Erməni silahlılarının Azəbaycanın dinc əhalisinə hücumları
== Ermənilərin Azəbaycanın dinc əhalisinə hücumları ==
=== 1988 (6 ölü) ===
15 may 1988-ci ildə Kəlbəcər rayonunun Kapalı yaşayış məntəqəsində X. İsmayılovanın evi partladılmış, nəticədə 3 nəfər həyatını itirmişdir.
1988-ci ilin yayında Xankəndi şəhərində uşaq xəstəxanasında rentgenoloq işləyən əslən ağdamlı şəxs erməni milliyyətindən olan iş yoldaşı tərəfindən xəstəxananın həyətində döyülmüş, nəticədə həyatını itirmişdir.
iyul 1988-ci ildə Xocavənd rayonunda yaşayan azərbaycanlıların həyətyanı sahəsinə əl qumbarası atılması nəticəsində 2 partlayış hadisəsi baş vermiş, nəticədə 2 nəfər həyatını itirmişdir.
=== 1989 (12 ölü və 7 yaralı) ===
28 iyun 1989-cu ildə Xocalı rayonunun Bədərə yaşayış məntəqəsindən eyni rayonun Meşəli yaşayış məntəqəsinə gedən şosse yoluna qoyulmuş partlayıcı qurğu işə düşmüş, nəticəsində maşında olan 6 nəfər ağır yaralanmışlar.
16 oktyabr 1989-cu ildə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində 2 nəfər evə qayıdan zaman hücuma məruz qalmış, nəticədə 2-sidə qətlə yetirilmişdir.
19 oktyabr 1989-cu ildə Culfa rayonunun Ərəfsə yaşayış məntəqəsi yaxınlığında 2 nəfər — Q. Bayramov və İ. Qafarov qətlə yetirilmişdir.
14 noyabr 1989-cu ildə Qubadlı rayonunun Seytas yaşayış məntəqəsi yaxınlığında 1 nəfər — Babaşov qətlə yetirilmiş, azyaşlı X. Əliyev isə yaralanmışdır.
17 noyabr 1989-cu ildə Hadrut rayonunun Tuğ yaşayış məntəqəsində IX sinif şagirdi T. Süleymanov qətlə yetirilmişdir.
24 noyabr 1989-cu ildə Xocavənd rayonunun Qaradağlı yaşayış məntəqəsində 3 nəfər qətlə yetirilmişdir.
29 noyabr 1989-cu ildə Qubadlı rayonunda 3 nəfər — Q. Ələsgərov, T. Hümbətəliyev və Mehdiyev qətlə yetirilmişlər.