Donq

Vyetnamın milli pul vahidi. 1VND=10 xao=100 su
Dondurulma
Donor Ölkə
OBASTAN VİKİ
Donq Yuan
Donq Yuan — Çinli rəssam. == Həyatı == Donq Yuan Çin mənzərəsinin böyük ustalarından biridir. Rəssam Çində anadan olub. Donq Yuan günlərində bu sahə Cənub-Şərqin bir hissəsi idi. Ustadın yaradıcılığının demək olar ki, bütün dövrü İmperator Li Cinq hakimiyyət dövründə oldu. Bəzi zamanlarda Çin rəsm əsərləri ilə məşğul idi. Bununla yanaşı 961-ci ildə Akademiya qurulduqdan sonra Donq Yuan bura üzv oldu. Donq Yuan ilk növbədə monoxrom mənzərələri ilə məlumdur, lakin o, təkcə monoxrom işləri deyil, eyni zamanda, Li Sisyunyadan gələn ənənə ilə də çəkmişdir. == Qalereya == == Ədəbiyyat == Го Жо-сюй. «Записки о живописи: что видел и слышал» — М., «Наука», 1978 Виноградова Н. А. «Китайская пейзажная живопись» — М.: «Изобразительное искусство», 1972 Various authors.
Yu Donq-yu
Yu Donq-yu (19 avqust 1993) — Cənubi Koreyalı kişi ağır atlet. 85 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Cənubi Koreyanı təmsil edir. O, 2016 Yay Olimpiya Oyunlarında 85 kq çəki dərəcəsində çıxış etmiş və 14-cü olmuşdur. Yu Donq-yu dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Yun Donq-Cu
Yun Donq Cu və ya Yoon Donq Ju (윤동주 Hanca: 尹 東 柱; 30 dekabr 1917, Lunçzin[d], Qirin[d] – 16 fevral 1945, Fukuoka) tənqidi üslublu poeziyası ilə yanaşı lirik poeziyası ilə də tanınan, Çində dünyaya gələn koreyalı şair idi. Yun Çinin Jilin şəhərində koreyalı qaçqın ailəsində anadan olub, böyüyüb. Daha sonra Myenqdonq məktəbində oxuyub və Pyonqyanq Sonqsil orta məktəbini və Seul Yeonhee kollecini bitirib. Yeonhee kollecindəki ikinci ilində oğlanlar üçün jurnalda şeir nəşr etdi və rəsmi olaraq qəzet məqaləsində yer aldı. Yaponiyaya keçdikdən sonra 1942-ci ildə Kyoto Doşişa Universitetinə daxil oldu, lakin 1943-cü ildə Yaponiya əleyhinə hərəkət etdiyi iddiası ilə Yapon polisi tərəfindən həbs edildi. Fukuokada həbsxanada olarkən 100-dən çox şeir yazaraq 27 yaşında ölür.
Fam Van Donq
Fam Van Donq (vyet. Phạm Văn Đồng) və ya əsl adı ilə An To (Anh Tô; 1 mart 1906[…] – 29 aprel 2000[…], Hanoy) — Vyetnam dövlət və siyasət xadimi, 1955–1987-ci illərdə Vyetnamın baş naziri. == Erkən həyatı == An To 1 mart 1906-cı ildə Kuanqnam vilayətində kəndli vyet ailəsində adan olmuşdur. Fam Van Donq özü bəzən şəxsi söhbətlərində iddia etmişdir ki, o, üç il əvvəl, 1903-cü ildə mərkəzi Kuanqnay vilayətində mandarindilli ailədə anadan olmuşdur. O, təhsilini Hanoy Kollecində alıb, burada tədris fransız dilində aparılmışdır. == Mükafatlar == "Qızıl ulduz" ordeni "Klement Qotvald" ordeni (4 fevral 1986) Lenin ordeni (27 fevral 1981, SSRİ). Oktyabr İnqilabı ordeni (28 fevral 1986, SSRİ ). "Xose Marti" ordeni (1986, Kuba) Laos, Kamboca, Bolqarıstan, Polşa və Monqolustandan mükafatlar. == İstinadlar == == Xarici keçidlər == Fam Van Donq // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия.
Donqa departamenti
Donqa departamenti — Beninin 12 departamentindən biri. == Ərazisi == Donqa departamentinin ərazisi 11 126 km2-dır. Donqa departamentinə 4 şəhər daxilidir. == Əhalisi == 2013-cü ilə olan məlumatlara əsasən Donqa departamentinin əhalisi 542 605 nəfərdir.
Donqar (dəqiqləşdirmə)
Donqarlar — trachichthyiformes dəstəsinə aid heyvan fəsiləsi. Donqar (musiqi) — qədim Azərbaycan simli musiqi aləti.
