Ehtiyat Tələbləri

banklara qoyulmuş depozitlərin müəyyən bir hissəsinin bu bankların Mərkəzi Bankdakı hesablarında saxlanması tələbi. Mərkəzi Bank ehtiyat tələblərini artırıb-azaltmaqla ölkədə pul təklifini tənzimləyir.
Ehtiyat Norması
Ehtiyat Valyutası
OBASTAN VİKİ
Sistem tələbləri
Sistem tələbləri — bütün proqram təminatı kompüterə uyğunlaşdırmaq üçün müəyyən texniki vasitələr komponentlərinə və ya başqa proqram təminatı resurslarına ehtiyac duyulur. Bu ilkin şərtlər kompüter sistemində sistem tələbləri kimi tanınır və tam qaydaya əks olaraq direktiv kimi tez-tez istifadə edilir. Əksər proqram təminatı sistem tələblərinin iki yığımını müəyyən edir: minimum və maksimal. Minimum sistem tələbləri proqram təminatının işləməsinə xidmət edir. Maksimal sistem tələbləri isə proqram təminatındakı düzəlişlər etməyə imkan yaradır.
Ehtiyat fondu
Ehtiyat qiymət
Reserve price ~ резервированная цена ~ en düşük fiyat ~ ehtiyat qiymət – hərraclarda: gizli tutulan minimal qiymət təklifi (BID). Adətən, minimal qiymət (satıcının razı olacağı ən aşağı qiymət) potensial alıcılara elan olunur, ancaq onlayn hərraclar (məsələn, eBay) satıcılara ehtiyat qiymət adlandırılan və gizli saxlanılan minimal qiymətini göstərməyə icazə verir. Ehtiyat qiymət açıqlanmır və ondan aşağı qiymət təklifi son satış qiyməti kimi qəbul olunmur. Bax: AUCTION, EBAY. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Toxunulmaz ehtiyat
Toxunulmaz ehtiyat — fövqəladə hallarda istifadə edilməsi üçün saxlanan ərzaq, yanacaq və s.ehtiyat mallar. Toxunulmaz ehtiyat həm dövlət, həm şəxsi səviyyədə yaradıla bilər. TE silahlı qüvvələrdə, uzunmüddətli ekspedisiyalarda mütləq yaradılır. Adi hallarda toxunulmaz ehtiyat istifadə edilmir. Ancaq TE -ni yenisi ilə əvəzləmək lazım gəldikdə köhnə TE istifadə edilir. Şəxsi TE kimi avtomobillərdəki yanacağı və təkərləri, evlərdə pul vəsaitini göstərmək olar.
Ehtiyat kopya
Yedəkləmə və ya ehtiyat nüsxə (ing. backup) — arxivləşdirmə üçün, yaxud zədələnmə və ya yoxolma halında qiymətli faylların saxlanması məqsədilə proqramın, diskin və ya bəzi verilənlərin ehtiyat surətidir. Bəzi tətbiqi proqramlar faylların eyni zamanda həm cari versiyasını, həm də əvvəlki variantını diskdə saxlamaqla, onların yedək kopiyasını avtomatik yaradır. İnformasiyalar 3 fərqli üsulla yedəklənə bilər: Tam yedəkləmə (Full backup)- Bu üsulla yedəkləmə zamanı bütün qaynaqlar yedəklənir. Ən etibarlı üsuldur, lakin zaman və əlavə yaddaş ehtiyacı yaranır Addımlı yedəkləmə (Incremental backup) Bu tip yedəkləmədə sadəcə son yedəkdən bu yana yedəklənməmiş sənəndlər yedəklənir. Differensial yedəkləmə (Differential backup) Bu tip yedəkləmədə son tam yedəkdən bu yana yedəklənməmiş olaraq seçilən sənədlər yedəklənir.
