Dialektika

yun. dialektike (techne) – müsahibə, mübahisə etmək bacarığı 1) təbiət, insan cəmiyyəti və təfəkkürün hərəkət, dəyişmə, təzələnmə və inkişafının ümumi qanunlarından bəhs edən elm; 2) təbiət, insan cəmiyyəti və təfəkkürünün hərəkəti və inkişafı prosesi; 3) təbiət, cəmiyyət və təfəkkürün inkişafının ən ümumi qanunauyğunluqları haqqında təlim. Dialektika prosesin daxili mənbəyini ziddiyyətlərin mübarizəsində görür; 4) təbiətin, insan cəmiyyətinin, təfəkkürün hərəkət və inkişafının ümumi qanunları haqqında fəlsəfi təlim; bir keyfiyyətdən digərinə sıçrayışla keçidə gətirib çıxaran daxili ziddiyyətlərin və əksliklərin mübarizəsinin açılması yolu ilə, daim hərəkətdə olan və dəyişən təbiət və cəmiyyət hadisələrinin dərk edilməsinin elmi metodu. Qısa olaraq dialektikanı əksliklərin birliyi haqqında təlim adlandırmaq olar. Bu tərif dialektikanın özəyini əhatə etsə də, şərh və inkişaf tələb edir; 5) bir şeyin onun ziddiyyətliliyi fonunda hərəkət və inkişaf prosesi. Məsələn, hadisələrin dialektikası, tarixin dialektikası; 6) rəqibin müddəalarında daxili ziddiyyəti aşkar etməklə söhbət, fikir mübadiləsi, mübahisə aparmaq incəsənətinin köhnəlmiş adı; mübahisədə məntiqi əsasları tətbiq etmək bacarığı.
Diaqram
Dialoq
OBASTAN VİKİ
Dialektika
Dialektika (yun. διαλεκτική — mübahisə etmək) — maddi dünyanın mövcudluğunu daimi dəyişiklik, hərəkət, mübarizə və inkişafla izah olunması üsuludur. == Ümumi məlumat == Dialektika tezis-antiteza=sintez düsturu ilə işləyir, başqa cürə buna inkarın inkarı deyilir. Bir şey(tezis) inkar olunur(antiteza) və bu inkar öz növbəsində inkar olunur(sintez), və bu əksliklərin mübarizəsi və vəhdətindən yeni bir şey yaranır. Yeni yaranan köhnənin inkarı üzərində təşəkkül tapır, ama bu inkarın müsbət həllini nəzərdə tutur, bu o deməkdir ki, yeni köhnənin ən üstün tərəflərini özündə ehtiva edir və onun yeni səviyəyə inkişafı deməkdir. Dialektikanın özünəməxsus tarixi vardır. Qədim Yunanıstanda dialektika dedikdə (qədim yunanca mübahisə aparmaq sənəti, mühakimə yürütmək deməkdir) elmi müsahibə, mübahisə etmək sənətini başa düşürdülər. Qərb fəlsəfəsində və elm məktəbində sübut nəzəriyyəsi kimi mövcud olmaqdadır. Dialektika ideyaları fəlsəfənin bütün tarixi ərzində inkişaf etmişdir. Beləliklə, dialektika: təbiət, insan cəmiyyəti və təfəkkürün hərəkət, dəyişmə, təzələnmə və inkişafının ümumi qanunlarından bəhs edən elmdir.

Значение слова в других словарях