizlənərək, demək olar ki, hərəkət etmir. Yalnız ayaq altından uçarkən gözə dəyir. Təhlükə zamanı boynunu və dimdiyini yuxarı uzadıb sıx qamış gövdələri arasında az qala görünməz olaraq gizlənməyə üstünlük verir. Arealı Avropa, Asiya və Şimal-Qərbi Afrikanı əhatə edir.
Danquşcuq
Danquşcuq (lat. Ixobrychus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan cinsi.
Qarquşu
Qarquşu (lat. Pyrrhula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vüroklar fəsiləsinə aid heyvan cinsi.
Adi qarquşu
Adi qarquşu (lat. Pyrrhula pyrrhula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vüroklar fəsiləsinin qarquşu cinsinə aid heyvan növü. == Taksonomiya == Avrasiya qarquşunu, 1758-ci ildə Karl Linney, özünün "Təbiət sistemi"nin 10-cu nəşrində, Loxia pyrrhula binominal adı altında vermişdir. Latın dilində olan pyrrhula sözünü ilk dəfə Aristotel yunan πυρρός (alov rəngli quş, πυρρός alov rəngli, πuyr yanğın: Pyrrha), "qurd yeyən quş" kimi işlətmişdir. Bu növlərin latın adı ilk dəfə 1555-ci ildə "Historiae animalium"da İsveçrə naturalisti Konrad Gesner tərəfindən istifadə edilmişdir. Qarquşunun ən yaxın qohumları Pinicola cinsinə daxildir. == Yarımnövləri == Qarquşunun aşağıdakı subnövləri vardır: P. p. pileata W. MacGillivray, 1837 – Britaniya adaları P. p. europaea Vieillot, 1816 – Qərbi və Mərkəzi Avropa P. p. iberiae Voous, 1951 – cənub-qərbi Fransa dağları, şimali Portuqaliya və şimali İspaniya P. p.
Bataqlıq bayquşu
Bataqlıq bayquşu (lat. Asio flammeus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin qulaqlı bayquş cinsinə aid heyvan növü.
Cin bayquşu
Damqulu (Meşkinşəhr)
Damqulu (fars. دمقلي‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 154 nəfər yaşayır (25 ailə).
Danquşcuq cinsi
Danquşcuq (lat. Ixobrychus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan cinsi.
Kiçik danquşcuq
Kiçik danquşcuq (lat. Ixobrychus minutus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin danquşcuq cinsinə aid heyvan növü.
Meşə bayquşu
Qütb bayquşu
Qütb yapalağı (lat. Bubo scandiacus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaq cinsinə aid heyvan növü. Qütb bayquşu tundrada bayquşkimilər dəsətinin yaşayan ən böyük nümayəndəsidir. Başı dairəvi, gözün qüzehi qişası açıq-sarı rəngdədir. Dişiləri erkəklərdən böyük olur. Erkəklərin bədəninin uzunluğu 55–65 sm, kütləsi isə 2–2,5 kq-a çatır. Dişilərdə isə bu göstəricilər uyğun olaraq 70 sm və 3 kq-dır. Açılmış halda qanadlarının uc nöqtələri arasındakı məsafə 142–166 sm olur.
Səhra qarquşu
Səhra qarquşu (lat. Bucanetes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vüroklar fəsiləsinə aid heyvan cinsi.
Xanqulu (Sayınqala)
Xanqulu (fars. خانقلي‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 192 nəfər yaşayır (35 ailə). Əhalisini azərbaycanlılar təşkil edir.
Danqun Vanqqeom
Danqun Vanqqeom və ya Tanqun (hanqıl sistemində: 단군왕검, hanca sistemində: 檀君王儉) Lyaonin, Mancuriya və Koreya yarımadasında yerləşən ilk Koreya krallığı Kocosonun əfsanəvi hökmdarı. Onun "Səmanın nəvəsi" olduğu deyilir və eramızdan əvvəl 2333-cü ildə Kocoson krallığını qurub. Onun əfsanəsi haqqında ilk məlumat XIII əsr salnaməsi Samquk Yusadadır. Samquk Yusa isə Çinin Veyin kitabı salnaməsinə və Koreyanın itirilmiş tarix salnaməsi Koqiyə (고기, 古記) əsaslanır. == Əfsanəsi == Danqunun sülaləsinin əfsanəsi onun babası "Səma tanrısı" Hvanin (환인/桓因) ilə başlayır. Hvaninin Hvanun (환웅/桓雄) adlı bir oğlu var. Hvanun Yer planetində vadilər və dağlar arasında yaşamaq istəyir. Atası ona və onun 3000 tərəfdarına Pektu dağına enməyə icazə verir. Burada Hvanun Şinsi dövlətini (신시/神市, "Tanrı şəhəri") yaradır. Buludlar, yağış və küləyin nazirləri ilə birlikdə o, qanunlar və əxlaq qaydaları təsis edir və insanlara müxtəlif incəsənət sahələrini, təbabəti və kənd təsərrüfatını öyrədir.