Artımlı ehtiyat kopyalama
Artımlı ehtiyat nüsxələmə (ing. incremental backup) — sonuncu tam ehtiyat nüsxələmədən (ing. full backup) sonra dəyişikliyə uğramış faylların ehtiyat nüsxələnməsi prosesidir. Yedəkləmə İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Artımlı ehtiyat nüsxələmə
Artımlı ehtiyat nüsxələmə (ing. incremental backup) — sonuncu tam ehtiyat nüsxələmədən (ing. full backup) sonra dəyişikliyə uğramış faylların ehtiyat nüsxələnməsi prosesidir. Yedəkləmə İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Federal Ehtiyat Sistemi
Federal Ehtiyat Sistemi (FES) (daha çox FED olaraq da adlandırılır) — 1913-cü il dekabrın 23-də Federal Ehtiyat haqqında qanuna əsasən məxsusi olaraq yaradılan və ABŞ-nin Mərkəzi Bankı səlahiyyətində olan maliyyə strukturu. FES-in kapital formasının şəxsi olmasına baxmayaraq (aksiyaları xüsusi statusa malikdir) onun idarə olunmasında dövlət xüsusi rol oynayır. Mərkəzi bank funksiyasını icra edən müstəqil maliyyəiqtisad institutu. 23 dekabr 1913 ildə "Federal ehtiyatlar haqqında" (Federal Reserve Act) qanuna əsasən yaradılmışdır. Federal Ehtiyat Sistemi ABŞ dollarının rəsmi emissiyasını həyata keçirə bilir; milli pul siyasətini (iqtisadi artımı əks etdirən pul və kredit aqreqatlarının uzunmüddətli artımını qoruyub saxlamaq və maksimum məşğulluğ, qiymət stabilliyinə nail olmaq və uzunmüddətli orta faiz dərəcələrini saxlama məqsədilə) müəyyən edir; özəl kommersiya bank institutlarının fəaliyyətinin nəzarət və tənzimlənməsini həyata keçirir; depozit institutlarına, ABŞ hökumətinə maliyyə xidmətləri göstərir. Federal Ehtiyat Sisteminin strukturu (1935 ildən): federal hökumət agentliyi – Direktorlar şurası (7 üzvünü ABŞ prezidenti seçir, senat təsdiq edir); 12 regional federal ehtiyat bankı (Atlanta, Boston, Dallas, Kanzas-Siti, Klivlend, Minneapolis, Nyu-York, Riçmond, San-Fransisko, Sent-Luis, Filadelfiya, Çikaqo). FES on iki regional federal rezerv bankı — ABŞ xəzinədarlığının fiskal nümayəndələri verdikləri rezerv kapitala görə Federal Ehtiyat Banklarının aksiyalarından gəlir götürən çoxsaylı özəl banklar FES-in idarəetmə sistemi : ABŞ Prezidenti tərəfindən təsdiq edilən və 7 nəfərdən ibarət İdarəetmə Şurası. Hər bir üzv 14 illiyə təyin edilir. ABŞ Prezidentinin Qanuna əsasən İdarəetmə Şurası sədrini vaxtından əvvəl vəzifədən azad etmək hüququ vardır (indiyə qədər bu maddədən istifadə edilməyib). Açıq bazar üzrə federal komitə müxtəlif məsləhət şuraları fevral 2018-ci ildən FES İdarəetmə Şurasının sədri Cerom Pauel dir.
Ehtiyat Bankı (Yeni Zelandiya)
Yeni Zelandiya Ehtiyat Bankı (ing. Reserve Bank of New Zealand) — Yeni Zelandiyanın mərkəzi bankı. Uzun müddət Yeni Zelandiyanın pul dövriyyəsində təkcə Britaniya deyil, həm də xarici sikkələrdən (İspan, Hindistan, Portuqal, Danimarka, Hollandiya) istifadə olunurdu. 1840-1881-ci illərdə özəl istiqrazlar, 1857-1881-ci illərdə isə özəl mis tokenlər buraxılmışdır. İmperator Sikkə Qanununa (1870) əsasən, 1897-ci ildən Britaniya sikkələri yeganə qanuni ödəniş vasitəsi oldu. Dövriyyədə altı özəl bankın əskinasları da var idi (Oklend Bankı, Avstralaziya Bankı, Yeni Cənubi Uels Bankı və s.). 1 aprel 1934-cü ildə Yeni Zelandiyanın Ehtiyat Bankı Aktı qəbul edildi. 1934-cü il avqustun 1-də bank fəaliyyətə başladı və əskinaslar buraxıldı. 1936-cı ildə bank milliləşdirildi. Бутаков Д.Д., Золотаренко Е.Д., Рыбалко Г.П. Валюты стран мира: Справочник (5-е изд., перераб.
