Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dayka
Dayka (ing. dike və ya dyke – sədd, daş divar) — intruziv maqmatik süxurların yatım formalarından biri. == Haqqında == Paralel müstəvilərlə hüdudlanır. Dayka maqmanın Yer qabığındakı şaquli və maili çatlarda soyumasından əmələ gəlir. Yerləşdiyi ətraf süxurlara nisbətən bərk olur və onlar aşındıqda Dayka divar kimi görünür. Daykanın qalınlığı bir m-dən onlarla mədək, uzunluğu isə onlarla m-dən yüzlərlə km-ədək olur. == Növləri == Әmələ gəlməsinə görə üç genetik qrupa bölünür: maqma ərintisinin şaquli, yaxud maili çatları doldurması nəticəsində əmələ gələn endodaykalar, flüidlərin təsirindən metasomatik yolla əmələ gəlmiş metadaykalar, çöküntü və vulkanik qırıntı materialların çatları doldurması nəticəsində əmələ gələn ekzodaykalar. Təktək və qrup Daykalara (radial, həlqəvi və paralel Daykalar kompleksi) rast gəlinir. Radia və həlqəvi Daykalar, əsasən, intruziv massivlər və vulkanlarla əlaqədardır. Paralel Daykalar kompleksi orta okean silsilələrində intişar tapmışdır.
Dayki
Dayki — Yaponiya adı. Dayki Niva — Yaponiya futbolçusu. Dayki İvamasa — Yaponiya futbolçusu. Dayki Takamatsu — keçmiş Yaponiya futbolçusu. Dayki Sakamoto — Dayki Kamikava — Yaponiya cüdoçusu.
Layka
Layka (rus. Лайка, hərfi mənada "hürən", təq. 1954, Moskva, RSFSR, SSRİ – 3 noyabr 1957, Sputnik-2) — Yerətrafı orbitə çıxan ilk heyvan və Sovet kosmos iti. Adi küçə iti olan Layka kosmosa gedən ilk canlılardan biri idi. O, 1957-ci il noyabrın 3-də Sputnik-2 adı altında kosmosa göndərilən R-7 raketinin sakini kimi seçilmişdi. Kosmosa göndərilən vaxt onun təqribən 3 yaşı var idi. Bəzi alimlər fikirləşirdilər ki, insanlar kosmosa getsələr orada məhv olarlar. Buna görə də, kosmosa it göndərmək fikrində idilər. Həmin vaxtlarda kosmik uçuşların canlılara təsirinə dair məlumat az olduğuna görə Laykanın yaşama ehtimalının çox az olacağı düşünülürdü. Layka çox güman ki, R-7 raketi ilə onun yerləşdiyi hissənin ayrılması anında baş vermiş qəza səbəbilə meydana gələn hipertermiya (həddən artıq istilik) nəticəsində qalxışdan sonrakı bir neçə saat içində ölmüşdür.
Sayka
Sayka (lat. Boreogadus saida) — Arktikanın soyuq sularında yayılmış, Treskakimilər dəstəsinin, Treskalar fəsiləsinə daxil olan. Öz cinsinin yeganə nümayəndəsidir. Maksimal uzunluğu 40 sm, adətən isə 25 sm olur. Orta ömür müddəti 7 ildir. Quyruğa doğru bədən kiçilir. Bığı kiçikdir. Başı isə əksinə böyükdür. Alt çənəsi nisbətən irəlidir. Başının üzəri və beli boz-qəhvəyidir.
Mayka
Mayka yaxud atlet — qolsuz və ya qısayollu alt köynəyi yaxud alt paltarı, həmçinin yay köynəyi və idman köynəyi. Alt paltarı kimi əsasən ağ rəngdə olur və daha çox ağ rəngə üstünlük verilir, lakin fərqli rənglərdə də mövcuddur. Əsasən yundan və pambıqdan tikilir. Mayka alt paltarıdır, atlet isə yay köynəyi və idman köynəyi kimi istifadə olunur və fərqli rənglərdə mövcuddur.
Ayka
Ayka (mac. Ajka) — Macarıstanın Vesprem medyesində şəhər. Alüminium kombinatı, böyük İES var. Şüşə və odadavamlı kərpic istehsal olunur. Yaxınlığında boksit və qonur kömür çıxarılır.
