dinşünas

dinşünas
dinşəmək
dinşünas-alim
OBASTAN VİKİ
Rafiq Əliyev (dinşünas)
Rafiq Yəhya oğlu Əliyev (1 yanvar 1947, Ağdam rayonu) – "İRŞAD" İslam Araşdırmaları Mərkəzinin direktoru, fəlsəfə elməri doktoru, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri. 1953–1963: Ağdam rayonu, Quzanlı kənd orta məktəbi; 1963–1968: Azərbaycan Dövlət Universiteti, Şərqşünaslıq fakültəsi, ərəb dili bölməsi (1966–1967: Bağdad Universitetində internatura); 1972–1975: Fəlsəfə elmləri namizədi (fəlsəfə), Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun din tarixi bölməsi. Namizədlik Dissertasiyası: "Cənubi Yəməndə elmi sosializmin yayılması"; 1989–1990: Fəlsəfə elmləri doktoru (fəlsəfə), Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu. Doktorluq dissertasiyası: "Milli sosializm konsepsiyasının analizi" (Əlcəzair, Misir, Suriya, İraq, Liviya, Cənubi Yəmən); 1994: Professor (fəlsəfə tarixi), Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu. İşin adı: "İslam, millətçilik, sosializm" 1985–1998: Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu, din tarixi bölməsinin müdiri; 1997–1999: Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda xarici əlaqələr üzrə müdir müavini; 1998–2000: Azərbaycan Elmlər Akademiyasının Qafqazda İslam Araşdırmaları Mərkəzinin direktoru; 1991-hazırkı vaxtadək: "İRŞAD" İslam Araşdırmaları Mərkəzinin təsisçisi, "İslam araşdırmaları" jurnalının baş direktoru (azərbaycan və ingilis dillərində), "Şərq tibb jurnalı"nın təsisçisi (azərbaycan və ingilis dillərində); 21.06.2001–27.06.2006: Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri; 27.06.2006-hazırkı vaxtadək: "İRŞAD" İslam Araşdırmaları Mərkəzinin direktoru. Demokratik Yəmən ictimai tərəqqi yolunda (Publisistika), Bakı, "Elm", 1975, 32 səh. Beynəlxalq islam təşkilatları (Məlumat kitabçası), Bakı, "Bilik", 1986, 45 səh. İslam "Milli sosializm" konsepsiyasında (Əlcəzair, Misir, Cənubi Yəmənin timsalında), Bakı, "Elm", 1986, 156 səh. "İslam və ərəb ölkələrində milli azadlıq hərəkatı" (azərbaycan dilində), Bakı, "Elm", 1985, 55 səh. "İslamizm, ərəbizm, sosializm" (rus dilində), Bakı, "Elm", 1994, 386 səh.
Dinşünaslıq
Dinşünaslıq — dinlər haqqında dünyəvi elm. Tarix, sosiologiya, psixologiya, fəlsəfə, filologiya, antropologiya və s. kimi sahələrin nailiyyətlərindən dinlərin araşdırılmasında istifadə edir. Fənlərarası elmlərə aiddir. Dinşünaslıq ilahiyyat deyil, onu araşdıran elm sahəsidir. == Dinşünaslığın predmeti == Dinşünaslıq dinə dünyəvilik yönündən baxışın zəruriliyindən XIX əsrin ikinci yarısında Avropada yaranmışdır. O zaman böyük həcmdə arxeoloji, tarixi, etnoqrafik, linqvistik və s. biliklər əldə edilmişdi, lakin dinlərə ənənəvi olan ehkamçı və ilahiyyat baxışları bu imkanlardan istifadə etməyi çətinləşdirirdi. Buna görə də Avropa alimləri dinlərə bitərəf, ehkamlardan azad baxışlarla yanaşmış, bütün bu imkanlardan istifadə etmişdilər. Onlar üçün din etiqad deyil, yalnız tədqiqat obyekti olmuşdur.