DOĞRU
DOĞRU-DÜZGÜN
OBASTAN VİKİ
Mayaka doğru
Mayaka doğru Virciniya Vulf tərəfindən yazılmış, 1927-cı ildə nəşr olunmuş, modernist üslubda yazılmış əsərdir. Əsər müəllifin sayca beşinci romanıdır. Əsərin yazılış üslubu ilə yazıçı Marsel Prust və Ceyms Coysun modernist roman ənənəsini davam etdirir. Romanda bir neçə dialoqu çıxmaqla, demək olar ki, tamamı ilə durğunluq hökm sürür, yalnız düşüncələrə yer verilir. Əsər üç hissədən ibarətdir, hadisələr və obrazların düşüncələri anonim şəxsin dilindən çatdırılır. Romanın həm də avto-bioqrafik yönləri var, xanım Ramsinin obrazında öz anasını göstərən yazıçı, öz ailəsində onun ölümündən sonra yaranmış boşluğu təsvir edir. Əsər həm "Modern Library" nəşr evi, həm də "Time" jurnalının ingiliscə yazılmış yüz ən yaxşı roman siyahısında özünə yer tapıb. == Mövzusu == Birinci bölüm-Pəncərə . İlk bölüm Hebrid- Skayp adasında, Ramsi ailəsinin yay evində, xanım Ramsi və oğlunun söhbətinin təsviri ilə başlayır. Anası ilə bir gün sonrakı mayak səfərləri ilə bağlı söhbət edən Ceymsə atası hava aydın olmadığından gedə bilməyəcəklərini bildirir.
Doğru Yol Partiyası
Doğru Yol Partiyası (Azərbaycan) — Azərbaycanda 1992-ci ildə Tamerlan Qarayevin rəhbərliyində təsis edilmiş, 1995-ci ildə Müsavat Partiyasına birləşmiş siyasi partiya. Doğru Yol Partiyası (İsrail) — İsraildə 2008-ci ildə təsis edilmiş siyasi partiya. Doğru Yol Partiyası (Türkiyə) Doğru Yol Partiyası (Türkiyə, 1983) — Türkiyədə Ahmet Nusret Tunca rəhbərliyində keçmiş Demokrat Partiya üzvləri tərəfindən qurulmuş və 2007-ci ildə Demokrat Partiyaya birləşmiş siyasi partiya. Doğru Yol Partiyası (Türkiyə, 2007) — Türkiyədə 2007-ci ildə Çetin Özaçıkgöz tərəfindən qurulmuş siyasi partiya.
Pambığa doğru (qəzet)
Şərurun səsi — Şərur rayonunda nəşr olunan qəzet. "Şərurun səsi" adlanan Şərur rayon qəzeti 1931-ci ilin oktyabrında ilk sayı ilə oxucularla görüşmüşdür. Qəzetin ilk adı "Pambığa doğru" olmuşdur. Qəzetin nəşrə başladığı ilk vaxtlar Naxçıvan şəhər sakini Qasım Tağıyev redaktor, sədərəkli Qədim Qədimov isə ədəbi işçi idi. Bir neçə nömrə çapdan çıxandan sonra Qasım Tağıyevi rayon partiya komitəsinə şöbə müdiri vəzifəsinə irəli çəkirlər. Boş qalan redaktor vəzifəsinə isə Qarabağlar kəndinin sakini olan Nemət Əhmədov təyin edilir. Qəzetin birinci nömrəsində "Qəzetin qarşısında duran vəzifələr", "Su kanalı çəkilişi işini sürətləndirməli", "Rayon İcraiyyə Komitəsi sessiyasının qərarı" və başqa sərlövhəli yazılar verilmişdi. Bu yazılar qəzetin məqsəd və vəzifələrini, hansı məsələlərdən daha ətraflı yazacağını çox aydın göstərirdi. Rayon həyatının elə bir sahəsi yox idi ki, "Pambığa doğru" qəzeti ora yol açmamış olsun. Qəzet sosializm quruculuğundakı müvəffəqiyyətləri işıqlandırmaqla yanaşı israfçılığa, bürokratizmə, bir sözlə bütün mənfi hallara qarşı kəskin mübarizə aparırdı.
