DIFFER

v 1. fərqlənmək, ayrılmaq, seçilmək; to ~ in appearance xaricən birbirindən fərqlənmək, oxşar olmamaq; English differs from French İngilis dili fransız dilindən fərqlənir; 2. razılaşmamaq, başqa-başqa fikirdə olmaq; to ~ from / with smb. bir kəslə razılaşmamaq, bir kəslə başqa-başqa fikirdə olmaq; I have to differ with you on that Mən bu işdə səninlə / sizinlə razılaşmıram;

◊ Tastes differ at. söz. ≅ Zövqlər müxtəlif olur

DIETARY
DIFFERENCE
OBASTAN VİKİ
Differdanj 03 FK
"Differdanj 03" — Lüksemburqun futbol klubu. == Tarixi == Klubun yaranma tarixi 2003-cü il hesab edilir. Həmin vaxt klub iki komandanın birləşməsi nəticəsində fəaliyyətə başlayıb. Belə ki, 2003-cü ildə "Red Boys Differdanj"la "AS Differdanj" birləşəndə birincilər II, ikincilər isə III liqada mübarizə aparırdılar. İki klubun birləşməsindən əvvəl isə "Red Boys Differdanj" 6 dəfə ölkə çempionu olmuş, 15 dəfə də kuboku qazanmışdır. 2003/2004 mövsümündən Lüksemburqun II divizionunda mübarizəyə başlayan "Differdanj 03" iki il sonra çempion kimi elitaya vəsiqə əldə edib. == Uğurları == 2008/2009 və 2014/2015 mövsümlərində Lüksemburq çempionatının gümüş medalını qazanan komanda 4 dəfə də – 2009/2010, 2010/2011, 2013/2014, 2014/2015 mövsümlərində ölkə kubokunun qalibi olub. == UEFA turnirlərində == 2007-ci ildən avrokuboklarda çıxış etməyə başlayan "qırmızı-qaralar" 2009/2010 mövsümündən bəri Avropa arenasında müntəzəm çıxış edir. Bu müddətdə onlar bir dəfə UEFA Avropa Liqasında pley-off mərhələsinə qədər irəliləyiblər. Belə ki, 2011/2012 mövsümündə "Levadiya"nı mübarizədən kənarlaşdırıb, "Olimpiakos"a hər iki oyunda 0:3 hesabları ilə məğlub olsa da, rəqibi danışılmış oyunlar səbəbindən turnirdən kənarlaşdırıldığından lüksemburqlular pley-off mərhələsinə vəsiqə qazanaraq, bu mərhələdə də PSJ-yə məğlub olublar.
Differensial
Differensial (riyaziyyat), funksiyanın kənar nöqtələrdə xassələrəni təsvir edir. Differensial (avtomobil), transmissiyanın tərkib hissəsi olub, aparıcı təkərlərin qeyri sinxronluğunu təmin edir.
Differensial (avtomobil)
Differensial — ötürmə xüsusi planetar ilişmə olub, ötürmə ədədi i0 = − 1 olan dişli çarx ilişməsidir. Avtomobillərdə mühərrikdən təkərlərə verilən ötürmə sisteminin – transmissiyanın tərkib hissəsidir. Avtomobil əyrixətli yol üzrə hərəkət etdikdə onun arxa təkərləri müxtəlif yol qət edirlər. Bununla onların fırlanma tezliyi də müxtəlif olur. Ona görə də, onların bir-biri ilə sərt birləşdirilməsi mümkün deyil. Avtomobillərin arxa təkərlərinin müxtəlif dövrlər sayında hərəkətini, yəni qeyri sinxronluğunu təmin etmək üçün differensial ötürmədən istifadə edilir. Avtomobilin dönməsi zamanı bu ötürmə arxa təkərlərin sərbəst fırlanmasına imkan verir. Nəticədə təkərlərin lazım olmayan yüklənməsi aradan qaldırılır. Differnsial ötürmə hələ b.e.ə. təxminən 100-cü ildən məlum olmuşdur.
Differensial (riyaziyyat)
