Disfagiya
Disfagiya (yun. δυσ — pozğunluq yun. φαγεῖν — udmaq ) — udma aktının posğunluğu.
Udma bir reflektor əzələvi akt olub, növbəli şəkildə əzələlərin yığılıb boşalması qida kütləsinin — loxmanın udlaqdan qida borusuna və mədəyə ötürülməsinə xidmət edir. İnsan gün ərzində 600 dəfə udma aktını icra edir. Bunun 200 dəfəsi qida qəbulu zamanı, 50 dəfəsi yuxu zamanı, 350 dəfəsi isə digər yerdə qalan müddət ərzində baş verir. Udma aktı üç ağız, udlaq və qida borusu fazalarına malikdir.
Disfagiya zamanı udma aktı çətinləşir və ağrılı olur, yaxud heç mümkün olmur. Bu zaman qida qalıqları və ya maye duruna, qırtlaq boşluğuna, traxeyaya axıb tökülmüş olur. Ağrılı udma aktı odinofagiya adlanır.