darum

adv. 1. (Grund) ona görə, buna görə, bunun üçün; es geht mir ~, dass … əhəmiyyət verdiyim məsələ budur ki…; ~ geht es nicht söhbət bundan getmir; mach dir ~ keine Sorgen! bundan narahat olma!; 2. (Ort) ətrafında; s. a. Verben mit Präp. um
dartun
darunter
OBASTAN VİKİ
Daruma (kukla)
Daruma (yap. だるま və ya 達磨) — yapon mifologiyasında xoşbəxtlik gətirən tanrı Bodhidharmanı təcəssüm etdirən yaponların ənənəvi hacıyatmaz kuklası. Bu kuklalar əlsiz və ayaqsız olur, ağac, papye-maşe, nadir hallarda kağızdan hazırlanır. Bu kuklaların belə hazırlanmasının səbəbi kimi əfsanəyə görə, tanrı Bodhidharmanın 9 il meditasiyadan sonra əl və ayaqlarının yox olması olmuşdur. Kuklalar adətən qırmızı rəngə boyanır. Nadir hallarda yaşıl, sarı və ağ rəngə boyanmışlara rast gəlinir. Bu kuklalar saqqallı və bığlı təsvir olunsa da, gözləri bəbəksiz olur. == Bodhidharma == Daruma (Bodaydaruma) dzen-buddist məktəbinin əsasını qoyan tanrı Bodhidharmanın adının yaponca tələffüzüdür. 510-cu ildə tanrı Bodhidharma Çinə yollanaraq Lyan sülaləsindən olan hökmdar U-dinin (502–556) hakimiyyəti dövründə Sunşan dağlarında Şaolin monastrının əsasını qoymuşdur. Deyilənə görə, bu monastrda o, ancaq divarı seyr etməklə 9 il meditasiyada olmuşdur.