eggen

vt malalamaq
Egge
Egoismus
OBASTAN VİKİ
Eggenberg Sarayı
Eggenberg Qalası və ya Eggenberg Sarayı (Schloss Eggenberg) — Avstriyanın Ştiriya federal torpaqlarının ən böyük aristokratik iqamətgahı. Qorunan əşyaları, geniş mənzərəli bağları, həmçinin sarayda və ətraf parkda yerləşən Joanneum Universal Muzeyinin bəzi xüsusi kolleksiyalarına görə Eggenberg Avstriyanın ən qiymətli mədəni sərvətləri sırasında yer alır. Eggenberg Qalası şəhərin qərb kənarında 381 m. yüksəklikdə yerləşir. 2010-cu ildə saray YUNESKO-nun Ümumdünya İrsinin siyahısına daxil edilmişdir. Nəhəng divarlarla əhatə olunmuş saray Ştiriyanın inzibati mərkəzi olan Qrasda yerləşir. Sarayın ərazisində yeni Arxeologiya Muzeyi var. İmperator II Ferdinandın sevimli və ən yaxın müşaviri olan şahzadə Eggenberg tərəfindən 1625-ci ildə malikanənin tikilməsi əmri verilmişdir. Binanın memarı şahzadənin astrologiyaya olan həvəsini nəzərə alaraq binanı İntibah harmoniyası ruhunda dizayn etmişdir. Saray və park kompleksinə şahzadənin əcdadları tərəfindən tikilmiş qotika kilsəsi də daxildir.