DONUŞLUĞUN GENİŞLƏNMƏSİ /AQQRADASİYA/

/aqqradatio-yaxınlaşma/ donuşluğun qüvvətlənməsi, şiddətlənməsi, torpağın donması. Orta illik temperaturun-20-dən yuxarı qalxmadığı hallarda torpaq əriyə bilmir və vaxt keçdikcə əriməyən süxurların qalınlığı tədricən artır. Nəticədə xüsusi relyef formaları yaranır/ qabarma-təpəcikləri, şaxta çatları və b./. Mövsümi donuşluqlar qış zamanı çox illik donuşluqla birləşir. агградация мерзлоты aggradation of frost
DONUŞLUĞUN DEQRADASİYASI
DONUŞLUQ
OBASTAN VİKİ
Avropa İttifaqının genişlənməsi
Tarix boyu Avropa İttifaqı (Aİ) dəfələrlə yeni üzv dövlətlərin ittifaqa qoşulması ilə genişlənmişdir. Aİ-yə qoşulmaq üçün bir dövlətin qanunun aliliyinə və ona uyğun azadlıqlara və qurumlara hörmət edən və sabit bir demokratik hökumət tələb edən Kopenhagen meyarları (1993-cü ilin iyun ayında Kopenhagen zirvəsindən sonra) adlanan iqtisadi və siyasi şərtləri yerinə yetirməsi lazımdır. Maastricht Müqaviləsinə görə, mövcud hər bir üzv dövlət və Avropa Parlamenti istənilən genişlənməyə razı olmalıdır. Genişlənmə prosesi bəzən Avropaya inteqrasiya olaraq da adlandırılır. Bu termin, eyni zamanda, milli hökumətlər milli qanunların tədricən uyğunlaşdırılmasına imkan verdiyi üçün Aİ üzv dövlətləri arasında əməkdaşlığın intensivləşdirilməsinə işarə olunur. Aİ-nin sələfi Avropa İqtisadi Birliyi , 1958-ci ildə, Roma Müqaviləsi qüvvəyə mindikdə , Daxili Altılıq üzv dövlətlə quruldu. O vaxtdan bəri, Aİ üzvlüyü iyirmi yeddi ölkənində qatılması ilə böyüdü. Son üzv dövlət olan Xorvatiya isə 2013-cü ilin iyulunda ittifaqa qoşuldu. Ən son Aİ ərazisinin genişlənməsi 2014-ci ildə Mayotte ilə baş verdi. Aİ-nin və sələflərinin ən nəzərəçarpaçaq ərazi azalmaları 1962-ci ildə Cezayirin müstəqillik əldə etməsilə çıxması, 1985-ci ildə Qrenlandiyanın çıxması və 2020-ci ildə Birləşmiş Krallığın ittifaqdan çıxması ilə baş vermişdir.
Kainatın genişlənməsi nəzəriyyəsi
Kainatın daim böyüməsi — xüsusi nəzəriyyə. Kainat həm məkan həm zamanda sonsuz olduğuna görə, inkişaf daim kəmiyyət keyfiyyət dəyişikliyi kimi baş verir. Mövcud kainatın hüdudlarından qırağa iki yolla çıxmaq olar. Birinci tanrı vasitəsilə. İkincisi isə kainatın öz məzmununu artırmaqla, yəni onu öyrənməklə, onun bugünkü hüdudlarından qırağa çıxmaq olar. Zariyat surəsi / 47'ci ayə : "Göyü qüdrətlə yaratdıq, və onu genişləndirməkdəyik Subyektiv fəlsəfəyə görə biliklər real dünyanın əksi deyil, real dünya biliklərin əksidir. Yəni real dünya biliklərin proyeksiyasıdır. Belə çıxır ki səbəb mütləq biliklərdi , nəticə isə kainat ya da ki onun hələlik tam olmaması. Obyektiv fəlsəfəyə görə isə biliklər real dünyadan qaynaqlanır. Bu isə o deməkdir ki biliklər, daha doğrusu onların hələlik tam olmaması, nəticədir, mütləq dünya isə səbəb.
Avropa İttifaqının gələcəkdə genişlənməsi
Hal-hazırda Avropa İttifaqına gələcəkdə üzv olmaq üçün beş ölkə namizəddir: Türkiyə (14 aprel 1987-ci ildən bəri), Şimali Makedoniya (22 mart 2004-cü ildən bəri), Monteneqro (2008-ci ildən bəri), Albaniya və Serbiya (hər ikisi 2009-cu ildən bəri). Albaniya və Şimali Makedoniyadan başqa bütün ölkələr qoşulma danışıqlarına başlayıb. Bosniya və Herseqovina və Kosova (Kosova 5 Aİ ölkəsi tərəfindən tanınmır) Aİ-yə üzvlük üçün potensial namizədlər kimi tanınıblar. Danışıqlarda ən tez irəliləyən Serbiya və Monteneqronun 2025-ci ilə qədər Aİ-yə üzv olması gözlənilir. Digər danışıqlar davam etsə də, Türkiyə ilə danışıqlar durğunluq dövründədir. Kopenhagen kriteriyaları və Maastrixt sazişinə uyğun olaraq, qoşulma kriteriyası belədir: azadlıq, demokratiya və insan hüquqları və fundamental azadlıqlara hörmət və qanunun aliliyi prinsiplərinə hörmət edən hər bir "Avropa ölkəsi" Aİ-yə üzvlük üçün müraciət edə bilər. Ölkənin Avropa ölkəsi olub-olmaması Aİ institutları tərəfindən siyasi cəhətdən qiymətləndirilir. Şərq Tərəfdaşlığı strategiyasına görə, Aİ-nin 2020-ci ildən əvvəl post-sovet ölkələrindən hər hansı birini bloka qoşulmağa dəvət edilməsi ehtimal edilmir. Ancaq 2014-cü ildə Aİ Gürcüstan, Moldova və Ukrayna ilə Assosiasiya sazişi imzalayıb və Avropa Parlamenti hər 3 ölkənin "Avropa perspektivi"ni tanıyan qətnamə qəbul edib.