Bengüsu
Mengüsu — türk mifologiyasında abi-həyat, ölümsüzlük və həyat bəxş edən iksir. "Dirlik Suyu" şəklində də ifadə tapar. Digər adı Bengisudur. Bəzi türk dillərində Mengüsuv və ya Mengüsub da adlandırılar. İçənlərə ölümsüzlük və gənclik təmin edər. Uluqayının dibindəki bir çuxurdan qaynaqlanar. Başında bir gözətçi ruh olar. Bir çay və ya dərə şəklində axar. Bəzən köpük şəklində gəlir. Məsələn, Koroğlu dastanında bir çaydan üç köpük şəklində gəlir.
Dağüstü
Dağüstü – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Buduq bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Dağüstü oyk., mür. Quba r-nunun Buduq i.ə.v.-də kənd. Yan silsiləsinin (Böyük Qafqaz) yamacındadır. Oykonim "dağ üstündə salınmış kənd" mənasında olub, kəndin yerləşdiyi coğrafi mövqeyi bildirir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 114 nəfər əhali yaşayır.
Mengüsu
Mengüsu — türk mifologiyasında abi-həyat, ölümsüzlük və həyat bəxş edən iksir. "Dirlik Suyu" şəklində də ifadə tapar. Digər adı Bengisudur. Bəzi türk dillərində Mengüsuv və ya Mengüsub da adlandırılar. İçənlərə ölümsüzlük və gənclik təmin edər. Uluqayının dibindəki bir çuxurdan qaynaqlanar. Başında bir gözətçi ruh olar. Bir çay və ya dərə şəklində axar. Bəzən köpük şəklində gəlir. Məsələn, Koroğlu dastanında bir çaydan üç köpük şəklində gəlir.
Çeşmə Canqulu (Bicar)
Çeşmə Canqulu (fars. چشمه جان قلي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 105 nəfər yaşayır (28 ailə). Əhalisini kürdlər təşkil edir.
Adi səhra qarquşu
Adi səhra qarquşu (lat. Bucanetes githagineus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vüroklar fəsiləsinin səhra qarquşu cinsinə aid heyvan növü.
Monqol səhra qarquşu
Monqol səhra qarquşu (lat. Bucanetes mongolicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vüroklar fəsiləsinin səhra qarquşu cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Kiçik, uzunquyruqlu quşdur. Böyük, qısa başı və qalın boz-sarı dimdiyi vardır. Erkəklərin "qaşı" və alt hissələri (sinəsi və böyürləri) çəhrayı xallarla örtülüdür. Qanadlarında ağ və çəhrayı rənglərdə geniş zolaqlar var. Dünyada böyük bir yayılma arealına malikdir. Türkiyənin şərqindən Qafqaza, eləcə də Orta Asiyadan Çinə qədər; Monqolustanı və Cənubi Kəşmiri əhatə edən ərazidə rast gəlinir. Naxçıvan Muxtar Respublikasında 1915-ci ildə yazda Bulqan, 1960-1970-ci illərdə Aza (Culfa rayonu) kəndləri ətrafında, müasir dövrdə Culfa rayonunun "Noxuddağ" və "Gendərə" ərazilərində qeydə alınmışdır.
Mangus
Manqus
Darvin nandusu
Darvin nandusu (lat. Rhea pennata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin nandukimilər dəstəsinin nandular fəsiləsinin nandu cinsinə aid heyvan növü.
