Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şahid
Şahid (ərəb. الشاهد‎) və ya tanıq, hansısa bir hadisəni görən ya bilən şəxs. Ədalət məhkəməsi araşdırmalarında bildiyi məlumatı söyləmək üçün əhəmiyyətlidir. Azərbaycan Respublikasının Cinayyət-prossesual məcəlləsinə əsasən cinayət işi üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər.
Şəhid Şahid Hüseynov
Hüseynov Şahid Güləhməd oğlu (10 dekabr 1971, Qoşaqışlaq – 24 mart 1993, Qaradağlı, Ağdam rayonu) — şəhid. == Həyatı == 10.12.1971-ci ildə Bakı şəhəri Əzizbəyov Rayonu Qışlaq kəndində anadan olub. 1978-ci ildə Bakı şəhəri Əzizbəyov ra yonu 231-nömrəli məktəbə daxil olub, 1986-cı ildə həmin məktəbi bitirib 101-nömrəli Binə peşə məktəbində sürücülük oxuyub, 1989-cu ildə bitirib. İlk hərbi xidmətə 1989-cu ildə Əzizbəyov rayon Hərbi Komisarlığı tərəfindən Sovet ordusuna çağrılıb. Xidmətinin ilk 6 ayını Gürcüstan Respublikasında, qalan 1 il 6 ayını Azərbaycan Respublikasının Gəncə şəhərində başa vurub. Hərbi xidməti 1991-ci il may ayında bitirib 1992-ci ilin Sentyabr ayından Daxili Qoşunlara Hərbi qulluqçu kimi daxil olub. 1992-ci ilin Noyabr ayından N-nömrəli Hərbi hissə Kapitanı Nağıyevin batalyonunda Ağdərə, Ağdam, Qaradağlı və Xındırıstan uğrunda gedən döyüşlərdə iştirak edib. 21 mart 1993-cü ildə Qalayçılar yaşayış məntəqəsi uğrunda gedən döyüşlərdə yaralanmış, Ağdam rayon Qaradağlı hərbi səhra hospitalına göndərilmişdir. 24 mart 1993-cü ildə həmin hospitalda Şəhidlik zirvəsinə ucalmışdır.
Hüseyn Şahid
Hüseyn Şahid (8 sentyabr 1892 – 5 dekabr 1963, Beyrut) — Pakistan İslam Respublikasının 5-ci baş naziri.
Şahid Kapur
Şahid Kapur (25 fevral 1981) — tanınmış Bollivud aktyoru. Şahid Kapur karyerasına Taal (Ritm) adlı filmdə ikinci dərəcəli rolu ifa etməklə başlamışdır. 4 il sonra iştirak etdiyi Ishq Vishk (Romantik Sevgi) filminə görə Filmfare mükafatına layiq görülmüşdür. Ən uğurlu rolları Jab We Met (Görüşdüyümüz vaxt) və Kaminey (Əclaf) filmlərində olmuşdur. Məhz bu filmlərə görə yenidən Filmfare mükafatına layiq görülmüşdur. == Həyatı == Kapur 25 fevral 1981-ci ildə anadan olmuşdur. Atası tanınmış aktyor Pankac Kapurdur. Anası Nilima Əzim isə aktrisa və klassik rəqqas kimi tanınır. Şahid 3 yaşındaykən valideynləri boşanmış və anasının yanında böyümüşdür. Onun atası və ögey anası Supriya Patakla kifayət qədər yaxşı əlaqələri olmuşdur.
Şahid dağ
Bir zamanlar yüksək olan ölkənin dağılmayıb təcrid olunmuş stolvari şəkildə qalan hissəsidir.Onlar zaman keçdikcə dağılır və düzənliklər əmələ gəlir.
Şahid Əbdülkərimov
Şahid Əbdülkərimov – Azərbaycan bəstəkarı, bir çox məşhur mahnının müəllifi. == Həyatı == 1956-cı ildə Şahid Nuxa (Şəki) şəhərindəki mədəniyyət evi nəzdində Respublikanın əməkdar artisti Məmmədkəbir Hacıoğlunun rəhbərliyi ilə dram dərnəyində iştirak edirdi. Şahid 1957-ci ildə orta məktəbi bitirdikdən sonra 1959-1960-cı illərdə Bakı Mədəni Maarif Texnikumunun xor dirijorluğu şöbəsində təhsil almış və ümumdünya festivalının laureatı, həvəskar bəstəkar, xanəndə Qulu Əsgərov onun sevimli müəllimi və dostu olmuşdu. Təhsilini başa vurduqdan sonra Şahid Xırdalandakı 1 saylı qəsəbə orta məktəbində musiqi müəllimi işləməklə əmək fəaliyyətinə başlamışdı. O, 1961-1966-cı illərdə M.Əliyev adına Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin axşam şöbəsində təhsil almışdı. Tələbəlik illərində görkəmli bəstəkarımız Şəfiqə Axundova ilə sıx əlaqə saxlamışdır. Şahidin 100-dən artıq mahnısı var. Onun efirdə ilk səslənən mahnısı "Hanı bəs vəfan sənin" mahnısıdır. Həmin mahnı Ümumittifaq səsyazma fondunda, patefon valına yazılıb. İlk ifaçısı xalq artisti İslam Rzayev olub.
