Vulf Dorn
Vulf Dorn (20 aprel 1969, İhenhauzen[d], Bavariya) — müasir dövr alman yazıçısı olan Vulf Dorn əsərləri hazırda təkcə Avropada yox, bütün dünyada ən çox oxunan müəlliflərdən biridir. Vulf Dorn 2009-cu ildə yazdığı ilk romanı "Psixiatr"la məşhurlaşıb. Debüt əsəri ona böyük şöhrət qazandırıb. Müəllif bu əsəri sayəsində Almaniyanın psixoloji triller janrında yazan ən populyar romançıları siyahısına düşüb. Daha sonralar qələmə aldığı "Şizofrenik", "Xain ürəyim", "Oyunbaz", "Fobiya" kimi romanları ilə qısa müddətdə bütün dünyada geniş oxucu kütləsi toplayan yazıçının əsərləri 10-dan çox dilə tərcümə olunub. Həyatının 20 ilini psixiatriya klinikasında fəaliyyətə həsr etmiş Vulf Dorn hazırda yalnız ədəbi yaradıcılıqla məşğuldur.
Vulf Dorn 20 aprel 1969-cu ildə Almaniyada anadan olmuşdur. Tam zamanlı yazıçı olmazdan əvvəl psixiatrik terapevt və klinik tədqiqatçı kimi çalışmışdır. İyirmi il ərzində o, psixi pozğunluğu olan insanlara peşə reabilitasiyası və iş üzrə məşqçi kimi dəstək olmuşdur.
Vulf Dorn Jan Forstner, Mark Behrendt, Doro Beck, Simon Strode, Robert Winter və bir çox başqa personajlar yaradıb.