Riders on the Storm
"Riders on the Storm" (azərb. "Fırtınadakı atlılar") — "The Doors" qrupunun 1971-ci ildə işıq üzü görən L. A. Woman albomundan musiqi. Musiqi sinql kimi buraxılmışdı və Amerika musiqi siyahılarında 14-cü pilləyə qalxmağa müvəffəq olmuşdur.
Gitarist Robbi Kriqerin sözlərinə görə, musiqi Conni Keşin "(Ghost) Riders in the Sky: A Cowboy Legend" kompozisiyasından təsirlənərək yazılmışdır. Musiqi özündə göy gurultusu və yağış səsi effektlərini də birləşdirir ki, bunun fonunda da Rey Manzarek öz Fender Rhodes elektrogitarasında ifa edərək göy gurultusu və yağış səsini təqlid edir. Kompozisiyaya xüsusi məlahət verən isə Cim Morrison tərəfindən, onun öz ifasının fonunda səsləndirilən pıçıltı ilə deyilən sözlərdir.
Albomun adlandırıldığı digər bir trek olan "L. A. Woman" ilə "Riders on the Storm" adətən avtobioqrafik musiqilər hesab olunur.
Riders on the storm (Fırtınadakı atlılar)
Riders on the Storm (Fırtınadakı atlılar)
Into this house we're born (Doğulduğumuz evlərə çapan)
Into this world we're thrown (Atıldığımız dünyaya çapan)
Like a dog without a bone (Sümüksüz bir it kimi)
An actor out a loan (Qonorarsız aktyor kimi)
Riders on the storm (Fırtınadakı atlılar)
İkinci bənddəki "Yolda qatil var" obrazı, böyük ehtimalla Cim Morrisonun "HWY" -dəki rejissorluq işinin təsirindən yaranmışdır, hansı ki, Morrison orada onu maşını ilə aparmağa razı olan sürücünü öldürən avtostopçu rolunu oynamışdır. Bununla belə, başqa bir versiya da mövcuddur ki, həm film, həm də musiqi özünü avto dayanacağın səyyahı kimi qələmə verərək 1950-ci illərdə Kaliforniyada bir ailəni tamamilə qətlə yetirən, silsilə cinayətlər törətmiş Billi Kuka əsasən yazılmışdır.
There's a killer on the road (Yolda qatil var)
His brain is squirmin' like a toad (Beyni qurbağa kimi qıvrılır)
Take a long holiday (Uzun bir tətil götür)
Let your children play (Uşaqlarına icazə ver oynasınlar)
If ya give this man a ride (Əgər, bu adama icazə versən sürsün)
Sweet family will die (Sevimli ailən öləcək)
Killer on the road, yeah (Yolda qatil var, yeah)
Tanış mövzu 3-cü bənddə yenidən peyda olur — Pamelaya sevgi qışqırığı.