Şahid Əhmədli
Şahid Gülməmməd oğlu Əhmədli (17 oktyabr 1992; Saatlı rayonu, Azərbaycan — 12 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahid Əhmədli 1992-ci il oktyabrın 17-də Saatlı rayonunun Qaracalar kəndində anadan olub. 2007-2010-cu illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2010-2014-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. 2 qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Şahid Əhmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahid Əhmədli oktyabrın 12-də Talış döyüşləri zamanı snayper gülləsi nəticəsində şəhid olub. Saatlı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahid Əhmədli ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahid Əhmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Şahid Hüseynov
Hüseynov Şahid Güləhməd oğlu (10 dekabr 1971, Qoşaqışlaq – 24 mart 1993, Qaradağlı, Ağdam rayonu) — şəhid. == Həyatı == 10.12.1971-ci ildə Bakı şəhəri Əzizbəyov Rayonu Qışlaq kəndində anadan olub. 1978-ci ildə Bakı şəhəri Əzizbəyov ra yonu 231-nömrəli məktəbə daxil olub, 1986-cı ildə həmin məktəbi bitirib 101-nömrəli Binə peşə məktəbində sürücülük oxuyub, 1989-cu ildə bitirib. İlk hərbi xidmətə 1989-cu ildə Əzizbəyov rayon Hərbi Komisarlığı tərəfindən Sovet ordusuna çağrılıb. Xidmətinin ilk 6 ayını Gürcüstan Respublikasında, qalan 1 il 6 ayını Azərbaycan Respublikasının Gəncə şəhərində başa vurub. Hərbi xidməti 1991-ci il may ayında bitirib 1992-ci ilin Sentyabr ayından Daxili Qoşunlara Hərbi qulluqçu kimi daxil olub. 1992-ci ilin Noyabr ayından N-nömrəli Hərbi hissə Kapitanı Nağıyevin batalyonunda Ağdərə, Ağdam, Qaradağlı və Xındırıstan uğrunda gedən döyüşlərdə iştirak edib. 21 mart 1993-cü ildə Qalayçılar yaşayış məntəqəsi uğrunda gedən döyüşlərdə yaralanmış, Ağdam rayon Qaradağlı hərbi səhra hospitalına göndərilmişdir. 24 mart 1993-cü ildə həmin hospitalda Şəhidlik zirvəsinə ucalmışdır.
HESA Şahid-136
Səssiz şahid (roman)
Səssiz şahid — britaniyalı yazıçı Aqata Kristi tərəfindən ilk dəfə 5 iyul 1937-ci ildə Böyük Britaniyada Collins Crime Club və ABŞ-da Dodd, Mead və Company tərəfindən daha sonra Puaro adı ilə nəşr edilmiş detektiv fantastika romanıdır. == Haqqında == Emili Arundell adlı varlı, Berkşirdəki evində yıxıldıqdan sonra qətlə cəhdin qurbanı olduğu inancı ilə Herkul Puaroya məktub yazır . Bununla belə, ailəsi və ailəsi onun tülkü teriyeri Bob tərəfindən qoyub getdiyi topu aşdıqdan sonra təsadüfən yıxıldığını düşünür. Puaro məktubu alanda onun artıq öldüyünü öyrənir; onun həkimi Dr. Grainger onun ölümünün xroniki qaraciyərdən olduğunu bildirir problemlər. Əvvəlki payızdan sağalarkən, etdiyi yeni vəsiyyət onun böyük sərvətini və evini yoldaşı Miss Minnie Lawsona vəsiyyət edir. Emilinin kiminsə onu öldürmək istədiyinə dair inancını araşdırmaq istəyən Puaro, dostu Artur Hastinqsin müşayiəti ilə qeyd edir ki, onun əvvəlki vəsiyyətinə əsasən, qardaşı oğlu Çarlz Arundell, qardaşı qızları Tereza Arundell və Bella Taniosla birlikdə miras alacaqdı. Hər üçü iradəyə qarşı çıxmaq istəyir, lakin bu hərəkəti davam etdirmir. Evi almaq bəhanəsi ilə ziyarət edən Puaro, pilləkənlərin yuxarı hissəsində lak ilə örtülmüş bir mismar tapır və ona ipin bağlandığını düşünür. Emilinin son sözləri ilə o, Bobun bütün gecəni çöldə keçirdiyini və buna görə də onun tıxac nəticəsində pilləkənlərdən yıxıldığını və Emily-nin həqiqətən də öldürülmə ehtimalının olduğunu başa düşür.
Şahid (film, 1969)
Şahid (mac. A tanú) – 1969-cu ildə Macarıstanın satira filmi olub, rejissoru Péter Bacsoʼdur. Film 1950-ci il və və 1956 -cı il üsyanının müzakirəsinin qadağan edildiyi bir vaxtda gərgin siyasi mühitdə çəkilib. Filmin kommunist hökuməti tərəfindən çəkilməsinə və maliyyələşdirilməsinə icazə verilsə də, sonradan göstərilməsinə qadağa qoyuldu. Xarici ölkələrdə bu lentlərin izlənməsi nəticəsində kommunist hakimiyyət orqanları bu filmin Macarıstandakı nümayişinə icazə verdilər. 1981-ci ildə Kann Film Festivalında nümayiş etdirildi. Sonradan davamı 1994-cü ildə "Megint Tanu" (" yenidən Şahid ") adı altında çəkildi . == Süjet == Filmdə Jozef Pelikan əvvəllər Macarıstanda İkinci Dünya müharibəsi dövründə kommunist hərəkatına qatılan və indi bir dambada işləyən tək bir atadır. O, yeraltı kommunist hərəkatından köhnə bir dostu Zoltan Daniyellə görüşür, indi o, Dunayda balıq tutan bir hökumət rəsmisidir. Daniyel çaya düşür və Pelikan onu xilas edir və onu evinə dəvət edir.
Şahid Xaqan Abbasi
Şahid Xaqan Abbasi (urdu شاہد خاقان عباسی; d. 27 dekabr 1958-ci il) 2017-ci ilin avqust ayından etibarən Pakistan İslam Respublikasının Baş naziri, pakistanlı siyasətçi. Pakistan Müsəlman Liqasının üzvü, 2008-ci ildən etibarən Pakistan Milli Assambleyasının üzvüdür. Abbasi öz siyasi karyerasına 1988-ci ildə başlamış və ard-arda altı dəfə Milli Assambleyaya üzv seçilmişdir. Pakistan Müsəlman Liqası 1997-ci ildə baş tutmuş seçkilərdə qalib gəldikdən sonra Pakistan Beynəlxalq Hava Yollarının sədri vəzifəsinə təyin olunmuş və 1999-cu ildə dövlət çevrilişi baş verənə qədər bu vəzifəni icra etmişdir. 2008-ci ildəki seçkilərdən sonra koalisiya hökumətinin tərkibində Kommersiya naziri vəzifəsinə təyin olunmuşdur. 2013-cü ildəki seçkilər nəticəsində isə Neft və Təbii Resurslar naziri təyin olunmuş və 2017-ci ilin iyul ayında Nəvaz Şərif istefaya göndərilənə qədər bu vəzifəni icra etmişdir. 1 avqust 2017-ci il tarixində istefaya göndərilmiş Nəvaz Şərifin əvəzinə Baş nazir təyin olunmuşdur. == İlk illəri və təhsili == 1958-ci ildə Pakistanın Sind əyalətində yerləşən Kəraçi şəhərində Xaqan Abbasinin ailəsində anadan olmuşdur. Orta təhsilini Lourens Kollecində almışdır.1978-ci ildə ABŞ-nin Los-Anceles Kaliforniya Universitetində elektrik mühəndisliyi ixtisası üzrə bakalavr təhsili almışdır.