Daka
Dəkkə (Dácca, benq. ঢাকা) – Banqladeşin paytaxtı. Dəkkə vilayətinin inzibati mərkəzi. Әhalisi 7,0 mln. (2011). Benqal düzənliyində, Burhi Qanq çayı sahilində, onun Dhalesvari çayına töküldüyü yerin yaxınlığındadır. Ölkənin siyasi, iqtisadi və mədəniyyət mərkəzidir. Mühüm avtomobil və dəmir yolları qovşağıdır. Şəhərdə Sadarqhat çay portu və Ziya beynəlxalq aeroportu var. == Ümumi məlumat == Dəkkədə Banqladeş EA (1973), Cut ETİ (1951), Banqladeş elm və sənaye tədqiqatları şurası (1955), Atom Enerjisi üzrə Banqladeş Komissiyası (1973), Benqal Akademiyası (1972; humanitar elmlər sahəsində tədqiqatlar), Beynəlxalq və Strateji Araşdırmalar İnistutu (1978); ali təhsil müəssisələrindən: Dəkkə Universiteti (1921), Mühəndis-Texnologiya Universiteti (1962), İslam Texnologiya Universiteti (1981; 2001 il -dən indiki adı ilə) yerləşir.
Danka Bartekova
Danka Bartekova (slovak. Danka Barteková; 19 oktyabr 1984, Trеnçin) — stend atıcılığında çıxış edən Slovakiya idmançısı. 2012 Olimpiya bürünc mükafatçısı, 9 qat dünya çempionu, 10 qat Avropa çempionu, 5 qat dünya kuboku mərhələlərinin qalibi, 2011 Universiada gümüş mükafatçısı. 2012-ci ildə 8 il müddətinə BOK Atletlər Komissiyasına seçilmişdir. Rio-de-Janeyroda keçirilən 2016 Olimpiya Oyunlarının açılış mərasimində Slovakiya bayrağını daşıyırdı. == Ailəsi == Danka Bartekovanın bacısı Lenka Kosteletska məşhur Çexiya atıcısı David Kosteletskinın həyat yoldaşıdır.
Dayki Kamikava
Dayki Kamikava (yap. 安倍 晋三 7 aprel 1989 Yamaquçi, Yaponiya) — 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Yaponiya cüdoçusu. Kamikava 2010-cu ilin sentyabrında Yaponiyanın paytaxtı Tokio şəhərində baş tutmuş dünya çempionatında qızıl medal əldə edib. O, mütləq çəki dərəcəsinin finalında Fransa təmsilçisi Teddi Rineri məğlub edib.
Dayki Niva
Dayki Niva (16 yanvar 1986) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli futbol komandasının heyətində 2 oyun keçirib.
Dayki Sakamoto
Dayki Sakamoto (坂元大希, Sakamoto, Daiki, 15 aprel 1996-cı ildə Saqa prefekturasında anadan olub) — Hal-hazırda Roasso Kumamoto FK klubunda çıxış edən Yaponiya futbolçusudur. == Klub statistikası == 23 fevral 2016-cı il məlumatlarına əsasən.
Dayki Takamatsu
Dayki Takamatsu (d. 8 sentyabr 1981) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Dayki İvamasa
Dayki İvamasa (d. 30 yanvar 1982) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 8 oyun keçirib.
Dayna Ceyn
Dayana Ceyn Milika İlaysaane Hansen (ing. Dinah Jane Milika Ilaisaane Hansen; 22 iyun 1997, Santa-Ana, Kaliforniya) — ABŞ müğənnisi.
Dayna Tayminya
Dayna Tayminya (latış. Daina Taimiņa‎, ing. Daina Taimina ; 19 avqust 1954, Riqa) — latviya əsilli amerikan riyaziyyatçısı. Riyaziyyat elmlər doktoru. == Bioqrafiyası == Dayna Tayminya 1954-cü ildə Riqada anadan olmuşdur. O, Riqa gimnaziyasını və Latviya Universitetini bitirib. 1990-ci ildə Belarus Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda «Behavior of Different Types of Automata and Turing Machines on Infinite Words» disertasiyasını müdafiə etmişdir. 1992-ci ildə isə Latviya Universitetində doktorluq disertasiyasaını müdafiə edir. Latviya Universitetində və Riqada Müəllim Təhsili İnstitutunda pedaqoq vəzifəsində işləmişdir. 1992-1996-cı illərdə «Zvaigzne» və «Mācību grāmata» mətbələrində elmi redaktor vəzifəsində çalışıb.
