İnsa-dong
İnsa-dong (kor: 인사동,çin: 仁寺洞) a Koreya Respublikası Seul şəhəri Jongno-guda yerləşən hüquqi inzibati ərazidir. İnzibati ərazi olan Jongno-dong ərazisinin aşağı hissəsində yerləşir və İnsa-dong kəsişməsindən Anguk-dong dairəvi yolundan başlayaraq Jongno 2-gadakı Tapgol Parkına qədər olan ərazini əhatə edir. Əsas küçə Coson sülaləsi dövründən formalaşmış uzunluğu 0,7 km və eni 12 m olan İnsadong-gildir. Hazırkı İnsadong-gil 2000-ci ildə memar Kim Jin Ae-nin layihəsi ilə yenidən qurulmuşdur. Seulun əsas şəhər yolları ilə əlaqəlidir, ,Çongyeçon və Gyonbokqunq Sarayı kimi böyük turistik məkanlara yaxındır.
İnsa-dong, Coson sülaləsi dövründən başlayaraq təxminən 600 ildir ki, Seulun əsas küçəsi sayılır. Yapon müstəmləkə dövründə əsasən yaponları əsas götürərək antik əşyaların ticarəti ilə məşğul olan bazar formalaşmış, 1970-ci ildən başlayaraq qalereya, yazı fırçaları satan mağaza və kağızçılar meydana çıxmağa başlamışdı. İnsa-dong əcnəbilər üçün məşhur alış-veriş mərkəzi olmaqla yanaşı, eyni zamanda Məryəm Xiyabanı (Mary's Alley) olaraq da tanınır.
İnsa-dongda bir çox antik mağaza var. Qiymətlər 10.000 vondan milyonlarla vona qədər dəyişir.