Sonuncu şahid (film, 2004)
== Məzmun == "Sonuncu Şahid" Selcan (Məsmə Aslanqızı) adlı qızdır. O, qətl hadisəsinin şahidi olur. Qətli törədən Samir (Vüqar Əbdülov) digər şahidləri müxtəlif yollarla susdurmağa nail olur. Təkcə Selcandan başqa. Selcan hədə-qorxulara rəğmən öz vicdanının əksinə gedə bilmir və son məqamda məhkəmədə ifadə vermək qərarına gəlir. Çünki bütün günahlar həmin gecə Selcanı canilərin əlindən xilas edən Azər Səmədzadənin (Samir Qulamov) üstünə atılmışdı. Selcanın ifadəsindən sonra Azər azadlığa buraxılır, lakin, hadisələr daha da qabarıq hala gəlir. Samir öz dəstəsi ilə bir-bir şahidləri aradan götürməyə başlayır. Əlbəttə Selcan da təhlükə altında qalır. Hətta Samirin dəstəsi işi aparan hakim Sədi Həsənzadənin (Əliabbas Qədirov) nəvəsi Fərruxu (Murtuz Ələsgərov) da qaçırır ki, məhkəmədə işi Samirin xeyrinə həll etsin.
Şahid qız (film, 1990)
== Məzmun == Film anti-demokratik və qeyri-hüquqi dövlətdə baş verən sosial-siyasi hadisələr barədə söhbət açır.
Allah şahiddir (film, 1992)
Allah şahiddir (Rom: Khuda Gawah; film, həmçinin də Allah mənim şahidimdir adı altında da tərcümə edilmişdir) — Mukul S. Anand tərəfindən ssenarisi yazılmış və rejissorluğu edilmiş 1992-ci ildə çəkilmiş Hind epik dram filmidir. Əsas rollarda Amitabh Bachchan, Nagarjuna, Sridevi, Shilpa Shirodkar, Denni Denzonqpa, Kiran Kumar çəkilmişdirlər. Filmin musiqisini Laxmikant-Pyarelal bəstələnmişdir. Film Şridevi və Baççanın üçüncü müştərək filmi olmuşdur. Filmdə Badşah Xan Bənazirin atasının qatilini tapmaq üçün Əfqanıstandan Hindistana gedir ki, onu heyran etsin və onunla ailə həyatı qursun. O, bu işdə müvəffəqiyyət qazanır, lakin tezliklə özünü bir cinayətdə ittiham olunmuş və Hindistan həbsxanasında tələyə düşmüş vəziyyətdə görür. == Süjet xətti == Ekran əsəri bir sevgi və şərəf dastanıdır. Kabil şəhərinin qorxmaz Bədşah xanı ilə klan başçılarından birinin qızı Bənazir arasında olan ülvi məhəbbətdən bəhs edir. Bədşahın evlilik təklifinə Bənazir müsbət cavab verir, ancaq bu izdivacın baş tutması üçün bir şərt irəli sürür: əri olmaq istəyirsə mütləq atasının qatili Həbibullanı axtarıb tapıb, onun başını Bənazirə gətirməlidir. Həbibullanın axtarışına çıxan Bədşah yolda qohumları Paşa və Ranbir Sinqhə rast gəlir.
Keçmişin Şahidləri (1956)
== Məzmun == Filmdə Azərbaycanın qədim tarixi abidələrindən danışılır.
Keçmişin şahidləri (film, 1956)
== Məzmun == Filmdə Azərbaycanın qədim tarixi abidələrindən danışılır.
Yahova şahidləri
Yehova şahidləri (ing. Jehovah's Witnesses; 1931-ci ilə qədər Müqəddəs Kitab tədqiqatçıları) — beynəlxalq dini təşkilat. Yehova şahidləri 1931-ci ilə, müasir adı qəbul olunana qədər bu "Müqəddəs Kitab tədqiqatçıları" adlanırdı. Təşkilatın özünün hesablamalarına görə, 2020-ci ildə bu dini təşkilatın üzvlərinin maksimal sayı 8695808 nəfərə çatmışdır. == Adı == Yehova şahidləri — adı 1931-ci ildə əksər "Müqəddəs Kitab tədqiqatçıları" tərəfindən qəbul olunub. Onlar bu adı Müqəddəs Kitabdan, Yeşaya peyǧəmbərin kitabından götürüblər. Müqəddəs Kitabdan olan bu cümlə aşaǧıda gətirilir: Rəbb "Yehova" bəyan edir: "Sizsiniz Mənim şahidlərim, seçdiyim qullarım, elə ki Məni tanıyıb, Mənə arxalanasınız, Mənim O olduǧumu anlayasınız. Məndən əvvəl tanrı mövcud olmayıb, Məndən sonra da olmayacaq. Mənəm Rəbb, yalnız Mənəm, Məndən başqa qurtarıcı yoxdur. Mən dedim və Mən qurtardım, Mən bəyan etdim, aranızda başqa tanrılar yox idi.