Donqar (musiqi)
Donqar — mizrabla çalınan qədim Azərbaycan simli musiqi aləti. == Tarixçə == Donqardan XIX əsrin I yarısında geniş istifadə edilib. Rus rəssamı Q. Q. Qaqarin Qafqazda hərbi xidmətdə olarkən (1840-1850) Azərbaycanı da gəzmiş və bir sıra qiymətli əsərlər yaratmış. O, "Şamaxı rəqqasələri" adlı tablosunda bir sıra Azərbaycan çalğı alətləri ilə yanaşı, donqarı da təsvir edir. Bu tablo hazırda Sankt-Peterburqda şəhərinin Rus Dövlət Muzeyində qorunur. Nə yazıq ki, alət sonralar unudulub. Ancaq onu asanlıqla bərpa edib peşəkar alətə çevirmək olar. == Söz açımı == "Donqar" sözü Azərbaycan türkcəsində insan və ya heyvan bədənində çıxıntıya deyilir. Çanağında yöndəmsiz çıxıntı olduğuna görə alət belə adlandırılıb.
Donqarlar
Donqarlar (lat. Monocentridae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin trachichthyiformes dəstəsinə aid heyvan fəsiləsi.
Donqhoy
Donqhoy (vyet. Đồng Hới) — Vyetnamda şəhər, Kuanqbin vilayətinin paytaxtı. Hanoydan 480 km cənubda yerləşir. Əhalisi 108,045 min nəfər (2009), sahəsi 154,55 km2-dir. Əhalisi 160,325 nəfərdir. == İstinadlar == == Xarici keçidlər == "Сайт администрации города Донгхой" (vyetnam). 2017-05-05 tarixində arxivləşdirilib.
Donqhoy Hava Limanı
Donqhoy Hava Limanı — Vyetnamın Kuanqbin əyalətinin Donqhoy şəhərində yerləşən mülki hava limanı. == Tarixi == Hava limanını 1930-cu ildı fransız müstəmləkəçilər tikiblər. Onlar bu limandan vyetnamlı və laoslu kommunistlərə hücumlar zamanı istifadə ediblər. İkinci Hind-çin müharibəsi zamanı Şimali Vyetnam ordusu tərəfindən istifadə olunmuşdur. 2004-cü ildə Vyetnam hökuməti hava limanında yenidənqurma işləri aparmışdır. İşlər 2008-ci ildə yekunlaşmışdır. Hazırda bu hava limanından Hanoy və Hoşiminə uçuşlar həyata keçirilir. == Təlimatı == Qəbul edilən hava gəmiləri: An-12,-24, İl-18,-76,-86, Tu-134,-154, Yak-42, Airbus A321 və bütün növ vertolyotlar.
Donqşon mədəniyyəti
Donqşon (vyet. Văn hóa Đông Sơn) - Cənub-Şərqi Asiyanın tropik zonasında Son Tunc dövrünə (e.ə. I-ci minillik) aid arxeoloji mədəniyyət. E.ə. I-ci minilliyin əvvəllərində Cənubi Çində, Şərqi və Mərkəzi Hind-Çində meydana gəlmiş, təqr. e.ə. VI əsrdə Malakka yarımadasında, Sumatra, Yava adalarında, qismən Kalimantan adasında və bir neçə digər adalarda yayılmışdır. Donqşonun təsiri Filippində də hiss olunur. Şimali Vyetnamda Donqşon “əsas”, həmçinin orta və ehtimal ki, aşağı Sitszyanın şimal axarlarındakı “batvyet” mərkəzlərinə, bir sıra “periferik ocaqlara” - Donqşonun variantlarına və Yanszı hövzəsində Xuanxe mədəniyyətləri ilə əlaqəli zonaya bölünür. Donqşon məskəninin materialları əsasında rus mənşəli fransız tədqiqatçısı V.V.Qolubev tərəfindən müəyyənləşdirilmişdir (1924 il qazıntıları; Vyetnam, Txanxoa əyaləti).
Kyursya-Donqalon
Kürsya-Donqalon (fr. Curciat-Dongalon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Sen-Trivye-de-Kurt kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 340 km cənub-şərqində, Lion şəhərindən 85 km şimalda yerləşir və Burk-an-Bres şəhərindən 31 km şimalda yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 456 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə (15-64 yaş) əmək qabiliyyətli 249 nəfər arasında 197 nəfər iqtisadi cəhətdən aktiv, 52 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi% 79,1, 1999-cu ildə 72,2%). 197 aktiv sakindən 182 nəfər işləyirdi (103 kişi və 79 qadın), 15 işsiz (8 kişi və 7 qadın) var.
