deliberate1
adj 1. qəsdən / qərəzlə edilən, qabaqcadan düşünülmüş; ~ action düşünülmüş hərəkət; 2. qəsdən, məqsədli; ~ murder qəsdən törədilmiş qətl; the ~ killing of unarmed civilians silahsız vətəndaşları qəsdən qırma / öldürmə; 3. təmkinli; ləng, astatərpənən, ağırtərpənən, tələsməyən; to go with ~ steps ağır addımlarla / tələsmədən getmək
deliberate2
v fikirləşmək, düşünmək, götür-qoy etmək; ətraflı düşünmək; ölçüb-biçmək, mülahizə etmək; She deliberated on my question for a moment and then spoke O mənim sualım üzərində bir an fikirləşdi və sonra danışdı; to ~ whether to leave or not tərk etmək yaxud qalmaq barədə götür-qoy etmək