Yehovanın Şahidləri
Yehova şahidləri (ing. Jehovah's Witnesses; 1931-ci ilə qədər Müqəddəs Kitab tədqiqatçıları) — beynəlxalq dini təşkilat. Yehova şahidləri 1931-ci ilə, müasir adı qəbul olunana qədər bu "Müqəddəs Kitab tədqiqatçıları" adlanırdı. Təşkilatın özünün hesablamalarına görə, 2020-ci ildə bu dini təşkilatın üzvlərinin maksimal sayı 8695808 nəfərə çatmışdır. == Adı == Yehova şahidləri — adı 1931-ci ildə əksər "Müqəddəs Kitab tədqiqatçıları" tərəfindən qəbul olunub. Onlar bu adı Müqəddəs Kitabdan, Yeşaya peyǧəmbərin kitabından götürüblər. Müqəddəs Kitabdan olan bu cümlə aşaǧıda gətirilir: Rəbb "Yehova" bəyan edir: "Sizsiniz Mənim şahidlərim, seçdiyim qullarım, elə ki Məni tanıyıb, Mənə arxalanasınız, Mənim O olduǧumu anlayasınız. Məndən əvvəl tanrı mövcud olmayıb, Məndən sonra da olmayacaq. Mənəm Rəbb, yalnız Mənəm, Məndən başqa qurtarıcı yoxdur. Mən dedim və Mən qurtardım, Mən bəyan etdim, aranızda başqa tanrılar yox idi.
Yəhova şahidləri
Yehova şahidləri (ing. Jehovah's Witnesses; 1931-ci ilə qədər Müqəddəs Kitab tədqiqatçıları) — beynəlxalq dini təşkilat. Yehova şahidləri 1931-ci ilə, müasir adı qəbul olunana qədər bu "Müqəddəs Kitab tədqiqatçıları" adlanırdı. Təşkilatın özünün hesablamalarına görə, 2020-ci ildə bu dini təşkilatın üzvlərinin maksimal sayı 8695808 nəfərə çatmışdır. == Adı == Yehova şahidləri — adı 1931-ci ildə əksər "Müqəddəs Kitab tədqiqatçıları" tərəfindən qəbul olunub. Onlar bu adı Müqəddəs Kitabdan, Yeşaya peyǧəmbərin kitabından götürüblər. Müqəddəs Kitabdan olan bu cümlə aşaǧıda gətirilir: Rəbb "Yehova" bəyan edir: "Sizsiniz Mənim şahidlərim, seçdiyim qullarım, elə ki Məni tanıyıb, Mənə arxalanasınız, Mənim O olduǧumu anlayasınız. Məndən əvvəl tanrı mövcud olmayıb, Məndən sonra da olmayacaq. Mənəm Rəbb, yalnız Mənəm, Məndən başqa qurtarıcı yoxdur. Mən dedim və Mən qurtardım, Mən bəyan etdim, aranızda başqa tanrılar yox idi.
Şahiddin Əliyev
Şaitdin Sərdar oğlu Əliyev (18 sentyabr 1947) — Azərbaycan dövlət və siyasi xadimi; Azərbaycan Milli Məclisinin I və II çağırış üzvü. == Həyatı == Şaitdin Əliyev 1947-ci il sentyabrın 18-də anadan olub. Azərbaycan Politexnik İnstitutunda hidromeliorasiya üzrə ali, S. Kirov adına Azərbaycan Dövlət Universitetində isə hüquq üzrə ali təhsil alıb. Rus dilini bilir. Əvvəl bitərəf olub, 2000-ci ildən isə Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Şaitdin Əliyev ailəlidir, beş övladı var. == Fəaliyyəti == 1995-ci il noyabrın 26-da baş tutan Parlament seçimlərində 18 nömrəli Əzizbəyov dairəsindən bitərəf namizəd olan Şaitdin Əliyev, I çağırış Milli Məclisin deputatı seçildi. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Şaitdin Əliyev, Milli Məclisin Sosial siyasət Daimi Komissiyasının sədr müavini, Azərbaycan—Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isi rəhbəri oldu.Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan Parlament seçimlərində 18 saylı Əzizbəyov dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Şaitdin Əliyev, II çağırış Milli Məclisin deputatı seçildi. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Şaitdin Əliyev, Milli Məclisin Regional məsələləri Daimi Komissiyasının sədr müavini, Azərbaycan—Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Azərbaycan—Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə rəhbəri oldu.Şaitdin Əliyev Mərkəzi Seçki Komissiyasının 2010-cu il iyunun 8-dən üzvü, iyunun 10-dan isə sədr müavinidir.Şaitdin Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2007-ci ildə "Şöhrət" ordeni, 2017-ci ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Şahidiyə
Şahidiyə--İranın Yəzd ostanının Yəzd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14,374 nəfər və 3,773 ailədən ibarət idi.
Şahidli (Miyanə)
Şahidli (fars. شهيدلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 9 nəfər yaşayır (5 ailə).
Əhməd Şahidov
Əhməd Şair oğlu Şahidov — azərbaycanlı hüquq müdafiəçisi, Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin Arxivləşdirilib 2021-05-06 at the Wayback Machine koordinatoru. == Həyatı == Əhməd Şahidov 1982-ci ildə Qax rayonunda anadan olub. 1999-cu ildə humanitar təmayüllü liseyi bitirib və həmin il Bakı Slavyan Universitetinin pedaqoji fakültəsinə daxil olub. 2003-cü ildə BSU-nun magistratura pilləsində təhsilini davam etdirib. 2005-ci ildə magistraturanı qırmızı diplomla bitirib, aspirant kimi elmi fəaliyyətə başlayıb. 2005-2008-ci illərdə Bakı Slavyan Universitetinin pedaqoji fakültəsinin Müasir rus dili kafedrasında aspirant kimi elmi tədqiqatlar aparıb. Üzərində çalışdığı dissertasiya işi "Rus və Azərbaycan dillərində hecanın fonetik quruluşu və sözün sillabik quruluşu (ikihecalı sözlərin materialları əsasında)" adlanır. Mövzuyla bağlı yerli və xarici elmi jurnallarda xeyli məqalələri dərc olunub. 23 iyun 2009-cu il tarixdə Bakı Slavyan Universitetinin D.02.071 Dissertasiya Şurasının iclasında namizədlik dissertasiyanın rəsmi müdafiəsi keçirilib. Yekdilliklə ona 10.02.03 – Slavyan dilləri (Rus dili) və 10.02.01 – Azərbaycan dili ixtisasları üzrə filologiya elmləri namizədi elmi dərəcəsinin verilməsi qərara alınıb.