Dayna dolabı
Dayna dolabı (latış. Dainu skapis‎) — dayna adlı Latviya xalq mahnılarının kartotekası olan dolab, onu Latviya folklorşünası Krişyanis Baron toplamışdır. Hündürlüyü 160 sm, eni - 66 sm, dərinliyi - 42 sm. 1880-ci ildə Moskvada Baronun çertyojlarına əsasən düzəldilmişdir. Dolabın hazırlanmasının səbəbi o idi ki, Baron artıq kolleksiyanı papiros kağızı qutusunda saxlaya bilmirdi. Dolab iki hissədən ibarətdir. Hər ikisində 35 qutu var, hansının ki hər birində 20 bölmə var, bölmələr isə hər biri 3 × 11 sm ölçüdə olmaqla 150-200 kağız vərəqdən ibarətdir. Dolabın alt hissəsində arxiv materialları (məktublar, adlar cədvəli) olan üç iri qutu var. Dolabda ümumilikdə 268 815 vərəq saxlanılır ki, onların üstündə 4-8 sətirli daynalar və həmçinin digər mətnlər (tapmacalar, atalar sözü) yazılıb. Krişyanis Baron vəfat etdikdən sonra dolab onun Riqadaki qohumlarının evində saxlanılırdı, 1941-ci ildə onu Latviya folklor əsərlərinin saxlanılan yerə köçürtdülər, 1946-cı ildə Latviya SSR Elmlər Akademiyasının Ədəbiyyat, Folklor və İncəsənət İnstitutuna apardılar, 1998-ci ildə Latviya Universitetinin Ədəbiyyat, Folklor və İncəsənət İnstitutuna köçürüldü, 2014-cü ildə Latviya Milli Kitabxanasının yeni binasında yerləşdirildi.
Dayya-Nueva
Dayya-Nueva (isp. Daya Nueva) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 7,10 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 1938 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 18 km uzaqlıqda yerləşir.
Dayya-Vyexa
Dayya-Vyexa (isp. Daya Vieja) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 3,1 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 696 nəfərə çatmışdır.
Kurmancan Datka
Kurmancan Datka (1811-1907) - qırğız qəhrəmanı, böyük türk anası. == Həyatı == Datka bir ünvan olub, hökmdar, general, idarəçi kimi mənalarda istifadə olunur. Kurmancan Datka isə göstərdiyi şücaətlər nəticəsində bu ünvana iki dəfə layiq görülüb. Bu hadisə sadəcə Orta Asyada deyil, bütün türk və islam aləmində görünməmiş bir hadisə idi. Kurmancan 1811-ci ildə Oş şəhərinə yaxın Madi qışlağında Munquş nəslinin Bargi qəbiləsindən olan bir əkinçi ailəsində dünyaya göz açıb. 1832-ci ildə Xokand xanlığının baş naziri və baş komandiri Alimbek Datka ilə evlənib. Bu evlilikdən cütlüyün 5 oğlu və iki qızı dünyaya gəlir. Hətta bəzi mənbələrə əsasən 96 yaşında vəfat edən Kurmancan Datkanın uşaqlarının, nəvələrinin və nəticələrinin sayı 100 nəfərdi. Rusiya 1700-cü illərdən etibarən islam dini əleyhinə fəaliyyətə keçdi. 1742-ci ildə qəbul edilən qərara əsasən məscidlər ancaq rusların və yeni vaftiz edilənlərin yaşadıqları yerlərdə tikilə bilərdi.
Tayka Vaytiti
Tayka Vaytiti (ing. Taika Waititi; 16 avqust 1975, Vellinqton, Yeni Zelandiya) —Yeni Zelandiya film istehsalçısı və aktyoru. "Oskar", "BAFTA" və "Qremmi" mükafatları qazanmış və 2 dəfə "Primetime Emmi" mükafatına namizəd göstərilmişdir. Tayka Vaytiti 16 avqust 1975-ci ildə Yeni Zelandiyanın Raukokore bölgəsində doğulmuş və Vellinqtonda böyümüşdür. Atası incəsənət xadimi, anası isə məktəb müəllimidir.
