Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu — Azərbaycan Respublikasında dövlət büdcəsi gəlirləri əsasında mövcud olan fond.
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 2 faizindən çox olmamaqla müəyyən edilir[1].
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaiti müvafiq icra hakimiyyəti orqanının sərəncamları ilə müəyyən edilmiş xərclərin maliyyələşdirilməsinə istifadə olunur[1].
Bu Fondun vəsaiti ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən tədbirlərə yönəldilir[1]. Məsələn, bu fondun vəsaitləri hesabına "Qızıl kitab"a adları yazılmış gənc istedadların hər biri üçün onlar 25 yaşına çatanadək 300 manat məbləğində xüsusi aylıq təqaüd təsis edilmişdir[2].
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaiti ölkədə seçkilərin və referendumların keçirilməsinə, habelə Azərbaycan Respublikası Prezidentinin fəaliyyətinin təbliği məqsədilə xərclənə bilməz[1].
Fondun vəsaitlərinin istifadə müddəti müvafiq büdcə ilinin sonunda başa çatır[1].