Yehova şahidləri
Yehova şahidləri (ing. Jehovah's Witnesses; 1931-ci ilə qədər Müqəddəs Kitab tədqiqatçıları) — beynəlxalq dini təşkilat. Yehova şahidləri 1931-ci ilə, müasir adı qəbul olunana qədər bu "Müqəddəs Kitab tədqiqatçıları" adlanırdı. Təşkilatın özünün hesablamalarına görə, 2020-ci ildə bu dini təşkilatın üzvlərinin maksimal sayı 8695808 nəfərə çatmışdır. == Adı == Yehova şahidləri — adı 1931-ci ildə əksər "Müqəddəs Kitab tədqiqatçıları" tərəfindən qəbul olunub. Onlar bu adı Müqəddəs Kitabdan, Yeşaya peyǧəmbərin kitabından götürüblər. Müqəddəs Kitabdan olan bu cümlə aşaǧıda gətirilir: Rəbb "Yehova" bəyan edir: "Sizsiniz Mənim şahidlərim, seçdiyim qullarım, elə ki Məni tanıyıb, Mənə arxalanasınız, Mənim O olduǧumu anlayasınız. Məndən əvvəl tanrı mövcud olmayıb, Məndən sonra da olmayacaq. Mənəm Rəbb, yalnız Mənəm, Məndən başqa qurtarıcı yoxdur. Mən dedim və Mən qurtardım, Mən bəyan etdim, aranızda başqa tanrılar yox idi.
Şahin Abbasov (şəhid)
Abbasov Şahin Şahbaz oğlu — Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sıravi Şahin Abbasov 1973-cü il fevral ayının 28-də Sumqayıt şəhərində dünyaya göz açıb. 1980-1988-ci illərdə doğma şəhərdəki 15 saylı orta məktəbdə səkkizillik təhsil alıb. Sənətə böyük maraq göstərən Şahin, sonra 41 saylı texniki peşə məktəbində təhsilini davam etdirib.Gəncə şəhərində yerləşən polis alayında (17072 saylı hərbi hissə) hərbi xidmətə başladı19 iyul 1992-ci ildə Ağdərənin Həsənriz məntəqəsi istiqamətində gedən döyüş zamanı şəhid olmuşdur.
Şahin Məmmədov (şəhid)
Şahin Məmmədov (Qarabağ şəhidi) — Qarabağ şəhidi. Şahin Məmmədov (20 Yanvar şəhidi) — 20 Yanvar şəhidi. Şahin Məmmədov (siyasətçi) — Masallı rayonunun icra başçısı. Şahin Məmmədov (kapitan) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Komandanı (2014-2016). Şahin Məmmədov (general-leytenant) — Azərbaycan hərbi xadimi, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant.
Şahin Qasımov (şəhid)
Şahin Yaquboğlu Qasımov (d. 23 mart 1973, Cəbrayıl, Azərbaycan SSR, SSRİ - ö. 15 avqust 1992, Cəbrayıl, Azərbaycan) - Qarabağ müharibəsi şəhidi == Həyatı == Şahin Yaquboğlu Qasımov 1973-cü il martın 23-də Cəbrayıl rayonunun Karxulu kəndində anadan olub. O, ailənin son beşiyi idi. Uşaqlıqdan sakit təbiətli idi. 1980-cı ildə Karxulu kənd orta məktəbinin 1-ci sinfinə getmişdir. 1990-cı ildə həmin məktəbi bitirmiş və ordu sıralarına çağrılmışdır. Hərbi xidmətini Rusiyada keçmişdir. 1990-cı ildə ordu sıralarından tərxis olunaraq, Cəbrayıl rayonuna gəlmişdir. O, Vətəninin dar günündə könüllü olaraq, Cəbrayıl rayonunun özünümüdafiə dəstələrinin sıralarına qoşulur.
Vahid Məmmədov (şəhid)
Vahid Məmmədov (12 aprel 1973, Dağ Tumas, Cəbrayıl rayonu – 13 avqust 1992, Xocavənd rayonu) — şəhid. == Həyatı == Məmmədov Vahid Əmrah oğlu 12 aprel 1973-cü ildə Cəbrayıl rayonunun Dağ Tumas kəndində anadan olmuşdur. Dağ Tumas kəndi Cəbrayılın axarlı-baxarlı ulu yurd yerlərindəndir. Tumas atadan baxanda üzü Araza tərəf uzanan Gəyənin sinəsində üzümlüklər, taxıl zəmiləri, otlaq yerləri bir xalının əlvan naxışlarına bənzəyir. Bəlkə də torpaqlarımızın üstə qəfildən başlayan “erməni tufanı” olmasaydı, həmyerliləri kimi Vahiddə Dağ tumas camaatı ilə birlikdə taleyini torpağa bağlayacaq idi. Elə bu niyyətlə də 1988-ci ildə kənd məktəbinin səkkizinci sinfini bitirən kimi Sarıçallı kəndindəki 131 №-li texniki-peşə məktəbinə üz tutdu.Məqsədi mexanizator olub torpaqla ömürlük ülvət bağlamaq idi. 1990-cı ildə təhsilini tamamlayan kimi Sovet Ordusu sıralarına çağırdılar.Həmən illərdə yurdumuzda 20 Yanvar qırğını törədən bu orduya hələ çağırışlar davam etməkdə idi.Çoxları ümid edirdi ki, 1941-1945-ci illərdə faşizmi diz çökdürən bu ordunun ağlı başına gələcək.Nankor erməni quzğunlarına ibrət dərsi verməklə yurddaşlarımızı soyqrımdan, didərginlik müsibətindən qurtaracaq bu “xilaskar ordu". Möcüzə baş verməli və qanlı keçmişi ilə günbəgün gözdən düşən bu ordu Qarabağda, onun hüdudlarında ermənilərə canbir-dilbir oldu. Bütün bunları qürbətdə-Ukraynanın Rostov şəhərində əsgər yoldaşları ilə birgə izləyən Vahid Məmmədov “Orda doğma ellərimizdə erməni quduzlarının axıtdığı, yurdumuzu taladığı bir vaxtda burda qala bilmərəm”-deyib doğma respublikamıza qayıtdı. Onun atası Əmrah kişi də Böyük Vətən Müharibəsi zamanı SSRİ adlı Vətənin müdafiəsində iştirak etmiş, müharibə veteranı idi.
