Dzenqakuren
Bütün Yaponiya tələbələrin özünüidarəetmə liqası (yap. 全日本学生自治会総連合; Zen Nihon Gakusei Jichikai Sō Rengō) və ya, qısaca, Dzenqakuren (yap. 全学連; Zengakuren) — 1948-ci ildə yaradılan Yaponiya kommunist və anarxist tələbələr qurumu.
II Dünya Müharibəsi zamanı viran edilən tələbə hərəkatları 1945-ci ildə dirçəlişini yaşadıblar. Universitet tələbələri və ort məktəb şaqirdləri kampuslarında, məktəblərində və yataqxanalarında demokratlaşma hərəkatlarını başlayırdılar. Müharibə avqust ayında qurtarıb və ondan sonra sentyabr ayında, Mito Orta Məktəb (indiki İbaraki Universiteti) şaqirdləri etiraz aksiyalarını eləməyə başlayıblar. Onların tələbi, məktəb direktorunu və militarist müəllimlərin istefası və müharibə zamanı məktəbdən kənarlaşdırılan müəllimlərin qayıdışı idi. Müharibədən sonra Yaponiya ABŞ tərəfindən işğal olunub. İşğal idarəçiliyi keçmiş hökumətin tərəfindən həbs olunuş siyasətçiləri, o cümlədə solçu siyasi liderləri azadlığa buraxıblar. Bunnan əlavə, solçu siyasi fəlsəfəçilər artıq öz fikirlərini açıq şəkildə ifadə etməyə imkanı geri alıblar.