Dağüstü qəbiristanlığı
Dağüstü qəbiristanlığı və ya Pirvənzərə qəbiristanlığı — Azərbaycanın Bakı şəhərində 1930-cu illərin əvvəllərinə qədər mövcud olan müxtəlif məzhəbli qəbiristanlıq . Qəbiristanlıq Bakı təpəsinin üstündə, Çəmbərəkənd kəndinin cənub-şərqində, Pirvənzərə kimi tanınan yerdə yerləşirdi. Şəhər mühəndisi polkovnik Nikolay fon der Nonne tərəfindən tərtib olunmuş 1899-cu il Bakı şəhərinin planında qəbiristanlıq bir neçə ərazilərə bölünürdü: müsəlman, erməni həvari, pravoslav, katolik, lüteran, yəhudi və molokan. Qəbiristanlıq ərazisində bir neçə kilsə də vardı. 1930-cu illərin ilk yarısında qəbiristanlıq söküldü və onun yerində Sergey Kirov adına park salındı. 1990-cı ildə qəbiristanlığın köhnə müsəlman hissəsində, Qara Yanvar faciəsi qurbanlarının cəsədləri və sonra Qarabağ münaqişəsi zamanı həlak olanlar dəfn edilmişdir. Bu gün bu sahə Şəhidlər Xiyabanı olaraq tanınır. == Tarixi == === Dağüstü qəbiristanlığın yaranması === 1882-ci il tarixli Bakının "Kaspi" qəzetinin avqust sayında qeyd olunurdu ki, yaşayış binalarının yaxınlığında qəbiristanlığın yerləşməsi əhaliyə zərərlidir.. Qəzet xüsusilə qeyd etdi ki, qəbiristanlıq, xüsusən də rus qəbiristanlığı, xarici şəhər evlərinin damlarından başlayır və qəbiristanlığa girmək üçün ilk evin əsas pilləsindən sonuncu pilləsinə kimi gedib, məzarları adlamaq üçün kifayətdir və ya, bu evlərin hər birinin damından kiçik bir addım attıb, qəbiristanlığa girmək olar. Bir çox sakinlər qəzetin müxbirlərinə məlumat vermişdilər ki, qızmar havada cəsədlərin parçalanmasından güclü qoxu gəlirdi.
Misir manqustu
Misir Manqustu və ya Fironsıçanı (lat. Herpestes ichneumon) qədim Misirlilərin müqəddəs heyvanı kimi tanınır. Misirdə, çaylar sahillərində və tarlaları əhatə edən sıx yığınlarda yaşayır.Afrika xaricində olan Sina yarımadasında, həmçinin İsrail, Livanda da yaşayır. Жизнь животных / Под ред. В. Е. Соколова. — М.: Просвещение, 1989. — Т. 7. Млекопитающие. — С. 312. — 558 с.
Hindistan manqosu
Hindistan manqosu (lat. Mangifera indica) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin manqo cinsinə aid bitki növü.
Manqust əməliyyatı
Kuba Layihəsi və ya Manqust əməliyyatı — ABŞ Prezidenti Con Kennedinin səlahiyyətlərinin ilk illərində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən hazırlanmış, Kubada dinc əhaliyə qarşı terror hücumları və məxfi əməliyyatlardan ibarət kampaniya. 30 noyabr 1961-ci ildə prezident Kennedi tərəfindən Fidel Kastronun kommunist hökumətinə qarşı aqressiv gizli əməliyyatlara icazə verilmişdi. Kastro hökumətinin devrilməsi Kennedi administrasiyasının əsas diqqət mərkəzində idi. Əməliyyat 1960-cı ildə Florida ştatının Mayami şəhərində yaradılmış JM/WAVE gizli əməliyyatları və kəşfiyyat toplama stansiyasında planlaşdırılmışdı. Əməliyyata Hərbi Hava Qüvvələrinin generalı Edvard Lansdeyl rəhbərlik edirdi və uğursuz Donuzlar körfəzinin hücumundan sonra qüvvəyə minmişdi. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Manqust əməliyyatı ilə əlaqəli mediafayllar var. Operation Mongoose: The Cuba Project, Cuban History Archive, 20 Feb 1962. The Cuban Missile Crisis, 1962, The National Security Archive. Meeting with the Attorney General of the United States Concerning Cuba, CIA minutes, 19 January 1962. Justification for US Military Intervention in Cuba, Joint Chiefs of Staff, 13 March 1962.