Cahid
Cahid — Azərbaycanlı kişi adı. Cahid Hilaloğlu — rejissor. Sovet dövründə milli hərəkatçı, dissident. Cahid Sidqi Tarançı — Türkiyə şairi. Cahid Həsənov — Azərbaycanın tanınmış memarı.
Vahid
Vahid — Azərbaycan kişi adı və təxəllüs. Əsasən Vahid say sistemində 1 rəqəminə deyilir. Vahid Əhmədov — Azərbaycanın ictimai-siyasi xadimi Vahid Mustafayev — Azərbaycan rejissoru Vahid ƏliyevVahid Əliyev (aktyor) — Azərbaycanlı aktyor, Azərbaycan Respublikasının Əməkdar Artisti Vahid Əliyev (general) — Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, general-leytenantBu təxəllüsü olan tanınmışlarƏliağa Vahid — azərbaycanlı şair, qəzəlxan.
Şahin
Şahin (lat. Falco pelegrinoides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Şəhid
Şəhid — yüksək amal, məslək, əqidə, yurd, vətən, din və ya inanc uğrunda ölən, canını fəda edən şəxs. Şəhid olma hadisəsinə "şəhadət" deyilir. == İslam dinində şəhidlər == İslamda şəhidlərlə bağlı aşağıdakı müddəalar yer alır: "Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü" deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz." (Bəqərə surəsi, 154-cü ayə). "Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur." (Ali-İmran surəsi, 169-cu ayə).Məhəmməd peyğəmbər şəhidlər haqda: "Şəhid cənnətdədir, Allah qatında xeyirli bir mərtəbədə ikən, heç bir qul bir daha dünyaya qayıtmaq istəməz. Ancaq şəhidlər bundan müstəsnadır. Çünki şəhidlər şəhid olmanın necə üstün mərtəbə olduğunu bildikləri üçün yenidən şəhid olmaq üçün can atarlar".
Şahi
Şahi—Azərbaycan Səfəvilər dövlətinin gümüş sikkəsi. == Tarixi == Səfəvilər dövlətinin yaranması Azərbaycanın qədim torpaqlarının bir bayraq altında birləşməsi demək idi. Bu gün numizmatika elminə məlum olan ilk Səfəvi sikkəsi I İsmayılın adından 1501-ci ildə zərb edilmişdi. 1510-cu ildə Şah İsmayılın özbək Seybani xanın üzərindəki qələbəsindən sonra, Xorasan da Səfəvilər sərhədlərinə qatılmış və burada da 12 İmamın və İsmayılın adından sikkələr zərb edilmişdi. Onun adından zərb olunan sikkələrin cəmi 5 ədədi təyin edilmişdi. Bunlar Astaradan və Çaykənddən aşkar edilmiş dəfinədən təyin edilmiş orta çəkiləri 1:2:4:8:16 nisbətində, yəni kvadrat nisbətində olaraq 18,71:9,37,4,68:2,34:1,02 qr. olmuşdu. Bu sikkələr şahı adlanır və 2 misqal çəkidə yəni 9,36 qr, və ya 48 noxud çəkisində olurdu. Dəyişildikdə 50 ədəd 2 misqala bərabər mis fulusa dəyişdirilirdi. Bundan başqa, 1 misqal çəkili 4,68 qramda yarımşahı – (24 noxud), dörddə bir – şahı – 2,34 qr, səkkizdə bir – şahı – 1,77 qr.
Sahib Əhmədov (şəhid)
Əhmədov Sahib Nəriman oğlu (8 dekabr 1953, Laçın – 18 avqust 1993, Səfiyan, Laçın rayonu) — Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Sahib Əhmədov 8 dekabr 1953-cü ildə Laçın şəhərində anadan olub. 1970-ci ildə Laçın şəhər 1№-li orta məktəbini bitirib. 1972-ci ilin noyabr ayında Sovet Ordusunda xidmətə çağırılmış, 1974-cü ildə hərbi xidmətini başa vurmuşdur. Uzun müddət Laçın Rayon İstehlak Cəmiyyətində işləyib. === Ailəsi === Ailəli idi, iki övladi yadigar qalıb. == Hərbi xidməti == 1990-ci ildə könüllülərdən ibarət Laçın batalyonuna daxil olub, erməni təcavüzkarlarına qarşı döyüşlərdə iştirak edib. 1992-ci ilin may ayında rayonun işğalından sonra Sahib polis batalyonunun tərkibində Laçın rayonunun cənub-şərq kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1992-ci ilin noyabrına qədər 811 saylı hərbi hissənin tərkibində taqım komandiri olaraq döyüşmüşdür. O Ermənistanla sərhəddin ən qaynar postlarında, xüsusən 31-ci postda xidmət göstərmişdir.
Sahil Məmmədov (şəhid)
Sahil Sabir oğlu Məmmədov (1997, Soğanverdilər, Bərdə rayonu – 5 oktyabr 2016, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Sahil Məmmədov 1997-ci ildə Bərdə rayonunun Soğanverdilər kəndində anadan olub. == Hərbi xidməti == Əsgər Sahil Məmmədov 2016-cı ilin, oktyabrın 5-də axşam saatlarında Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Oktyabrın 7-si isə Sahil Məmmədov doğulduğu Bərdə rayonunun Soğanverdilər kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Məmmədov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Sahil Məmmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Abdurrahman Vahid
Abdurrahman Vahid (ing. Abdurrahman Wahid; 7 sentyabr 1940 – 30 dekabr 2009[…]) — İndoneziyanın 4-cü prezidenti.
Astronomik Vahid
Astronomik vahid (AU və ya UA) — uzunluq ölçüsü. Yer kürəsi ilə Günəş mərkəzi arasındakı orta məsafə vahid olaraq seçilərsə, bu uzaqlığa astronomik vahidi (AV) deyilir. 1 Astronomik Vahidi (AV) = 149 597 870 km İşıq ili (İİ) = 63240 AV = 9.5x10 ^ 15 m Parsek (PC) = 206265 AV = 3.1x10 ^ 16 m = 3.26 İİ Astronomiyada digər qəbul olunan uzunluq ölçüləri Parsek və İşıq ili ilə bərabər Astronomik vahidindən də istifadə olunur.
