eks-kral

eks-kral
eks-kansler
eks-mer
OBASTAN VİKİ
Kral
Kral (lat. rex, fr. roi, ing. king, alm. König‎) — monarxın titulu, irsi olaraq verilir, bəzi hallarda seçilir, dövlət başçısı. Kraliça — kralın zövcəsi və ya krallığı idarə edən qadın. Prins — kral ailəsindən olan şəxslərin oğlan övladlarından hər biri, kral oğlu Prinses — kral və kraliçanın qız övladlarından hər biri, kral qızı Avropada 1533-cü ilə qədər kral titulu Roma papası tərəfindən verilirdi. == Müasir dövrdəki kralların siyahısı == Avropa III Çarlz , Böyük Britaniya kralı. X Frederik, Danimarka kralı. XVI Karl Qustav, İsveç kralı.
Meri-eks göydələni
Gherkin — Londonun memarlıq rəmzinə çevrilən və britaniyalıların "Gherkin" adlandırdıqları 40 mərtəbəli "St. Mary Axe" binası. 2014-cü ilin yay aylarında satışa çıxarılan bu binanı braziliyalı investor Joseph Safra Londonun mərkəzində yerləşən Gherkin binası üçün 726 milyon funt sterlinq (1.1 milyard dollar) təklif edib. Göydələn 2001–2004-cü illərdə məşhur britaniyalı arxitektor Norman Fosterin layihəsilə tikilib. Tikintisi 400 milyon dollara başa gələn və 180 metr hündürlüyündə olan bina elə layihələşdirilib ki, bu tipli digər binalarla müqayisədə 2 dəfə az elektrik enerjisi sərf edir. Bu səbəbdən "Gherkin" binasını çoxları "ekoloji göydələn" adı ilə də çağırırlar. Gherkin həm də turşuya qoyulmaq üçün yararlı olan kiçik xiyar növlərinin adıdır. "Gherkin" Londonun əsas rəmzlərindən birinə çevrilərək müasir memarlıq sənətininin ən məşhur nümunələrindən sayılır. "Evans Randall" şirkətilə şərikli əsasda binanın sahibi olan Almaniyanın "IVG Immobilien" şirkəti 2013-cü ildə müflis oluğunu elan etmişdi. Hesablamalara görə, Londonun müasir mənzərəsini yaradan 10 ən məşhur binasının ümumi dəyəri 11 milyard dollar təşkil edir.
Eks-maşın (film)
Eks maşın (lat. Ex machina) — Aleks Qarlandın rejissorluq debütü olan və süjet xəttini yazdığı Britaniya Elmi fantastika filmidir. Film Ən yaxşı vizual effektlər kateqoriyasında "Oskar" mükafatını əldə etmişdir. Filmin mətbuat premyerası 2014-cü ilin dekabr ayında baş tutmuş olsa da, film yalnız 2015-ci ilin yanvar ayında geniş ictimaiyyətə təqdim edilmişdir. == Çəkilişlər == Filmin çəkilişləri Norveçin Valldal şəhərində yerləşən Cuvet Landskeyp Hotelində aparılmışdır. Filmin saundtrekini Qarlandın əvvəllər Hakim Dredd 3D filmində əməkdaşlıq etdiyi Ceffom Berrou və Ben Solsberi bəstələmişdir.
Kral öldü, yaşasın kral!
"Kral öldü, yaşasın kral!" (fr. Le roi est mort, vive le roi!) — müxtəlif ölkələrdə yeni monarxın hakimiyyətə gəlməsindən sonra edilən ənənəvi bəyanat. Görünən ziddiyyətli ifadə eyni zamanda əvvəlki monarxın ölümünü elan edir və yeni monarxı salamlayaraq davamlılığı təsdiqləyir. Bu ifadə məşhur fraza şablonuna çevrilmişdir. İfadənin qismən epanalepsisə borclu olduğu yaddaqalan xarakterini, eləcə də onun tarixi əhəmiyyətini nəzərə alaraq, bu ifadə müntəzəm olaraq varislik və ya əvəzetmə mövzularında məqalələr, redaksiya məqalələri və ya reklamlar üçün başlıq kimi yaranır. Millətlər Liqasının memarlarından Robert Sesil Millətlər Liqasının yekun sessiyasındakı çıxışını "Liqa öldü. Yaşasın Birləşmiş Millətlər Təşkilatı" ifadəsi ilə yekunlaşdırmışdır.
Eks-an-Provans (rayon)
Eks-an-Provans (fr. Aix-en-Provence) — Fransanın Provans-Alp-Kot-d'Azur regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Buş-dü-Ron. Suprefektura — Eks-an-Provans. Rayon əhalisi 2006-cı ildə 410 356 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 268 nəf / km². Rayon sahəsi — 1532 km².
Kral-Kristian
Kral-Kristian (ing. King Cristian Island) — Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adaları və Sverdrup adaları qruplarına daxildir. Hal-hazırda adada həyat əlaməti yoxdur (2012). == Coğrafiyası == Ada Kraliça Yelezaveta adalarının qərbində yerləşir, 13,5 km cənub-qərbdə Ellef-Rinqnes adası qərar tutur ki, Datç boğazı vastəsi ilə ayrılır. Baterst adasını adadan Mak-Klin boğazı ayırır. Sahəsi 645 km², sahil xətdinin uzunluğu 116 km təşkil edir. Adanın uzunluğu 40 km, maksimal eni — 26 kilometrdir. Adanın səthi düzənliklərdən ibarət olaraq hündürlüyü 40–110 metr təşkil edir. Ən hündür nöqtəsi 165 metrdir. == Tarixi == Ada ilk dəfə 1901-ci ildə Otto Sverdrup tərfindən kəşf edilir və adlandırılır.