Verilənlərin uzaqdan ehtiyat kopyası
Verilənlərin uzaqdan ehtiyat kopyası, həmçinin bulud ehtiyat kopyası və ya rezervlənmə xidməti (ing. backup-as-a-service, BaaS) istifadəçilərə kompüter fayllarının ehtiyat kopyasının verilməsi, məlumatların saxlanılması və bərpası üçün sistem təqdim edən xidmət. Onlayn ehtiyat provayderlər son istifadəçilərə (və ya müştərilərə) bu növ xidmət göstərən şirkətlərdir. Bu cür ehtiyat xidmətləri bulud hesablama forması hesab olunur. Onlayn ehtiyat kopya sistemləri adətən müəyyən bir cədvəl üzrə işləyən müştəri proqram təminatı üçün qurulur. Bəzi sistemlər gündə bir dəfə, adətən gecə vaxtı, yəni kompüterlər istifadə edilmədiyi saatlarda işləyir. Digər yeni bulud ehtiyat kopya xidmətləri, demək olar ki, real vaxt rejimində istifadəçi sistemlərində dəyişiklikləri ələ keçirmək üçün davamlı olaraq fəaliyyət göstərir. Onlayn ehtiyat kopya sistemi adətən verilənləri toplayır, sıxışdırır, şifrələyir və uzaqdan ehtiyat kopya xidməti təminatçısının serverlərinə və ya saytdan kənar avadanlıqlara ötürür. Verilənlərin uzaqdan ehtiyat kopyası ənənəvi ehtiyat üsullarına nisbətən üstünlüklərə malikdir: Uzaqdan ehtiyat kopya üçün istifadəçi müdaxiləsi tələb olunmur. İstifadəçi lentləri dəyişdirməli, CD-ləri etiketləməli və ya digər manual addımlar atmalı deyil.
ABŞ vətəndaşları üçün viza tələbləri
Amerika Birləşmiş Ştatları vətəndaşları və vətəndaşlığı olmayan milliyətlər üçün viza tələbləri digər ölkələrin səlahiyyətliləri tərəfindən ABŞ vətəndaşlarına qoyulan inzibati giriş tələbləridir. 13 aprel 2021 (2021-04-13) tarixinə olan məlumata əsasən, Birləşmiş Ştatlar pasportu sahibləri 187 ölkəyə/əraziyə vizasız və ya vizanı girişdə əldə etməklə daxil ola bilərlər. Henley Pasport İndeksinə görə Birləşmiş Ştatlar pasportu, səyahət azadlığı baxımından (Belçika, Yeni Zelandiya, İsveçrə və Biləşmiş Krallığın pasportları ilə bərabər) 7-ci sırada qərarlaşır. Dövlətlərin Amerika Birləşmiş Ştatları vətəndaşlarına qarşı ümumi viza tələbləri: ABŞ vətəndaşları üçün müxtəlif ərazilərə, mübahisəli ərazilərə, yuxarıda göstərilən siyahıda adı çəkilən qismən tanınmış ölkələrə, fərqli viza siyasəti və məhdud bölgələrdə fəaliyyət göstərən tanınmış inzibati bölmələrə səfərlər üçün viza tələbləri: ABŞ dünyanın hər bir ölkəsindən ən çox diplomatik nümayəndəliyə sahibdir. ABŞ-nin diplomatik nümayəndəliklərinin siyahısı və həmçinin ABŞ-dəki diplomatik nümayəndəliklərin siyahısına da baxın.
Azərbaycan vətəndaşları üçün viza tələbləri
Henley Tərəfdaşları Pasport İndeksinin 26 may 2019 tarixindəki hesabatına görə 67 ölkə və ya ərazi Azərbaycan pasportunu vizasız, ya da vizanı girişdə verərək qəbul edir. Eyni vaxtda Azərbaycan ilə Avropa İttifaqı arasında vizanın qaldırılması ilə bağlı danışıqlar aparılır. Aşağıdakı cədvəl ancaq Azərbaycan vətəndaşlarının turist səfərləri haqqında məlumatı göstərir. Digər iş, jurnalist və başqa vizasız girişlər cədvəldə göstərilməyib. Aşağıdakı "vizasız" və ya "viza girişdə verilir" adı altında göstərilən ölkələr bəzən gediş/qayıdış bileti və maddi vəziyyəti göstərən sənədlər tələb edə bilər. Bu səbəbdən səyahətə çıxmazdan qabaq viza haqqında məlumatları səfirliklərdən öyrənmək tövsiyə olunur. Məlumatlar Azərbaycan Xarici İşlər Nazirliyi və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasısından götürülmüşdür. Əgər məlumat fərqli yerdən götürülübsə, cədvəldə qeyd edilib.
Ermənistan vətəndaşları üçün viza tələbləri
Ermənistan vətəndaşları üçün viza tələbləri — digər dövlətlərin hökumətləri tərəfindən Ermənistan vətəndaşlarına tətbiq olunan inzibati giriş məhdudiyyətlərdir. Henley Passport İndeksinə əsasən, 7 yanvar 2020-ci il tarixinə qədər Ermənistan vətəndaşları səyahət azadlığı üzrə 81-ci yeri tuturlar, onlar 62 ölkə və əraziyə vizasız və ya vizanı girişdə almaqla daxil ola bilərlər.
İsrail vətəndaşları üçün viza tələbləri
İsrail vətəndaşları üçün viza tələbləri İsrail pasportu olan vətəndaşlara aiddir. 11 yanvar 2022-ci il tarixinə İsrail vətəndaşları 159 ölkə və əraziyə vizasız və ya vizanı girişdə əldə etməklə daxil ola bilərlər. Bununlada İsrail pasportu Qlobal Pasport İndeksi 2021-ə görə səyahət azadlığı baxımından 24-cü yerdədir. Abraham Accords Sülh Sazişləri İsrail pasportunun 2021-ci ilin avqustunda reytinqdə 13 pillə yüksələrək 13-cü yerə yüksəlməsinə səbəb oldu. Turist olaraq səyahət edən ümumvətəndaş pasport sahibləri üçün viza tələbləri: Əvvəlcədən təsdiqlənmiş vizalar səfirlik və ya konsulluq əvəzinə aşağıdakı ölkələrə gəldikdən sonra götürülə bilər. İsraili tanıyan 159 dövlətdə 70 daimi səfirlik, 23 konsulluq və beş “xüsusi” missiya var. 2014-cü ildən etibarən Almaniya israillilərin təmsil olunmadığı ölkələrdə israillilərə konsulluq yardımı təklif edir. Şimali Koreya İsraili “imperialist peyk” kimi qəbul etdiyi üçün onu ölkə kimi tanımır. 2016-cı ildən bəri İsrail mülki vətəndaşlarına İsraildə müvafiq vizalarla Şimali Koreyaya vasitəçi olmadan getməyə icazə verilib. Ərəb dövlətləri ilə davam edən münaqişə səbəbindən Birləşmiş Millətlər Təşkilatının 13 ərəb üzvü İsrail Dövlətini tanımır.
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu — Azərbaycan Respublikasında dövlət büdcəsi gəlirləri əsasında mövcud olan fond. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 2 faizindən çox olmamaqla müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaiti müvafiq icra hakimiyyəti orqanının sərəncamları ilə müəyyən edilmiş xərclərin maliyyələşdirilməsinə istifadə olunur. Bu Fondun vəsaiti ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən tədbirlərə yönəldilir. Məsələn, bu fondun vəsaitləri hesabına "Qızıl kitab"a adları yazılmış gənc istedadların hər biri üçün onlar 25 yaşına çatanadək 300 manat məbləğində xüsusi aylıq təqaüd təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaiti ölkədə seçkilərin və referendumların keçirilməsinə, habelə Azərbaycan Respublikası Prezidentinin fəaliyyətinin təbliği məqsədilə xərclənə bilməz. Fondun vəsaitlərinin istifadə müddəti müvafiq büdcə ilinin sonunda başa çatır.
Taxıl istehsalının ehtiyat mənbələri (film, 1978)
Texniki təbliğat filmi taxıl istehsalının ehtiyat mənbələri barədə söhbət açır. Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir.
"Sağ-trotskiçi ehtiyat mərkəzinin əksinqilabi milliyətçi təşkilatı" rəhbərlərinin işi
"Sağ-trotskiçi ehtiyat mərkəzinin əksinqilabi milliyətçi təşkilatı" (SEMƏMT) rəhbərlərinin işi – 1938–1956-cı illərdə bir neçə azərbaycanlı xalq təsərrüfatı rəhbəri, o cümlədən SSRİ Ali Soveti deputatının məhkum olunduğu və Azərbaycan SSR ali rəhbərliyi tərəfindən saxtalaşdırılmış siyasi istintaq işi. Bu iş üzrə "32 rayon partiya komitəsi katibi, 28 rayon icraiyyə komitəsi sədri, 15 xalq komissarı və onların müavinləri, 66 mühəndis, 88 Sovet ordusu və Hərbi-dəniz donanması komandiri, 8 professor və başqa səlahiyyətli şəxslər həbs edilərək güllələnmiş, ya da uzun müddətə azadlıqdan məhrum edilmişlər". Bu iş SSRİ-də "Sovetlər əleyhinə sağ-trotskiçi bloku"nun başçıları elan olunmuş Buxarin və Rıkovun üzərində aparılmış prosesin regional davamı idi. İstintaqın iddiasına görə SEMƏMT Azərbaycan milliyətçilərinin əsasən başqa millətlərin nümayəndələrindən olan sağ-trotskiçilərlə birliyini təmin etmişdi. Bu təşkilat ona görə "ehtiyatda olan" adlandırılmışdır ki, guya ondan qabaq 1936–1937-ci illərdə XDİK tərəfindən darmadağın edilmiş "əsas" təşkilatın əvəzində yaradılmışdı; bu yeni təşkilatın üzvləri o zaman ehtiyatda idilər və əsas təşkilat məhv ediləndən sonra onun işini bərpa etməyə çalışmışlar. İstintaq işində aşağıda sadalanan təşkilatın rəhbərləri kimi bir neçə nəfər yüksək vəzifəli şəxs göstərilmişdir. Onlardan beşi Azərbaycan SSR xalq təsərrüfatı rəhbəri və SSRİ Ali Sovetinin 1-ci çağırışının deputatları idi: Manaf Xəlilov (Az. SSR Xalq Komissarları Sovetinin 1-ci müavini); İbrahim Əsədullayev (Az. SSR Xalq Daxili Ticarət komissarı); Əbülfət Məmmədov Az. SSR Xalq Əkinçilik komissarı; İskəndər Əliyev (Az.
“Sağ-trotskiçi ehtiyat mərkəzinin əksinqilabi milliyətçi təşkilatı” rəhbərlərinin işi
"Sağ-trotskiçi ehtiyat mərkəzinin əksinqilabi milliyətçi təşkilatı" (SEMƏMT) rəhbərlərinin işi – 1938–1956-cı illərdə bir neçə azərbaycanlı xalq təsərrüfatı rəhbəri, o cümlədən SSRİ Ali Soveti deputatının məhkum olunduğu və Azərbaycan SSR ali rəhbərliyi tərəfindən saxtalaşdırılmış siyasi istintaq işi. Bu iş üzrə "32 rayon partiya komitəsi katibi, 28 rayon icraiyyə komitəsi sədri, 15 xalq komissarı və onların müavinləri, 66 mühəndis, 88 Sovet ordusu və Hərbi-dəniz donanması komandiri, 8 professor və başqa səlahiyyətli şəxslər həbs edilərək güllələnmiş, ya da uzun müddətə azadlıqdan məhrum edilmişlər". Bu iş SSRİ-də "Sovetlər əleyhinə sağ-trotskiçi bloku"nun başçıları elan olunmuş Buxarin və Rıkovun üzərində aparılmış prosesin regional davamı idi. İstintaqın iddiasına görə SEMƏMT Azərbaycan milliyətçilərinin əsasən başqa millətlərin nümayəndələrindən olan sağ-trotskiçilərlə birliyini təmin etmişdi. Bu təşkilat ona görə "ehtiyatda olan" adlandırılmışdır ki, guya ondan qabaq 1936–1937-ci illərdə XDİK tərəfindən darmadağın edilmiş "əsas" təşkilatın əvəzində yaradılmışdı; bu yeni təşkilatın üzvləri o zaman ehtiyatda idilər və əsas təşkilat məhv ediləndən sonra onun işini bərpa etməyə çalışmışlar. İstintaq işində aşağıda sadalanan təşkilatın rəhbərləri kimi bir neçə nəfər yüksək vəzifəli şəxs göstərilmişdir. Onlardan beşi Azərbaycan SSR xalq təsərrüfatı rəhbəri və SSRİ Ali Sovetinin 1-ci çağırışının deputatları idi: Manaf Xəlilov (Az. SSR Xalq Komissarları Sovetinin 1-ci müavini); İbrahim Əsədullayev (Az. SSR Xalq Daxili Ticarət komissarı); Əbülfət Məmmədov Az. SSR Xalq Əkinçilik komissarı; İskəndər Əliyev (Az.

Значение слова в других словарях