Azad Zahid
== Bəstəkar. Musiqi tərtibatçısı. Aktyor == == Həyatı == 1957-ci il iyulun 27-də anadan olub. Azərbaycan, Frans – International, Moskva və Dağıstan radiolarında Azərbaycan musiqisinə həsr olunmuş 1000-ə yaxın radio verilişlərin müəllifi (1993-2023). == ƏSƏRLƏRİ == Piano üçün Prelüdlər (1990); Piano üçün Variasiyalar (1992); Violonçel və piano üçün Sonata (1994); Piano və simli alətlər üçün Kvintet (1995); Xalq çalğı alətləri orkestri üçün 7 Pyes (1997); Kamera orkestri üçün Miniatürlər (1998); Simli orkestr və piano üçün «Matəm musiqisi» (2000). B.Vahabzadə, R.Rza, R.Heydər və b. şairlərin söz. mahnı və romanslar (1990–2001).
Bahar Şahin
Bahar Şahin (4 may 1997, Ankara) - Türk aktrisa == Həyatı və Karyerası == Bahar Şahin 1997-ci ildə Ankara-da anadan olub. Ailəsi əslən Artvinlidir. 12 yaşında ailəsi ilə birlikdə İstanbul-a köçdü və burada təhsil və təlim həyatına davam etdi. Məktəb illərində teatr dərslərinə qatıldı. Şahin 2015-ci ildə O Hayat Benim serialı ilə televiziyaya başladı. Daha sonra Yol Arkadaşım, Yol Arkadaşım 2, İyi Oyun kimi filmlərdə rol aldı və "Lise Devriyesi", "Servet" kimi seriallarda rol aldı. 2019–2020-ci illər arasında Ən yaxşı aktrisa nominasiyasında Qızıl Kelebek Mükafat-ına namizəd göstərildiyi "Zalim İstanbul" serialında "Ceren" obrazını canlandıraraq gündəmə gəldi. == Filmoqrafiya == Film Televiziya == Mükafatlar == Ümid vəd edən aktrisa- 2.
Sahib
== Sahib İbrahimov == Müğənni Sahib Yusif oğlu İbrahimov Sahib Yusif oğlu İbrahimov (Sahib Qazaxlı) 1970-ci ildə Qazaxın Daş Salahlı kəndində, müəllim ailəsində doğulub. 1977-1987-ci illərdə indi Şahin Cəbiyevin adını daşıyan 2 saylı Daş Salahlı kənd Orta Məktəbində təhsil alıb. Eyni zamanda, 1980-1985-ci illərdə Qazax Yeddi illik Musiqi Məktəbinin tar fakültəsində ilk musiqi təhsilini alıb. 12 yaşından Qazax rayon Pionerlər Evində ilk çıxışları başlayıb, tədbir, müsabiqə və festivallarda iştirak edib. 1988-1990-ci illərdə hərbi xidmətə olub. 1991-ci ildə Asəf Zeynallı adına musiqi kollecinə, Hacıbaba Hüseynovun sinfinə qəbul olunub. Kollecdə Canəli Əkbərovun ilk tələbələrindən olan Sahib İbrahimov 2-ci kursda oxuyarkən, 1992-ci ilin sonlarında Azərbaycan Milli Ordu sıralarına qoşularaq müharibədə iştirak edib. 1996-cı ildə ordu sıralarından tərxis olunduqdan sonra Asəf Zeynallı adına kollecdə təhsilini davam etdirib. 1996-cı ildən Rəşid Behbudov adına Mahnı Teatrının solisti işləyib. 1997-ci ildə Azərbaycan Dövlət Muğam Teatrına dəvət alıb və orada çalışıb.
Sahil
Sahil (rus. берег, ing. coast) ― su hövzəsinin (okean, dəniz, çay, göl) quru ilə kəsişmə xətti. Quru ilə dənizin adətən sahil xətti adlanan sərhəddi əslində geniş zolaqdan ibarətdir. Burda Yerin keyfiyyətcə fərqli iki əsas səthi- okean səthi və materik səth bilavasitə təmasdadır. Bu qarşılıqlı əlaqədə atmosferdə iştirak edir. Sahillərin formalaşmasında materikin (adanın) geloji, relyefi, dənizin ləpədöymə işi, habelə qurunun yüksəkliyinın və dəniz səviyyəsinin tərəddüdü böyük rol oynayır. Sahilllərin formalaşmasında okean axınları, dənızə tökülən çaylar, sahilboyu bitkilər və fauna, sahil buzları da iştirak edir. Su hövzələrində Sahil formalaşdıran əsas amil dalğa və ləpədöyənlə, axar su­larda isə əsasən yataq axınları ilə əlaqədardır. Sahil təsnifatı morfoq­rafik, struktur, dinamik, genetik və b.
Cavid Bayramov (şəhid)
Bayramov Cavid Azər oğlu (29 iyun 1997, Bakı – 8 oktyabr 2020, Füzuli) – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cavid Bayramov 29 iyun 1997-ci ildə Bakı şəhərində anadan olmuşdu. == Təhsili == Cavid orta təhsilini Bakı şəhəri Nərimanov rayonu E.Əliyev adına 93 nömrəli tam orta məktəbində almış və ali təhsilini 2018-ci ildə Azərbaycan Texniki Universitetinin “Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi” ixtisası üzrə bitirmişdi. == Hərbi xidməti == Cavid Vətənini qorumaq üçün 27 sentyabr 2020-ci ildə könüllü olaraq cəbhəyə yollanmış, 8 oktyabr 2020-ci il tarixində Füzuli rayonunda qəhrəmancasına ən uca Zirvə - Şəhidlik zirvəsinə ucalmışdır. Binəqədi qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban kompleksində dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra şəhid gizir Cavid Bayramov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Cavid Süleymanov (şəhid)
Cavid Feyruz oğlu Süleymanov (21 iyun 1973, Şamaxı rayonu – 6 mart 1993, Çardaqlı) — şəhid. == Həyatı == Cavid Süleymanov 21.06.1973 tarixində Şamaxı rayonu Osmanbeyli kəndində anadan olub. 1991 ci ildə sovet ordusuna hərbi xidmətə gedib. 1992 ci ildə vətənə geri qaydıb və könüllü olaraq Qarabağ döyüşlərində Mingəçevir botaliyonunda döyüşlərə qatılıb. 1993 cü il mart ayın 6-da Ağdərə rayonun Çardaxlı kəndi uğrunda gedən döyüşdə Şəhid olub. == TƏHSİL == 1980–1990 illər arası Osmanbəyli orta məktəbi bitirib.
