diafraqma-qabırğa 2021

diafraqma-qabırğa
diafraqma 2021
diafraqma-qaraciyər 2021
OBASTAN VİKİ
Diafraqma
Diafraqma bu mənaları ifadə edə bilər:
Qabırğa sümüyü
Qabırğa (lat. costa,ae f., q.yun. πλευρά) - cüt və yastı qövs səkilli döş qəfəsinə aid sümük olub, insanda sayı 12 cütdür. Qabırğa sümüyü iki: ön qığırdağa keçən və arxa fəqərəyə birləşən ucdan, baş (lat. Caput costae), boyun (lat. collum costae) və cismdən (lat. corpus costae) ibarətdir. Qabırğa sümüyünün iki: xarici qabarıq və daxili batıq səthi var. Arxa ucunda iki oynaq səthi: qabırğa qabarcığı oynaq səthi (lat. Facies articularis tuberculi costae) və köndələn çıxıntı oynaq səthi (lat.
Qabırğa qığırdaqları
Qabırğa qığırdaqları — qabırğaları irəli uzatmağa kömək edən və toraksın (döş qəfəsi) divarlarının elastikliyinə kömək edən hialin qığırdaq toxumaları. Qabırğa qığırdaqları yalnız qabırğaların ön uclarında yerləşir və medial uzanma təmin edir. İlk 7 cütü sternum (sinə sümüyü) ilə bağlıdır, sonrakı 3-ün hər biri qabaqki qabırğanın qığırdağının aşağı sərhədi ilə birləşdirilir, son 2-si qarın divarında bitən uclu ətraflara malikdir. Qabırğalar kimi qabırğa qığırdaqları da uzunluğu, eni və istiqaməti ilə fərqlənir. Onların uzunluğu 1-7-yə qədər artır, sonra tədricən 12-yə qədər azalır. Qabırğa qığırdaqlarının eni, eləcə də aralarındakı boşluqların eni birincidən sonuncuya qədər azalır. Qabırğa qığırdaqları qabırğalara yapışma yerlərində genişdirlər və bütün eni eyni olan ilk 2-si və kənarlarının təmasda olduğu yerlərdə böyüdülmüş 6-cı, 7-ci və 8-ci istisna olmaqla, döş sümüyü ətraflarına doğru daralır. İstiqamətinə görə də fərqlənirlər: 1-si sternuma doğru bir qədər aşağı enir, 2-si üfüqi, 3-sü bir qədər yüksəlir, qalanları isə bucaq şəklindədir. Hər bir qabırğa qığırdağının 2 səthi, 2 haşiyəsi və 2 ucu var. Ön səth qabarıqdır, irəli və yuxarıya baxır: 1-si kostoklavikulyar bağa və körpücükaltı əzələyə yapışır.
Diafraqma (anatomiya)
Diafraqma (lat. diaphragma, yun. διάφραγμα arakəsmə mənasını verir) — tək əzələ olub, döş qəfəsini qarın boşluğundan ayırır. Tənəffüsün təmin edilməsində mühüm rola malik olan bu əzələvi arakəsmə ağciyərlərin gərilməsində mühüm rol oynayır. Onun hüdudları alt qabırğanın aşağı kənarı ilə məhdudlaşır. Eninəzolaqlı əzələ liflərindən təşkil olunmuş diafraqma qarın əzələ sisteminə aiddir. Dafraqmaya məməlilərdə və timsahlarda rast gəlinir. Dafraqma təkamül nəticəsində formalaşaraq tənəffüs sistemini daha da mükəmməlləşdirmişdir. Diafraqma qurluşca kümbəzəbənzər struktur olub, əzələ və fibroz toxumalardan təşkil olunmuşdur. Onun qübbələri yuxarı, döş qəfəsi boşluğuna baxır və bir növ onun döşəməsini təşkil edir.
Diafraqma (foto)
Difraqma (lat. διάφραγμα) — fotoaparat obyektivinin qurğusu olub nisbi dəliyiin ölçüsünü, obyektivdən keçən işığn miqdarını, çəkiləcək obyektin təsvirinin aydınlığını və sahə dərinliyini tənzimləmək üçün istifadə olunan dairəvi pərdəciklər. == İş prinsipi == Diafraqmanın iş funksiyası insan gözünün funksiyası ilə, demək olar ki, eynidir. İnsan günəşə baxdıqda gözünün parlaq işıqdan zədələnməməsi üçün onu qıyır və əksinə, qaranlıqda yaxşı görmək üçün gözünü daha geniş açır və beləliklə gözə düşən işığın həcmini tənzimləyir. Diafraqma da eyni funksiyanı daşıyır. Düşən işığı artırıb azaltmaq üçün diafraqmanın dəliyini açıb və ya bağlamaq lazımdır. Diafraqmanın dəliyi ləçəklər vasitəsilə açılıb bağlanır. Dəliyin dairəvi olması ləçəklərin sayı və onların formasından asılıdır. Diafraqmanın dəliyi nə qədər dairəvi olsa, bir o qədər yaxşıdır. Diafraqma şəklin kəskinliyinə, obyektivdən keçən işığın həcminə, kəskinlik dərinliyinə və rənglərin parlaqlığına təsir edir.