Ken Duken
Ken Duken (alm. Ken Duken; doğ. 17 aprel 1979) - Almaniyalı kino aktyor.
== Bioqrafiya ==
Ken Duken keçmiş AFR-ın Haydelberq şəhərində anadan olmuşdu. O film və teatr aktrisası Kristiane Löbün üçüncü uşağıdır; onun atası həkimdir. Duken heç vaxt drama məktəbində iştirak etmirdi, lakin buna baxmayaraq, o Ceyms Reynolds da daxil olmaqla bir sıra drama kurslarını keçmişdir. Aktyor başlanğıcda "Der Besuch der Alten Dame" (Yaşlı xanımın səfəri), "Montevideo Das Haus" (Montevideo evi) kimi pyes və o cümlədən Uilyam Şekspirin müxtəlif teatr rollarında oynamışdır. Televiziyada aktyor qismində Ken, Nadya Ul və Daniel Brül ilə yanaşı Blutiger Ernst adlı cinayət filmində debüt rol almışdır.
== Karyera ==
Ken Dukenin film ekranlarında ilk böyük rolu Franka Potente və Hayner Lauterbax ilə birlikdə rejissor Fridemann Frommun 1999-cu ildə çəkdiyi Schlaraffenland (Süd və Bal diyarı) filmində oynamışdır. Həmin il o alman Film mükafatı üçün namizəd olan Migel Aleksandrenin Gran Paradiso dram filmində oynayır.