Cavid Əliyev (şəhid)
Cavid Samir oğlu Əliyev (11 avqust 2001, Gəncə – 3 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cavid Əliyev Samir oğlu 11 avqust 2001-ci tarixində Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur. 2008-ci ildə 8 saylı tam orta məktəbdə təhsil almağa başlamışdır. Daha sonra məktəbi dəyişərək 23 nömrəli tam orta məktəbə keçmişdir. Cavid Əliyev hələ 11 yaşlarından güləş idman növü ilə məşqul olmağa başlamış və idman həyatında bir neçə uğura imza atmışdır. 2019-cü ildə 23 nömrəli tam orta məktəbin məzunu olmuşdur. == Hərbi xidmət == 8 yanvar 2020 - ci ildə müddətli hərbi xidmətə yollanmışdır. 27 sentyabr 2020 - ci il tarixində başlayan İkinci Qarabağ müharibəsində iştrak etmişdir. Cavid Əliyev Tərtər (Suqovuşan kəndi), Xocavənd (Ağoğlan (Hadrut) qəsəbəsi), Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa rayonları uğrunda gedən döyüşlərdə böyük şücaət göstərmişdir. Füzuli istiqamətindəki döyüşlərdə, 19 yaşında olan qəhrəman, mühasirəyə alınaraq, düşmən tankını dəqiq bir zərbə ilə məhv edərək rotasını xilas etdi.
Mahir Hüseynov (şəhid)
Mahir Ağaxan oğlu Hüseynov (11 aprel 1968, Əmircan, Bakı, Azərbaycan SSR — 10 yanvar 1994, Horadiz, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, I Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Mahir Ağaxan oğlu Hüseynov 1968-ci il aprelin 11-də Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsində anadan olub. 1985-ci ildə 114 nömrəli orta məktəbi bitirib. 1986–1988-ci illərdə Rusiyanın Maqadan şəhərində hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonra rabitəçi peşəsinə yiyələnib. 1993-cü ilin yazında könüllü olaraq Qarabağ cəbhəsinə yollanıb.Helikopterdə bort-atıcı kimi döyüşüb. 1994-cü ilin yanvarın 10-da Horadiz ətrafında gedən döyüşlər zamanı şəhid olub.
Mahir Quliyev (şəhid)
Mahir Qədir oğlu Quliyev (21 dekabr 1993, Bakı – 2 aprel 2016, Tərtər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Əslən Şərur rayonunun Qorçulu kəndindən olan Mahir Quliyev 1993-cü ilin 21 dekabr günündə Bakı şəhərində anadan olub. Mahir Quliyev 2015-ci ildə Azərbaycan Texniki Universitetini bitirib. == Hərbi xidməti == Əsgər Mahir Quliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 9-u isə Mahir Quliyev Bakı şəhərində, III Fəxri Xiyabanda son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Quliyev uğrunda şəhid olduğu torpağa tapşırıldı. Mahir Quliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Şahı
Şahi—Azərbaycan Səfəvilər dövlətinin gümüş sikkəsi. == Tarixi == Səfəvilər dövlətinin yaranması Azərbaycanın qədim torpaqlarının bir bayraq altında birləşməsi demək idi. Bu gün numizmatika elminə məlum olan ilk Səfəvi sikkəsi I İsmayılın adından 1501-ci ildə zərb edilmişdi. 1510-cu ildə Şah İsmayılın özbək Seybani xanın üzərindəki qələbəsindən sonra, Xorasan da Səfəvilər sərhədlərinə qatılmış və burada da 12 İmamın və İsmayılın adından sikkələr zərb edilmişdi. Onun adından zərb olunan sikkələrin cəmi 5 ədədi təyin edilmişdi. Bunlar Astaradan və Çaykənddən aşkar edilmiş dəfinədən təyin edilmiş orta çəkiləri 1:2:4:8:16 nisbətində, yəni kvadrat nisbətində olaraq 18,71:9,37,4,68:2,34:1,02 qr. olmuşdu. Bu sikkələr şahı adlanır və 2 misqal çəkidə yəni 9,36 qr, və ya 48 noxud çəkisində olurdu. Dəyişildikdə 50 ədəd 2 misqala bərabər mis fulusa dəyişdirilirdi. Bundan başqa, 1 misqal çəkili 4,68 qramda yarımşahı – (24 noxud), dörddə bir – şahı – 2,34 qr, səkkizdə bir – şahı – 1,77 qr.
Tahir Əliyev (şəhid)
Tahir Çingiz oğlu Əliyev (11 fevral 2002; Xətai, Ağstafa rayonu, Azərbaycan – 5 avqust 2022; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. == Həyatı == Tahir Çingiz oğlu Əliyev 11 fevral 2002-ci ildə Ağstafa rayonunun Xətai kəndində anadan olmuşdur. == Hərbi xidməti == 2022-ci il avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyev və əsgər Tahir Çingiz oğlu Əliyev oğlunun üzərinə düşüb. Nəticədə əsgər Samir Xudiyev aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Əsgər Tahir Əliyev isə müxtəlif xəsarətlər alıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Tahir Əliyev 6 avqust 2022-ci ildə Ağstafa rayonunun Yenigün kəndidəki qəbiristanlığının Şəhidlər Xiyabanında dəfn olunub. Dəfn mərasimində şəhidin yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edib. Yaylım atəşindən sonra tabutun üzərindəki üçrəngli bayrağımız xatirə olaraq mərhumun ailəsinə təqdim edilib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Tahir Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.