Zirvəyə Doğru (1991)
Şərqə Doğru (1930)
Tammetrajlı sənədli film sovet hakimiyyəti illərində respublikada gedən dəyişikliklərdən, Azərbaycanda yaşayan xalqların məişətindən, onların adət-ənənələrindən, milli xüsusiyyətlərindən söhbət açır. Film saxlanılmayıb. Rejissor: Aleksandr Makovski Ssenari müəllifi: Aleksandr Makovski Operator: İvan Manakov Lətif Səfərov Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Arzuya doğru (film, 1983)
Arzuya doğru qısametrajlı sənədli filmi rejissor Cahangir Zeynallı tərəfindən 1983-cü ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Respublika Pionerlər Sarayındakı dərnəklərin fəaliyyətindən, sarayın ən yaxşı yetirmələrindən danışır. == Məzmun == Film Respublika Pionerlər Sarayındakı dərnəklərin fəaliyyətindən, sarayın ən yaxşı yetirmələrindən danışır. Onlardan bəziləri dünya şöhrəti qazanmışdır. Mahir fırça ustası Tahir Salahov, SSRİ Elmlər Akademiyasınn Moskvadakı Fizika İnstitutunda çalışan R. Dağkəsəmənli və onlarca başqaları sənət və elm aləminə ilk addımlarını məhz buradakı dərnəklərdə atmışlar.
Doğru Yol Partiyası (Azərbaycan)
Doğru Yol Partiyası — Azərbaycanda 30 yanvar 1993-cü ildə Tamerlan Qarayevin rəhbərliyində təsis edilmiş, 1995-ci ildə Müsavat Partiyasına birləşmiş siyasi partiya. == Tarixi == 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə seçkilər keçirilmiş, ilk dəfə bu seçkilərdə Azərbaycan Kommunist Partiyası xaricində siyasi qüvvələr yarışmışdır. Seçki nəticəsində 45 nəfər müxalif Azərbaycan Xalq Cəbhəsi üzvü parlamentin deputatı seçilmişdir. Parlamentdə "Müstəqil Azərbaycan" Demokratik Blokunu təsis edən müxalif qrup parlament sədarətinə namizəd olaraq 133 nömrəli Ağdam ikinci şəhər seçki dairəsindən deputat seçilmiş Tamerlan Qarayevi sədr müavinliyinə namizəd göstərmişdir. 7 fevral 1991-ci ildə Tamerlan Qarayev Ali Sovetin sədr müavini seçilmişdir. Tamerlan Qarayev, həmçinin, 26 noyabr 1991-ci ildə təsis edilmiş Azərbaycan Ali Sovetinin Milli Şurasına "Müstəqil Azərbaycan" Demokratik Blokunun üzvü olaraq seçilmişdir. 15 may dövlət çevrilişinin ardından hakimiyyəti tam ələ alan Azərbaycan Xalq Cəbhəsi Ali Sovetin Rəyasət Heyətində dəyişikliklərə getmiş, Tamerlan Qarayev 18 may 1992-ci ildə Ali Sovetin sədrinin müavini vəzifəsindən azad edilərək sədrin birinci müavini seçilmişdir. Çevrilişdən sonra yeni rəhbərlik prezident seçkiləri keçirmək qərarı almışdır. Bu dövrdə Tamerlan Qarayev Azərbaycan Xalq Cəbhəsindən istefa verərək öz müşaviri və bacanağı Rasim Musabəyov ilə birgə iqtidaryönlü Doğru Yol Partiyasını təsis etmişdir. Doğru Yol Partiyasının Təsis Konfransı 30 yanvar 1993-cü ildə keçirilmişdir.
Fəlidən doğru xəbər (veriliş)
Fəlidən doğru xəbər — Elşən Orucovun aparıcılığı ilə Xəzər Televiziyasında yayımlanan əyləncə janrında olan verilişdir. Veriliş hər həftənin şənbə günü saat 23:00-da Xəzər Televiziyasında yayımlanır.
Vulkana doğru (film, 1977)
Filmdə Bakı neftçilərinin həyat və məişətindən, onların neft uğrunda gərgin mübarizəsindən danışılır. Film yazıçı Mehdi Hüseynin "Abşeron" romanı əsasında ekranlaşdırılmışdır. 1-ci seriya "Ataların torpağı", 2-ci seriya "Rəqiblər" (1976), 3-cü seriya "Geriyə dönüş" (1977) adlanır. Film Azərbaycan kinosu tarixində ilk 3 seriyalı filmdir və ilk serialdır. Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Filmin çəkilişlərinə 1976-cı ildən başlanılmışdır. Əsərin müəllifi: Mehdi Hüseyn Ssenari müəllifi: Çingiz Ələkbərov Quruluşçu rejissor: Tofiq İsmayılov Quruluşçu operator: Rafiq Qəmbərov Quruluşçu rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Nazim Əliverdibəyov Səs operatoru: Marat İsgəndərov, Vladimir Savin, Şamil Kərimov Rejissor assistentləri: Tofiq Məmmədov, Yusif Şeyxov Qrim rəssamı: Elbrus Vahidov Operator: Amin Novruzov Filmin direktoru: Tələt Rəhmanov Rasim Balayev — Tahir Məmmədrza Şeyxzamanov — usta Ramazan Leyla Bədirbəyli — Gülsüm Muxtar Maniyev Kamal Xudaverdiyev — usta Əli Şəfiqə Məmmədova Məmməd Məmmədov Şükufə Yusifova — Lətifə Həsən Məmmədov — Səməndər Şahmar Ələkbərov — Əmirhüseyn Gündüz Abbasov Fazil Salayev — Əliağa Tariyel Qasımov — Rüstəm Hamlet Xanızadə — Şirvan Fateh Fətullayev Eldəniz Zeynalov Rafiq Əzimov — Cabbarov Səməndər Rzayev Zemfira Sadıqova — Nisə Tələt Rəhmanov Şəfiqə Qasımova Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Yeni Həyata Doğru (1937)
Film uşaq əmək koloniyası haqqındadır. Rejissor: İvan Manakov Operator: İvan Manakov Montaj edən: Vladimir Yeremeyev Musiqi Tərtibatı: M.Rayev Səs operatoru: İlya Ozerski Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53.
