DAYKA

/ing. dike yaxud dyke-arakəsmə, daş hasar/ paralel səthlərlə əhatələnən və qarışıq süxurları kəsib, şaquli dayanan lay şəkilli geoloji kütlə. D.müxtəlif olur: endogen D. Maqmanın çatlara soxularaq soyuması və kristallaşması nəticəsində əmələ gəlir. Ekzogen (klastik) D. çökmə süxurlarla doldurulmuş çatlar. Sonradan denudasiyaya məruz qalmış yan süxurlar fonunda relyefdə divarabənzər forma əmələ gətirir. дайка dyke
DAYİ
DEFİLE
OBASTAN VİKİ
Dayka
Dayka (ing. dike və ya dyke – sədd, daş divar) — intruziv maqmatik süxurların yatım formalarından biri. Paralel müstəvilərlə hüdudlanır. Dayka maqmanın Yer qabığındakı şaquli və maili çatlarda soyumasından əmələ gəlir. Yerləşdiyi ətraf süxurlara nisbətən bərk olur və onlar aşındıqda Dayka divar kimi görünür. Daykanın qalınlığı bir m-dən onlarla mədək, uzunluğu isə onlarla m-dən yüzlərlə km-ədək olur. Әmələ gəlməsinə görə üç genetik qrupa bölünür: maqma ərintisinin şaquli, yaxud maili çatları doldurması nəticəsində əmələ gələn endodaykalar, flüidlərin təsirindən metasomatik yolla əmələ gəlmiş metadaykalar, çöküntü və vulkanik qırıntı materialların çatları doldurması nəticəsində əmələ gələn ekzodaykalar. Təktək və qrup Daykalara (radial, həlqəvi və paralel Daykalar kompleksi) rast gəlinir. Radia və həlqəvi Daykalar, əsasən, intruziv massivlər və vulkanlarla əlaqədardır. Paralel Daykalar kompleksi orta okean silsilələrində intişar tapmışdır.

Значение слова в других словарях