Tayka islahatı
Tayka islahatı (大化の改新, Tayka no Kayşin) – 645-ci ildə Yaponiyada həyata keçirilmiş bir sıra siyasi innovasiyalar. Tayka islahatı Şahzadə Nakano Oe (daha sonra İmperator Tenci) və Nakatomi no Kamatari (daha sonra Fucivara no Kamatari) tərəfindən 645-ci ildə Soqa klanı hakimiyyətinə qarşı olan çevrilişdən sonra baş tutmuşdur. Tayka islahatı imperator ailəsinin bütün Yaponiya boyunca mütləq hakmiyyətini bərqərar etmək və Çindəki Tan sülaləsinin dövləti əsasında hökumət qurmaq üçün həyata keçirilmişdi. Çindən götürülən yeniliklərdən biri imperator dövrlərini adlandırmaq idi və taxta çıxmış İmperator Kotoku hakimiyyətinin birinci yarısını Tayka dövrü ("Böyük dəyişiklik") adlandırmışdır. Tayka islahatını araşdıran alimlər onu Meyci islahatı ilə müqayisə etsələr də, ondan fərqli olaraq, Tayka islahatı diqqətlə planlaşdırılmış və elan olunmuş islahatdır. Tayka dövründən əvvəl Yaponiya müxtəlif klanlar tərəfindən idarə olunurdu və imperatorluq sarayı 50 il boyunca Soqa klanının təsiri altında olmuşdur. Soqa klanı intriqa, manipulyasiya və qətlərlər hakimiyyətdə qalırdı. Soqa klanının son lideri olan Soqa no İrukanın qurbanlarından biri 643-cü ildə öldürülmüş Şahzadə Yamaşiro Oe idi. Bu qətldən sonra İruka öz malikanəsini saraya çevirmiş və oğullarını şahzadə adlandırmışdır. 645-ci ildə Şahzadə Nakano Oe və Nakatomi no Kamatari Nakanonun anası olan İmperatriça Koqyokunun sarayında İrukanı öldürmüşdürlər.
Dayqa Mierinya
Dayqa Mierinya (latış. Daiga Mieriņa‎, Jurēvica; 1969 və ya 3 mart 1969, Riqa) — Latviya siyasətçisi, Latviya Kəndli İttifaqı Partiyasının sədr müavini. O, 20 sentyabr 2023-cü ildən Latviya Seyminin sədri, 2022-ci il noyabrın 1-dən Latviya Seyminin deputatı vəzifələrində çalışır.Dayqa Mierinya həmçinin Karnikava vilayəti Dumasının sədri (2009-2015, 2016-2021), Karnikava bölgəsi (2001-2021) və Adazi bölgəsi (2021-ci ildən) Dumasının deputatı vəzifələrini də icra edib. == Həyatı == Dayqa Mierinya 3 mart 1969-cu ildə anadan olub. O, 1995-ci ildə Latviya Kənd Təsərrüfatı Universitetini bitirib. Magistr təhsilini 2009-cu ildə Riqa Texniki Universitetində almışdır. === Şəxsi həyatı === Dayqa Mierinya ailəlidir. Onun üç övladı var. == Siyasi fəaliyyəti == 2001-ci il martın 11-də keçirilən bələdiyyə seçkilərinin nəticələrinə əsasən o, Karnikava Regional Dumasının deputatı seçilib. 2005-ci il seçkilərində Xalq Partiyasından yenidən deputat seçilib.
Ayka Hakoyama
Ayka Hakoyama (d. 27 iyul 1991, Naqano, Yaponiya) — Yaponiyanı təmsil edən sinxron üzgüçü. Ayka Hakoyama 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etdi və yarışların bürünc medalını qazandı. Hakoyama həm də 2015-ci ildə Kazan şəhərində Dünya Çempionatının bürünc medalını qazanıb. == Karyerası == Ayka Hakoyama 2016-cı ildə karyerasında birinci dəfə Braziliyanın Rio-de-Janeyro şəhərində Olimpiya Oyunlarında qüvvəsini sınadı. Ayka Hakoyama komanda yoldaşları ilə birgə yarışların finalında 189.2056 xal topladı və XXXI Yay Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Barat Daya
Barat Daya (ind. Pulau Banyak) — Kiçik Zond adalarının şimal-şərq hissəsində yerləşən adalar qrupu. İnzibati baxımından İndoneziyanın Maluku vilayəti, Barat Daya dairəsi ərazisində yerləşir. == Coğrafiyası == Arxipelaqa 1 iri (Vetar (3,6 min km²) və bir neşə kiçik ada daxildir (Roma, Damar, Teun və Nila.). Ərazisi əsasən dağlıqdır. Maksimal hündürlük Vetar (1412 m) adasında yerləşir. Ekvatorial iqlimə malikdir. İl ərzində orta temperatur 25-27 ºС arasında dəyişir. Sıx meşələri savannalar əvəz edir. İl ərzində 2000 mm yağıntı düşür.
AAYDA
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi — Azərbaycan Respublikasının avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərən, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirəm dövlət orqanı. == Haqqında == “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti haqqında Azərbaycan Respublikası Prezidentinin 9 mart 2016-cı il tarixli Fərmanı ilə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti adlandırıldı. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 oktyabr tarixli 1638 nömrəli Fərmanına ​əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb. == Rəhbər == Azərbaycan Prezidentinin 21 dekabr 2017-ci il tarixində imzaladığı sərəncam ilə Saleh Ərşad oğlu Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edildi.