Dero dorsalis Ferroniere, 1899
Dero dorsalis - Həlqəvi qurdlar tipinə aid dero.
== Morfoloji quruluşu ==
Qəlsəmə yatağı arxaya doğru yanlarda dairəvi və ya kələ-kötür çıxıntılıdır. Üzərində adətən 5 cüt qəlsəmə çıxıntısı mövcutdur: I cüt – qısa və enli çıxıntılı bel qəlsəməsi, II cüt – nazik və silindrik, III cüt – lateral, IV və V cütlər – dəyişkən formalı qarın qəlsəmələridir.
II – V buğumların qarın dəstəcikləri 5 – 7 ikidişli qılcıq daşıyır, distal dişcik proksimal dişcikdən uzundur və ortasında düyünü var. Sonrakı buğumlarda qılcıq dəstələrinin sayı azalır, dişciklər bərabər uzunluqda və ya distal dişcik proksimal dişcikdən qısa olur, düyün isə distal istiqamətdə yerini dəyişir. İkinci buğumun qılcıqlarının uzunluğu 135 μ, V – 100 – 126 μ, VI – 102 – 115 μ. Arxaya doğru qılcıqların uzunluğu azalır. Bel dəstəcikləri IV buğumdan başlayır. Onlar 1 tükşəkilli və 1 uzunluğu 85 – 108 μ və distal dişciyi proksimal dişcikdən daha uzun olan ikidişcikli qılcıq daşıyır. Penial qılcıqları mövcud deyil.