Dorn

der; -(e)s, -en tikan; fig. j-m ein ~ im Auge sein birisinin gözünə tikan kimi batmaq, birisinin gözündə tikan olmaq
Dorfgeschichte
dornig
OBASTAN VİKİ
Vulf Dorn
Vulf Dorn (20 aprel 1969, İhenhauzen[d], Bavariya) — müasir dövr alman yazıçısı olan Vulf Dorn əsərləri hazırda təkcə Avropada yox, bütün dünyada ən çox oxunan müəlliflərdən biridir. Vulf Dorn 2009-cu ildə yazdığı ilk romanı "Psixiatr"la məşhurlaşıb. Debüt əsəri ona böyük şöhrət qazandırıb. Müəllif bu əsəri sayəsində Almaniyanın psixoloji triller janrında yazan ən populyar romançıları siyahısına düşüb. Daha sonralar qələmə aldığı "Şizofrenik", "Xain ürəyim", "Oyunbaz", "Fobiya" kimi romanları ilə qısa müddətdə bütün dünyada geniş oxucu kütləsi toplayan yazıçının əsərləri 10-dan çox dilə tərcümə olunub. Həyatının 20 ilini psixiatriya klinikasında fəaliyyətə həsr etmiş Vulf Dorn hazırda yalnız ədəbi yaradıcılıqla məşğuldur. Vulf Dorn 20 aprel 1969-cu ildə Almaniyada anadan olmuşdur. Tam zamanlı yazıçı olmazdan əvvəl psixiatrik terapevt və klinik tədqiqatçı kimi çalışmışdır. İyirmi il ərzində o, psixi pozğunluğu olan insanlara peşə reabilitasiyası və iş üzrə məşqçi kimi dəstək olmuşdur. Vulf Dorn Jan Forstner, Mark Behrendt, Doro Beck, Simon Strode, Robert Winter və bir çox başqa personajlar yaradıb.
Bernhard Dorn
Bernhard Dorn (Tam adı: Johannes Albrext Bernhard Dorn), (rus. Иоганн Альбрехт Бернгард Дорн; 29 aprel 1805 – 19 may 1881, Sankt-Peterburq) — Şərqşünas-tarixçi, iranşünas, semitoloq, Sankt-Peterburq İmperator Elmlər Akademiyasının həqiqi üzvü (1842-ci ildən), məxfi məsləhətçi == Həyatı == O ilk növbədə Leypsiq Universitetində oxumuş, daha sonra isə Xarkov Milli Universitetində Şərq dilləri professoru olmuşdur. Daha sonra Xarici İşlər Nazirliyinin Şərq Dilləri İnstitutunda tarix və coğrafiya professoru dərəcəsinə yiyələnmişdir. Həmçinin Sankt-Peterburq Universitetində sanskrit və şərq dillərindən dərs demişdir. 1835-ci ildə Dorn Rusiya Elmlər Akademiyasının üzvü olmuşdur. 1842-ci ildə Asiya Muzeyinin direktoru seçilmiş, 1855-ci ildə isə Böyük Pyotrun Antropologiya və Etnologiya Muzeyinin direktoru olmuşdur.
Dornod vilayəti
1941-ci ildə yaradılan Dornod vilayətinin ərazisi 123 597 Km2-dır. Dornod vilayətinə 14 rayon (sum) daxilidir. 2017-ci ilə olan məlumatlara əsasən Dornod vilayətinin əhalisi 76 507 nəfərdir. Əhalinin mütləqi monqollardan ibarətdir.
Dornoqovi vilayəti
1931-ci ildə yaradılan Dornoqovi vilayətinin ərazisi 109 472 Km2-dır. Dornoqovi vilayətinə 14 rayon (sum) daxilidir. 2017-ci ilə olan məlumatlara əsasən Dornoqovi vilayətinin əhalisi 68 192 nəfərdir. Əhalinin mütləqi monqollardan ibarətdir.
Katya Dorner
Katya Dörner (18 fevral 1976, Ziqen, Şimali Reyn-Vestfaliya) – alman siyasətçi. Bonn şəhərində 27 sentyabr 2020 tarixində bələdiyyə sədri vəzifəsinə seçilib. Dorner Altenkirxen bölgəsindəki Şteynbaxda böyüyüb. 1995-ci ildə özəl Marienştat gimnaziyasını bitirdikdən sonra o, Bonn, York və Edinburqda siyasi elmlər, ictimai hüquq və ədəbiyyat üzrə təhsil alıb, 2000-ci ildə Magistra Artium ilə bitirib. 2001-ci ildən Dorner Şimali Reyn-Vestfaliyadakı yaşıl parlament qrupunun lideri Silviya Löhrmanın şəxsi müşaviri olub. 2010-cu ilin iyun ayından 2014-cü ilin iyul ayına qədər Katya Dorner Müasir Həmrəylik İnstitutunun idarə heyətinin üzvü olub. 2013-cü ilin dekabrında Deutsches Kinderhilfswerk -in direktorlar şurasına seçilib. Evlidir, bir oğlu var və ailəsiylə birlikdə Bonnun Auerberq rayonunda yaşayır.
Dornelas (Sever do Vouga)
Dornelas — Portuqaliyanın Sever do Vouga kommunasında yerləşən rayon. Ərazisi 7.68 km2-dir. 2001-ci il məlumatına görə əhalisi 662 nəfərdir.
Dornelaş (Sever-du-Voqa)
Dornelas — Portuqaliyanın Sever do Vouga kommunasında yerləşən rayon. Ərazisi 7.68 km2-dir. 2001-ci il məlumatına görə əhalisi 662 nəfərdir.