Sonq Donqlun
Sonq Donqlun (d. 28 aprel 1991) — Çini təmsil edən su poloçusu. Sonq Donqlun, Çin yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasını 16:15 hesabı ilə məğlub edən Çin yığması, London Olimpiadasını beşinci pillədə başa vurdu. Sonq Donqlun, Çin yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Braziliya yığmasını 10:5 hesabı ilə məğlub edən Çin yığması, Rio-de-Janeyro Olimpiadasını yeddinci pillədə başa vurdu.
Sıldıs Donqak
Sıldıs Donqak (tıva Сылдыс Баазаң оглу Доңгак, 13 sentyabr 1970, Tuva Xalq Respublikası ) — Tuvanın Övür bölgəsindəki Torqalıq kəndində anadan olmuş tuvalı şair, yazıçı. O, həmçinin tacirliklə də məşğuldur. 13 sentyabr 1970-ci ildə hal-hazırkı Tuva Muxtar Sovet Sosialist Respublikasındakı Övür bölgəsinin Torqalıq məntəqəsində anadan olmuşdur. Torqalıqdakı təhsilindən sonra Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnistitutunda ali təhsilini almışdır. Kənd təsərrüfatı və menecment sahəsindəki təhsilini Rusiya Akademiyasında almışdır. Ədəbi fəaliyyətlə yanaşı, ticari fəaliyyətlə də məşğuldur. Yazıçılığa 1990-cı ildə başlamışdır. Şerləri Tuvanın qəzetlərində, Tuva Ədəbiyyatı jurnalında, "Ulug-Hem" məcmuəsində nəşr edilmişdir. "Een hovuda sırın ıglaydır" adlanan şer kitabı 1998-ci ildə nəşr edilmişdir. Onun şerləri ruscaya də tərcümə edilmişdir.
Donqarburun qılquyruq
Donqarburun qılquyruq (lat. Melanitta deglandi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qılquyruq cinsinə aid heyvan növü.
Donqkxoy hərəkatı
Donqkxoy (vyet. Đồng Khởi, Birgə qiyam) — Cənubi Vyetnamdan çıxmamış Vyetmin qalıqlarının başçılıq etdiyi hərəkat. Bu hərəkat Vyetnamın cənubunda yerləşən böyük kənd yerlərində və yüksək dağlıq ərazilərdə xalqı ABŞ və Vyetnam Respublikasına qarşı üsyana çağırırdı. Donqkxoy 1959-cu ilin sonundan başlamış və 1960-cı ildə pik nöqtəsinə çatmış, Cənubi Vyetnamda sürətli şəkildə yayılmışdır. Hərəkat nəticəsində Vyetnam Respublikasının kənd hökumət strukturu Prezident Nqo Din Zyem hakimiyyəti tərəfindən ləğv edilmiş və nəticədə Cənubi Vyetnam kəndlərinin əhəmiyyətli bir hissəsi kommunistlər tərəfindən idarə olunmağa başlanmışdır. Bu, Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsinin yaradılmasına gətirib çıxarmışdı.
Donqsoay
Donqsoay (vyet. Đồng Xoài) — Vyetnamın cənubunda şəhər, birinci dərəcəli inzibati vahid, Binfıok vilayətinin inzibati mərkəzi. Donqsoay Rat çayı üzərində, Hoşimin şəhərindən təxminən 110 km şimalda və Kamboca ilə sərhəddən 110 km məsafədə yerləşir. 2014-cü ilin məlumatlarına görə əhalinin sayı 95,820 nəfərdir.
Donqxa
Donqxa (vyet. Đông Hà) — Vyetnamın mərkəzi hissəsində şəhər, Kuanqçi vilayətinin paytaxtı. == Tarixi == Vyetnam müharibəsi zamanı Donqxa Birləşmiş Ştatlar Dəniz Piyadaları Korpusunun ən şimal bazasına ev sahibliyi edirdi. == Coğrafiyası == Hyue şəhərindən 70 km şimal-qərbdə və Laos ilə sərhəddən şimal-şərqdə düz xətt boyunca 40 km məsafədə yerləşir. Hanoydan 580 km və Hoşimin şəhərindən 1,139 km məsafədə yerləşir.
Kürsya-Donqalon
Kürsya-Donqalon (fr. Curciat-Dongalon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Sen-Trivye-de-Kurt kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 340 km cənub-şərqində, Lion şəhərindən 85 km şimalda yerləşir və Burk-an-Bres şəhərindən 31 km şimalda yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 456 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə (15-64 yaş) əmək qabiliyyətli 249 nəfər arasında 197 nəfər iqtisadi cəhətdən aktiv, 52 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi% 79,1, 1999-cu ildə 72,2%). 197 aktiv sakindən 182 nəfər işləyirdi (103 kişi və 79 qadın), 15 işsiz (8 kişi və 7 qadın) var.