dina
dinamik
OBASTAN VİKİ
Saniyə
Saniyə — zaman ölçü vahididir. 60 saniyə 1 dəqiqəyə bərabərdir. 1967-ci ildən etibarən BS saniyəni sezium-133 atomunun elektromaqnit şüalanmasının 9 192 631 770 perioduna bərabər götürür. Bu tərifə görə, sezium-133 atomu vaxt və tezlik ölçülməsi üçün standart hesab olunur. Saniyənin dəqiq ölçülməsi bir sıra digər əsas vahidlərin də dəqiq ölçülməsinə şərait yaradır.
Dina
Dina — qadın adı. Dina Qorina — Azərbaycanı təmsil edən bədii gimnast. Dina Ulyanova — Azərbaycanı təmsil edən basketbolçu. Dina Lebo Falula — Cənubi Afrika Respublikasını təmsil edən marafonçu. Dina Tumarkina — Azərbaycan teatr aktrisası Dina Qəhrəmanova — azərbaycanəsilli, Kanada qadın şahmatçısı. Dina Qaripova — Tatarıstan Respublikasının əməkdar artisti.
Dina Qaripova
Dinə Fəhim qızı Qaripova (tatar. Динә Фәһим кызы Гарипова; 25 mart 1991, Zelenodolsk, Tatarıstan) — tatar Rusiya müğənnisi, Rusiya "Birinci" kanaldakı "Голос" (azərb. «Səs»‎) müsabiqəsin qalibi, Tatarıstan Respublikasının əməkdar artisti. Dina 2013 Avroviziya Mahnı Müsabiqəsində Rusiyanı "What If" mahnısı ilə təmsil edib və Rusiyaya 5-ci yeri qazandırıb.
Dina Qorina
Dina Qorina (1 noyabr 1987, Bakı) — Azərbaycanı təmsil edən bədii gimnast. == Karyerası == Dina Qorinanın da olduğu Azərbaycan qrupu 2007-ci ildə Patras şəhərində (Yunanıstan) baş tutan Dünya Çempionatını onuncu pillədə başa vurdu və olimpiya lisenziyasına sahib oldu. Dina Qorina Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi. Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovada ibarət qrup beş iplə turnirdə 15.575 balla 8-ci pillədə qərarlaşdı. Avqustun 22-də 3 halqa/2 gürzlə turnirdə çıxış edən qrup turniri 15.875 balla 7-ci pillədə başa vurdu. Ümumi nəticədə isə Azərbaycan qrupu 31.450 balla 12 qrup sırasında 8-ci pillədə qərarlaşdı və olimpiadanın final mərhələsinə vəsiqə qazandı. Final mərhələsində qrup əvvəl beş iplə turnirdə mübarizə apardı. Nəticədə Azərbaycan gimnastları 16.075 balla turniri altıncı pillədə başa vurdu. 3 halqa/2 gürzlə turnirdə Azərbaycan qrupu 15.500 balla turniri yeddinci pillədə başa vurdu. Ümumi nəticədə isə Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovadan ibarət qrup Olimpiya Oyunlarında 31.575 balla yeddinci pillənin sahibi oldu.
Dina Tumarkina
Dina İosifovna Tumarkina (16 avqust 1932, Odessa) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR xalq artisti (1981), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972). == Həyatı == Dina Tumarkina 16 avqust 1932-ci ildə Odessada anadan olmuşdur. O, Odessa Texnologiya İnstitutunda və M. E. Tilker adına Odessa teatr studiyasında təhsil almışdır. 1955-ci ildə Bakıya köçmüş, yarım il Gənc Tamaşaçılar Teatrının, 1956-cı ildən isə Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası olmuşdur. Dina Tumarkina bu teatrdakı 34 illik yaradıcılıq fəaliyyəti ərzində 150-dən artıq rol ifa etmişdir. Aktrisa 1990-cı ilin əvvəlindən İsraildə yaşayır. O, buradakı müxtəlif teatrlarda 6-ı ivrit dilində olmaqla, 11 rol ifa etmişdir. == Təltif və mükafatları == "Azərbaycan SSR xalq artisti" fəxri adı — 10 aprel 1981 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 7 fevral 1972 Azərbaycan SSR Dövlət mükafatı — 1972 (S. Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında "Komandorun addımları" tamaşası üçün) SSRİ Mədəniyyət Nazirliyinin fəxri fərmanı ("Dairəni genişləndirin" tamaşasında qadın rolunun ifasına görə) == İfa etdiyi əsas rollar == Dina Tumarkinanın repertuarında iradəli və işgüzar qadın obrazları yer tutmuşdur. Onun ifa etdiyi əsas rollar: === Filmoqrafiya === O qızı tapın (film, 1970) Ən vacib müsahibə (film, 1971) Əgər bir yerdəyiksə (film, 1975) == İstinadlar == == Xarici keçidlər == "Дина Тумаркина". kino-teatr.ru (rus).