Diferensial funksiyanın xətti artımını təsvir edir. Bu anlayış istiqamətdən asılı olaraq törəmə ilə sıx bağlıdır. Funksiyanın f {\displaystyle f} diferensialı d f {\displaystyle df} , onun x {\displaystyle x} nöqtəsindəki qiyməti d x f {\displaystyle d_{x}f} ilə işarə olunur. Diferensialın sadə şəkildə izahı belədir: Verilmiş f ( x ) {\displaystyle f(x)} funksiyasının dəyişmə tezliyi onun arqumentinin ( x {\displaystyle x} ) dəyişmə tezliyindən asılıdır. Diferensial anlayışı XVII-XVIII əsrlərdə diferensial hesablarının yaranması zamanı daxil edilmişdir. XIX əsrdən başlayaraq analiz A.L.Kauçi və Karl Vayerstrass tərəfindən sərhəd qiymətləri əsasında yenidən işlənərək riyazi cəhətdən daha düzgün qurulmuşdur. Bununla diferensial anlayışı öz ilkin əhəmiyyətini itirir. Hazırda diferensial d x {\displaystyle dx} yalnız məhdud halda tətbiq olunur. == Tərifi == y = f ( x ) {\displaystyle y=f(x)} funksiyası ( a , b ) {\displaystyle (a,b)} intervalında diferensiallanandır. Δ y = f ′ ( x ) Δ x + ( Δ x ) Δ x {\displaystyle \Delta y=f'(x)\Delta x+(\Delta x)\Delta x} Diferensiallanan y = f ( x ) {\displaystyle y=f(x)} funksiyasının x {\displaystyle x} nöqtəsindəki artımının baş hissəsinə, yəni Δ x {\displaystyle \Delta x} -dən xətti asılı olan f ′ ( x ) Δ x {\displaystyle f'(x)\Delta x} ifadəsinə onun x {\displaystyle x} nöqtəsində diferensialı deyilir.
Differensial kaskad
Differensial kaskad və ya Differensial gücləndirici kaskad — iki girişi olan gücləndirici kaskaddır, və o bu girişlərə tətbiq edilmiş gərginliklərin fərqini – differensial siqnalları gücləndirir. Əgər hər iki girişə eyni gərginlik verilərsə (sinfaz siqnal), gücləndirilmə çox kiçik olacaq, yəni, differensial gücləndirici sinfaz siqnalları gücləndirmir. Gücləndirici sxemlərin əksəriyyəti sabit gərginliyi gücləndirmək üçün istifadə edilə bilməz. Çünki bu qurğulara gücləndirilən siqnaldan əlavə sürüşmə gərginliyi də verilməlidir. Lakin, gücləndirilərkən sabit gərginliyi sürüşmə gərginliyindən ayırmaq mümkün deyil. Differensial kaskadlar bu prodlemi tam həll edir. Sinfaz siqnalların söndürülməsi differensial kaskadların çox mühüm və faydalı xassəsidir. Bu xassə onlara böyük təhrifedici sinfaz siqnalların fonunda kiçik siqnalları ayırmağa, siqnaları öz aralarında və ya verilmlş səviyyəli siqnallarla müqayisə etməyə, həmçinin siqnallarla bir sıra başqa əməliyyatlar aparmağa imkan verir. Odur ki, differensial kaskadlar bir çox elektron sxemlərin əsas komponentidir. Differensial kaskadların daha bir böyük üstünlüyü var.
Differensial psixologiya
Differensial psixologiya — Psixologiyanın xüsusi sahələrindən biridir. Psixologiya elminin insanların fərdi – psixoloji və davranış fərqlərini öyrənən, şərh və izah edən sahəsidir. "Diferensial psixologiya" termini ilk dəfə 1900-cü ildə V.Ştern tərəfindən irəli sürülmüşdür. Diferensial psixologiyanın əsas metodu testlər olmuşdur. İlk dövrlər bu testlər fərdi testlər olmuş, sonra qrup testləri meydana gəlmiş, daha sonra isə proyektiv testlər yaranmış və onlardan istifadə olunmuşdur. == Mənbə == Ümumi psixologiya. Prof. S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə.