dözülmə

dözülmə
dözmək
dözülmək
OBASTAN VİKİ
Varlığın dözülməz yüngüllüyü (roman)
Varlığın dözülməz yüngüllüyü - Milan Kunderanın 1982-ci ildə yazdığı kitab. İlk dəfə 1984-cü ildə Fransada fransız dilində nəşr olunan kitab ilk nəşr olunduğu andan ədəbi aləmdə öz əksini tapmışdır. Çex orijinalı növbəti il nəşr olundu. Onun türk dilinə tərcüməsi ilk dəfə 1986-cı ildə, 2014-cü ilin martında isə 41-ci nəşrini həyata keçirmişdir. Roman 1987-ci ildə eyniadlı filmə uyğunlaşdırılıb. Romanda baş qəhrəmanlar Tereza, Tomas, Sabin və Franzın münasibətləri 1968-ci ilin Praqa baharı və ondan sonra Sovet İttifaqının Çexoslovakiyaya hücumu arxa plana keçərək izah edilir. Hadisələr Praqa, Paris, İsveçrə, Kambocada baş verir. Yeddi hissədən ibarətdir. "Qanun Nəşriyyatı".
Dözülməz qanunlar
"Dözülməz qanunlar" (ing. Intolerable Acts ) və ya "Məcburiyyət aktları" (ing. Coercive Acts) — Britaniyanın Amerikada On üç koloniyasının bəzi sakinləri tərəfindən 1774-cü ildə Britaniya Parlamenti tərəfindən qəbul edilmiş beş qanuna verilən ad. Qanunlar əsasən Amerika koloniyalarını idarə etməkdə Britaniyanın rolunu gücləndirməyə yönəlmişdi. Beş qanundan dördü Boston çay qonaqlığına cavab xarakterini daşıyırdı. Bu qanunlarla kral və parlament koloniyalarda artan müqavimət hərəkatını dayandırmaq niyyətində idi, lakin bu tədbirlər vəziyyəti daha da pisləşdirmişdi, çünki müstəmləkəçilər onları öz hüquqlarının despotcasına pozulması hesab edirdilər. "Dözülməz qanunlar" Birinci Kontinental Konqresin keçirilməsinə təkan vermişdir.

Значение слова в других словарях