Dina Ulyanova
Dina Qəhrəmanova
Dina Qəhrəmanova (24 avqust 1986, Bakı) — azərbaycanəsilli, Kanada qadın şahmatçısı. == Həyatı == İdmançı, 26 avqust 1986-cı ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. Uşaqlığı Kanadanın Ontario ştatında keçib. Torontoda York Universitetində psixologiya təhsili alıb və 2009-cu ildə bakalavrı fərqlənmə dərəcəsi ilə bitirib. O, 2002-ci ildə 1-ci Ontario Qadınlar Çempionatının və 2003-cü ildə Kanada U18 Qadın Gənclər Çempionatının qalibi oldu. 2006-cı ildə Torontoda keçirilən Kanada Qadınlar Çempionatında Dina Qəhrəmanova, özü ilə eyni xala sahib olan Nataliya Xodqariyandan sonra 2-ci yerin sahibi oldu. 2007-ci ildə Kitçenerdə keçirilən Qadınlar Çempionatında da o, yenə Nataliya Xodqariyandan sonra ikinci oldu. 2009-cu ilin avqustunda o, Nava Starr və Yuanlinq Yuanı qabaqlayaraq Ontario ştatının Kitçener şəhərində keçirilən qadınlar arasında şahmat üzrə Kanada çempionatının qalibi olub. Qələbəsinə görə o, Qadın Beynəlxalq Usta (WIM) titulunu qazandı və 2010-cu ildə Türkiyənin Antakya şəhərində qadınlar arasında şahmat üzrə dünya çempionatına vəsiqə qazandı. Lakin orada ilk raundda Nana Dzaqnidzeyə məğlub oldu.
Kub metr saniyə
Kub metr saniyə, (simvolu m³/san) — adətən mayelərin və qazların həcmlərinin ölçmək üçün istifadə edilən Sİ-in törəmə vahidi. Maddələrin həcmlərinin, çayların axması və başqa ölçmələrdə təyin olunur.
Metr bölünsün saniyə
m/s Hərəkətdə olan hər hansı bir şeyin saniyədə getdiyi yolun uzunluğunun metrlə ifadəsi, sürət vahidi. Başqa sözlə, hər hansı bir hərəkətdə olan varlığın hər saniyədə getdiyi yolu metrlə göstərən kəmiyyət ifadəsidir.
Saniyə başına meqabayt
Saniyə başına meqabayt (ing.MBps (megabytes per second), ru. мегабайт в секунду)- qurğular arasında verilənlərin ötürülmə sürətini təsvir etmək üçün istifadə olunan ölçü vahidi. Bir meqabayt 1048576 bayta bərabərdir. MBps qısaltmasını Mbps (saniyə başına meqabit) ilə dəyişik salmaq olmaz. Belə ki, Mbps ilə, adətən, kompüter şəbəkələrində verilənlərin ötürülmə sürətini ölçürlər. Şəbəkədə olmayan avadanlıqlar arasında verilənlərin ötürülmə sürətini isə bir saniyədə ötürülən baytların sayı ilə ifadə edirlər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dina Lebo Falula
Dina Lebo Falula (9 dekabr 1983) — Cənubi Afrika Respublikasını təmsil edən marafonçu. Dina Lebo Falula Cənubi Afrika Respublikasını 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Dina Lebo Falula birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 41 dəqiqə 46 saniyəyə qət edərək 157 marafonçu sırasında 63-cü yeri tutdu.