Zirvəyə doğru (film, 1991)
Şərqə doğru (film, 1930)
Tammetrajlı sənədli film sovet hakimiyyəti illərində respublikada gedən dəyişikliklərdən, Azərbaycanda yaşayan xalqların məişətindən, onların adət-ənənələrindən, milli xüsusiyyətlərindən söhbət açır. Film saxlanılmayıb. Rejissor: Aleksandr Makovski Ssenari müəllifi: Aleksandr Makovski Operator: İvan Manakov Lətif Səfərov Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Sosializmə doğru hərəkat (Boliviya)
Sosializmə doğru hərəkat – Xalqların suverenliyi üçün siyasi alət (isp. Movimiento al Socialismo—Instrumento Político por la Soberanía de los Pueblos; akronimi MAS (isp. Más, hərf. es – hərf. "Böyük") — Boliviyada solçu sosialist partiyası. 23 iyul 1997-ci ildə qurulmuşdur. Keçmiş prezident Evo Moralesin rəhbərlik edir. MAS koka istehsalçılarını dəstəkləyən ictimai hərəkat olaraq başlamışdı. Onun ilkin bazası həmkarlar ittifaqları və yerli xalqlar üçün hərəkatlar idi. Hərəkat bir ideologiya olaraq bolivarizm, antikapitalizm və antiimperializmi təbliğ edir. Bu gün MAS bərabərlik, yerli azlıqların hüquqları, torpaq və konstitusiya islahatları, əsas sənaye sahələrinin milliləşdirilməsini müdafiə edir. MAS Arxiv surəti 3 noyabr 2012 tarixindən Wayback Machine saytında Джеффрі Веббер.
Hər şey yaxşılığa doğru
Hər şey yaxşılığa doğru — 1997-ci il Azərbaycan istehsalı Vaqif Mustafayevin filmi. == Məzmun == Film yer üzündə baş verən bütün müharibələrin əleyhinə etiraz kimi səslənir. Kinolentdə müharibənin törətdiyi acı reallıq öz əksini tapmışdır. == Festivallar və mükafatlar == 1) 1998-ci ildə 44-cü Oberhauzen Beynəlxalq Qısametrajlı Filmlər Kinofestivalı Filmə Böyük Beynəlxalq Münsiflər heyətinin "sülh məramına və yumoruna görə" "Ulenşpigel" mükafatı verilmişdir. Filmə Humanizmə görə Katolik Kilsələr Assosiasiyasının mükafatı verilmişdir. Filmə Katolik Filmlər Assosiasiyasının mükafatı verilmişdir. Filmə Şərəf və ləyaqətə görə "Don Kixot" mükafatı verilmişdir. 2) 1998 Klermont Ferra Film Festivalı. Fransa 3) 1998-ci ildə VIII Sankt-Peterburq Beynəlxalq Kinofestivalı Vətəndaşlıq müdrikliyinə və yaradıcılıq qələbəsinə görə rejissor Vaqif Mustafayevə mükafat verilmişdir. 4) 1999 Ümumdünya Televiziya Filmləri Festivalı.
Taca doğru addım (film, 1985)
Filmin mərkəzində Vilnüsdə keçirilən şahmat üzrə final yarışı durur.
Yeni həyata doğru (film, 1937)
Film uşaq əmək koloniyası haqqındadır. Rejissor: İvan Manakov Operator: İvan Manakov Montaj edən: Vladimir Yeremeyev Musiqi Tərtibatı: M.Rayev Səs operatoru: İlya Ozerski Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53.
Doğru Yol Partiyası (Türkiyə, 1983)
Doğru Yol Partiyası və ya qısaca DYP — Türkiyədə Demokrat Partiyanın və Ədalət Partiyasının siyasi mirasçısı olmuş siyasi partiya. Partiya 1983-cü ildə 12 sentyabr dövlət çevrilişindən sonra ləğv olunmuş Ədalət Partiyasının davamı olaraq qurulmuş, 2007-ci ildə isə adını Demokrat Partiya olaraq dəyişərək hüquqi varlığına son vermişdir.
