DƏSMAL

сущ.
1. носовой платок
2. полотенце. Qab dəsmalı посудное полотенце, çay dəsmalı чайное полотенце
◊ dəsmal götürüb ağlamaq ирон. сочувственно плакать от жалости к кому-, чему-л.
DƏSİSƏ
DƏSMALASAN
OBASTAN VİKİ
Dəsmal
Dəsmal, məhrəba və ya xovlu — Əmici parça və ya kağızdır. Qurutma və ya silmək üçün istifadə olunur.Birbaşa əlaqə vasitəsi ilə, ümumiyyətlə bir suyunu çəkmək ya da sürtmə hərəkəti istifadə edərək nəmliyi çəkir. == Tarixçə == Məhrəbanın ixtirası Türkiyənin Bursa şəhəri ilə bağlı idi. Bu şəhər hələ də " türk məhrəbası" istehsalı üçün qeyd edilir.
Yaş dəsmal
Yaş dəsmal — və ya "Yaş salfet" — kiçik bir tikə nəmləndirilmiş salfet və ya parça. Ümumiyyətlə qatlanmış və fərdi rahatlığı təmin etmək üçün örtülü olur. Yaş dəsmal şəxsi gigiyena və ya ev təmizlənməsi kimi, təmizləmə məqsədləri üçün istifadə olunur.
Dəsmal Muzeyi
Dəsmal Muzeyi (タオル美術館, Taoru Bicutsukan) – Yaponiyanın Ehime prefekturasının İmabari şəhərində yerləşən və dəsmala həsr olunmuş muzey. == Tarixi == İmabari şəhəri dəsmal istehsalına görə Yaponiyanın aparıcı bölgələrindən biridir. Şəhərdə dəsmal istehsalı ilə məşğul olan 200-ə yaxın fabrik yerləşir. Muzey şəhərin dəsmal mədəniyyətini göstərmək məqsədilə 2000-ci ildə açılmışdır. == Xüsusiyyətlər == Dəsmal Muzeyi işləyən fabrik, qalereyalar, kafelər və dükanlardan ibarət bina kompleksində yerləşir. Muzeyin dükanında dəsmallar, dəsmal aksessuarları və regional suvenirlər satılır. Muzey üç bölgədən ibarətdir: əsas muzey bölgəsi, əyləncə bölgəsi və bağ bölgəsi. Beşmərtəbəli muzey binası Avropa üslubunda tikilmişdir. Muzeyin əsas sərgi zalında mürəkkəb dizaynlı dəsmallar və dəsmal istehsalını nümayiş etdirən maşınlar nümayiş etdirilir. Burada dəsmallardan ibarət kreativ və rəngli instalyasiyalar yerləşir.
Dəsmal aldı, qaç
Dəsmal aldı, qaç - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər mövsümlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Oyunun quruluşu == Bu oyun əsasən iki variantda oynayırlar. Birinci üsul. Uşaqlar dairəvi şəkildə yerə oturub, ortada dayanan başçıya baxırlar. Bir uşaq dairə boyunca qaçır və dəsmalını oyunçulardan birinin arxasında gizlincə yerə qoyur. Başçı uşaqlardan soruşur: - Dəsmal kimin arxasındadır? Uşaq dəsmalın öz arxasında qoyulduğunu bilməsə onu ortaya salır, bir-birinin üstünə itələyirlər. Döyülən uşaq başqa birisinin üstünə yıxıla bilsə onu azad eləyir, üstünə yıxıldığı oyunçunu onun yerinə ortaya çıxarıb təpiklə vururlar. Belə-belə uşaqlar hamısı ortaya çıxmalı olur. Özünü möhkəm müdafiə edib ortaya çıxmayan qalib gəlir..
Dəsmalı
Dəsmalı — Azərbaycanın milli rəqsi. Rəqs 1932-ci ildə Naxçıvanda Tarzən Nəsir Nəsirov tərəfindən yaradılan rəqs melodiyasıdır. Son dərəcə oynaq, şən, coşğun tempdə gedən rəqsdir. Rəqsi, əsasən qızlar ifa edirlər. Naxçıvanda onu hərdən bir oğlanlar da oynayırlar. "Dəsmalı" rəqsi vaxtilə respublikada, xüsusən Bakıda geniş yayılmışdır.

Значение слова в других словарях