daşınabilən

daşınabilən
daşımaq
daşınar
OBASTAN VİKİ
Daşınabilən hava hücumundan müdafiə sistemi
Daşınan Zenit Raket Sistemləri (DZRK) — müasir piyadaların arsenalında mövcud olan təsirli silahdır. DZRK — daşınması və istifadəsi bir əsgər tərəfindən yerinə yetirilən zenit kompleksidir. Nisbətən kiçik ölçüsü sayəsində modern DZRK-ları asanlıqla daşımaq və gizlətmək (maskalamaq) mümkündür. Kiçik ölçüləri, yüksək məhsuldarlığı və nisbətən ucuz qiyməti onları çox populyar hala gətirib. Daşına bilən Hava Hücumundan Müdafiə sistemləri hərbi sahədə, xüsusilə də aşağı intensivlikli silahlı münaqişələrdə real bir inqilab etdi. Tank və piyada birliklərini helikopter və hücum təyyarələrinin hava hücumlarından müdafiə etmək üçün artıq bahalı və irihəcmli hava hücumundan müdafiə batareya və divizionlarını yerləşdirməyə ehtiyac qalmadı. Hava hədəfləri ilə effektiv mübarizə aparmaq üçün piyadaların təchiz edilməsi ideyası, aviasiyanın döyüş sahəsində böyük rol oynayadığı İkinci dünya müharibəsi dövründə peyda oldu. Müharibənin sonunda Üçüncü Reyx konstruktorları yaratdıqları təsirli, sadə və nisbətən ucuz "Panzerfaust" tank əleyhinə qumbaraatan konsepsiyasını düşmən təyyarələri ilə mübarizə aparmaq üçün istifadə etməyə cəhd göstərdilər. Onların araşdırmalarının nəticəsi olaraq kütləvi istehsal mərhələsinə çatmayan, idarə olunmayan zenit raketlərinə sahib "Luftfaust-B" daşınan çoxlüləli kompleks yaradıldı. Əslində bu kompleks müasir DZRK sistemlərinin sələfləri olan zenit qumbaraatanları kimi qəbul edilməlidir.