Hörümçək-adam: Hörümçək-kainata doğru
Hörümçək-adam: Hörümçək-kainata doğru (ing. Spider-Man: Into the Spider-Verse) — 2018-ci il ABŞ istehsalı kompüter animasiyası, superqəhrəman filmi. "Columbia Pictures" və "Sony Pictures Animation" şirkətinin istehsalı olan filmdə "Marvel Comics" qəhrəmanı Mayls Moralesdən bəhs edilir. "Sony Pictures Releasing" tərəfindən buraxılan "Hörümçək-adam franşizası"nın ilk cizgi filmidir. Rejissorluğu Bob Persichetti, Peter Ramsey və Rodney Rothman tərəfindən edilmiş, ssenarisi Phil Lord və Rothman tərəfindən yazılmışdır. Baş rolu Şamik Mur, digər rolları Jake Johnson, Hailee Steinfeld, Mahershala Ali, Brian Tyree Henry, Lily Tomlin, Luna Lauren Velez, John Mulaney, Kimiko Glenn, Nicolas Cage, və Liev Schreiber səsləndirib. Filmdə Mayls Moralesin Hörümçək-adama çevrilməsindən və digər kainatdan gələn Hörümçək-insanlarla birlikdə kainatı Kingpindən xilas etməsindən bəhs edilir. Phil Lord və Christopher Miller tərəfindən cizgi filmi üçün planlar 2014-cü ildə sızdırıldı və 2015-ci ilin aprelində elan edildi. Persichetti, Ramsey və Rothman sonrakı iki il ərzində, Mur və Schreiber ilə 2017-ci ilin aprelində çəkildi. Lord və Miller Miles Moralesin həmyaradıcısı Sara Piçellinin işindən ilhamlanaraq kompüter animasiyasını ənənəvi əl ilə çəkilmiş komiks texnikaları ilə birləşdirən film unikal üsluba sahib olmalıdır.
Cümhuriyyətə doğru üç addım (film, 2008)
== Məzmun == Film Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə ithaf olunub. Filmdə şərqdə ilk demokratik dövlət olan Azərbaycan Cumhuriyyətinin qurulmasında Gəncənin rolundan bəhs edilir. == Film haqqında == Filmdə ilk dəfə olaraq bəstəkar Fikrət Əmirovun atası Məşədi Cəmil Əmirov tərəfindən bəstələnən, Nuru Paşanın şərəfinə 1919-cu ildə Gəncədə səsləndirilmiş "Türk marşı" da yer almışdır. == Səhv == Titrlərdə "film" əvəzinə flim yazılmışdır.
Hər şey yaxşılığa doğru (film, 1997)
Hörümçək-adam: Hörümçək-kainata doğru (film, 2018)
Hörümçək-adam: Hörümçək-kainata doğru (ing. Spider-Man: Into the Spider-Verse) — 2018-ci il ABŞ istehsalı kompüter animasiyası, superqəhrəman filmi. "Columbia Pictures" və "Sony Pictures Animation" şirkətinin istehsalı olan filmdə "Marvel Comics" qəhrəmanı Mayls Moralesdən bəhs edilir. "Sony Pictures Releasing" tərəfindən buraxılan "Hörümçək-adam franşizası"nın ilk cizgi filmidir. Rejissorluğu Bob Persichetti, Peter Ramsey və Rodney Rothman tərəfindən edilmiş, ssenarisi Phil Lord və Rothman tərəfindən yazılmışdır. Baş rolu Şamik Mur, digər rolları Jake Johnson, Hailee Steinfeld, Mahershala Ali, Brian Tyree Henry, Lily Tomlin, Luna Lauren Velez, John Mulaney, Kimiko Glenn, Nicolas Cage, və Liev Schreiber səsləndirib. Filmdə Mayls Moralesin Hörümçək-adama çevrilməsindən və digər kainatdan gələn Hörümçək-insanlarla birlikdə kainatı Kingpindən xilas etməsindən bəhs edilir. Phil Lord və Christopher Miller tərəfindən cizgi filmi üçün planlar 2014-cü ildə sızdırıldı və 2015-ci ilin aprelində elan edildi. Persichetti, Ramsey və Rothman sonrakı iki il ərzində, Mur və Schreiber ilə 2017-ci ilin aprelində çəkildi. Lord və Miller Miles Moralesin həmyaradıcısı Sara Piçellinin işindən ilhamlanaraq kompüter animasiyasını ənənəvi əl ilə çəkilmiş komiks texnikaları ilə birləşdirən film unikal üsluba sahib olmalıdır.
Hörümçək-adam: Hörümçək kainatına doğru (film, 2018)

Значение слова в других словарях