DOLMA
DOLMAK
OBASTAN VİKİ
Dolma
Dolma və ya sarma — Geniş yayılmış xörək növlərindən biri olan dolmanın Azərbaycan mətbəxinə 30-dan çox növü məlumdur. == Dolmanın etimologiyası == Dolma sözü dilimizdə iki sözdən əmələ gəlib. Birinci dolmaq, doldurmaq felindəndir ki, bu da içərisi doldurulan pomidor, istiot, badımcan, heyva, soğan və s. dolmalardır ki, bu ad onların hazırlanma texnologiyaları ilə üst-üstə düşür. İkinci söz "dolamaq" felindəndir ki, bu da yarpağı içliyə dolamaqdan irəli gəlir. Bunlar kələm, üzüm yarpağı, fıstıq (pip) yarpağı, əvəlik yarpağı və s. bu kimi yarpaqlardan hazırlanan dolmalardır. Bu tip dolmalara Türkiyə türkcəsində "sarma" da deyirlər ki, bu da "dolmaq" feli ilə dilimizdə də eyni məna daşıyan "sarımaq", yəni bükmək felindədir. Qeyd edək ki, Azərbaycanın regionlarında eyni adlı dolmalar müxtəlif üsulla bişirilə bilir. Məsələn, kələm dolması Gəncədə sadə bişirilirsə, Şəkidə ona şəkər, Naxçıvanın bəzi kəndlərdə şabalıd qatılır .
Pip dolma
Pip dolması - Azərbaycan milli xörəyi. Pip yarpaq-vələs ağacının yarpağı olub müalicəvi, yumşaq və çox nazik qalınlığa malikdir. Pip yarpağı bahar fəslində ildə cəmi bir dəfə 2-4 gün ərzində yalnız nazik yarpaqları yığılır. Pip yarpağının üstünlüyü milli yeməyimiz olan dolmanı daha da dadlı və təkrarolunmaz etməsidir. Hazırlanmasında lazım olan ərzaqlar: Quzu əti – 108 q. Düyü – 30 q. Baş soğan – 20 q. Göyərti (keşniş, şüyüd və nanə) – 15 q. Pip-(vələs) yarpağı – 40 q. Qatıq – 20 q.
İkiqat dolma
Sumqayıt dolması və ya ikiqat dolma — dolma növü; Azərbaycanın milli mətbəxinə aid olan xörək. == Tarixçə == İlk dəfə Sumqayıt şəhərində yaranmışdır. Dolmanın adı da elə bu şəhərin adı ilə bağlıdır. Sumqayıt dolmasının reseptinin ideya müəllifi sumqayıtlı sahibkar, həkim, Sumqayıt "Dostlar klubu"nun sədri Hümbət Quliyevdir. Bu dolma növünün təqdimat mərasimi 2012-ci ilin oktyabrında keçirilmişdir. == Xüsusiyyətləri == Bu dolmanın digərlərindən əsas fərqi odur ki, dolmaiçi inqrediyentlər əvvəl üzüm yarpağına, daha sonra isə ikinci qat olaraq kələm yarpağına bükülür. Bu ikiqat dolmada ayrı-ayrılıqda yarpaq və kələmdə olan çatışmazlıqlar aradan qaldırılır. Belə ki, ikiqat dolmada etibarlı hermetiklik təmin olunur; kələmə bükülmüş yarpaq özü də yaxşı bişir; kələm mədə-bağırsaqda üzüm yarpağının həzm olunmasına kömək edir. Bu dolmanı hazırlayarkən ölçüsü elə olmalıdır ki, bir dəfəyə tam şəkildə ağıza rahatlıqla yerləşə bilsin. Belə olarsa, ağızda dolma sıxılaraq "dad partlayışı" effekti yaradır ki, nəticədə də bütün dolmaiçi inqrediyentlərin, həm də yarpaq və kələmin təkrarolunmaz ləzzəti ortaya çıxır.
Mehmed Siyah Kalem
Məhəmməd Siyah Qələm (türk. Mehmed Siyah Kalem) — XIV əsrin sonu və XV əsrin əvvəllərinə aid rəsm albomunundakı bir çox şəkillərin müəllifi olduğu ehtimal edilən rəssam. Onun şəkillərinə türkmən, Çin, fars və monqol mədəniyyətlərinin xüsusiyyətləri təsir edib. == Mənşəyi və təsirləri == Siyah Qələm rəsmləri XIV əsrin sonu və XV əsrin əvvəllərinə aiddir. Albomdakı şəkillərin çoxu Mehmet və ya Məhəmməd Siyah Qələm adı ilə imzalanıb. Bu rəsmlər dövrün mədəni və dini ritual normalarını təsvir edərək, o dövrün əhalisi və coğrafiyası haqqında məlumat verir. Ümumiyyətlə, rəsmlər İrana aid edilir və Çin sənəti və texnikasının güclü təsiri ilə yanaşı, İslamın gəlməsindən əvvəl Orta Asiya regionunda əsas inanclar olan buddizm və şamanizmin simvollarını daşıyır. Tarixi mənbələrdə adına rast gəlinməyən bu rəssam haqqında yeganə mənbə Topqapı muzeyində saxlanılan və "Fateh albomu" adlandırılan rəsm kolleksiyasındakı bir neçə rəsmin üzərindəki "Ustad Məhəmməd Siyah Qələmin işi" imzasıdır. Şərq ölkələrində sənətçinin özünü "ustad" kimi təqdim etməsinə adətən rast gəlinmədiyi üçün bu qeydin sonradan edilmiş ola biləcəyi də güman olunur. Həmin rəsmlər ilk dəfə 1910-cu ildə Münhendə Maks van Berxemin dəstəyi ilə nümayiş etdirilmiş və sonrakı illərdə unudulmuşdur.