Kral-Vilyam
Kral-Vilyam (ing. King William Island, Eskimos dili ᕿᑭᖅᑕᖅ Kikerktak) — Kanada Arktik arxipelaqına aid ada. == Coğrafiyası == Kanadanın şimalında materik hissəsinə yaxın yerləşir. Sahəsi 13 111 km², sahil xətdinin uzunluğu 1289 km təşkil edir. Adaların dünyada sahəsinə görə sıralamasında 61-ci, Kanadada isə 15-ci yeri tutur. Maksimal ölçüsü 155–120 kilometrdir. Adeleyd yarımadasından şimalda yarləşir və onu Simpson boğazı (3,5 km) ayırır. Şimal, Şimal-şərdə Buthia yarımadası yerləşir və Rey və Ceyms-Ross boğazları ayırır. Qərbdə Viktoriya (ada)sından onu Viktoriya (boğaz) ayırır. Cənub qərbində onun sahillərini Kuin Mod körfəzi yuyur.
Kral-konsort
Kral-konsort, şahzadə-konsort və ya kraliça-konsort (Prince consort) — monarxın həyat yoldaşı (kişi və ya qadın özü monarx olduqda bu titul işlədilmir). Müasir dövrün konsortları II Elizabetin həyat yoldaşı şahzadə Filip və Danimarkanın kraliçası II Marqretin əri şahzadə Henrikdir. Kraliçanın həyat yoldaşının yüksək statusunu göstərmək üçün ona şahzadə, şahzadə-konsort və ya kral-konsort titulu verilə bilər. Kraliçanın ölümündən sonra konsort titulu itirilir və sadəcə şahzadə və ya hersoq çağrılır. Anoloji status, kraliça-konsort kralın da həyat yoldaşına verilə bilər. Məsələn, VI Georqun həyat yoldaşı kraliça II Elizabetdə bu statusu daşımışdır (1936—1952).
Kral Artur
Kral Artur — orta əsr tarixşünaslığına və romanslarına görə V əsrin sonu — VI əsrin əvvəllərində sakson işğalçılarına qarşı Britaniyanın müdafiəsini təşkil etmiş əfsanəvi britaniyalı lider. Arturun hekayəsinin çox hissəsi "folklor və ədəbiyyat ixtirasından" ibarətdir, Arturun tarixən mövcud olub-olmaması şübhəli məsələdir və müasir dövr tarixçiləri üçün müzakirə mənbəyidir. Artur hekayəsi müxtəlif mənbələrdən — "Annales Cambriae", "Historia Brittonum" və britaniyalı keşiş Qildanın yazılarından toplanmışdır. Arturun adı həmçinin "Y Gododdin" kimi erkən dövr bədii mənbələrdə çəkilir, . == Həmçinin bax == Aqraveyn == İstinadlar == == Ədəbiyyat == Higham, N. J. (2002), King Arthur, Myth-Making and History, London: Routledge, ISBN 978-0-415-21305-9. Charles-Edwards, Thomas M. (1991), "The Arthur of History", in Bromwich, Rachel; Jarman, A. O. H.; Roberts, Brynley F., The Arthur of the Welsh, Cardiff: University of Wales Press, pp. 15–32, ISBN 978-0-7083-1107-3. Sims-Williams, Patrick (1991), "The Early Welsh Arthurian Poems", in Bromwich, Rachel; Jarman, A. O. H.; Roberts, Brynley F., The Arthur of the Welsh, Cardiff: University of Wales Press, pp. 33–71, ISBN 978-0-7083-1107-3. Neubecker, Ottfried (1998–2002), Wappenkunde (in German), Munich: Orbis Verlag, p.
Kral Cəmiyyəti
Britaniya Kral Cəmiyyəti, London Kral Cəmiyyəti qısa və ən geniş tanınmış adı- Kral Cəmiyyəti. Geniş adı — Təbiət haqqında bilikləri genişləndirmək üçün London Kral Cəmiyyəti (en Royal Society of London for the Improvement of Natural Knowledge). Dünyada ən qədim elmi cəmiyyətlərdən biri: 1660-cı ildə yaradılmış və rəsmi olaraq 1662-ci ildə fəaliyyətə başlamış elmi cəmiyyətdir. İngiltərə kralı II Çarlz tərəfindən açılışı edilmişdir. Cəmiyyət təsisçiləri ilə bərabər tədqiqat və elmi müzakirələr üçün bir məkan olmağı hədəfləyirdi və əvvəlcə Invisible Kollecinin davamı idi. Cəmiyyət Britaniya hökumətinə qarşı dövlət yardımı alan elmi ekspertlər hazırlayan müəssisə kimi çıxış edir. Cəmiyyət Böyük Britaniyanın Elmlər Akademiyası kimi fəaliyyət göstərir və elmi-tədqiqat müəssisələrinə və elmi təşkilatlara sərmayələr qoyur. Cəmiyyət öz şurası tərəfindən idarə olunur; Cəmiyyətə bir sıra nizamnamə və müəyyən rütbələrə müvafiq olaraq cəmiyyətin prezidenti rəhbərlik edir. Şuranın üzvləri və sədri, yəni cəmiyyətin əsas üzvləri akademiya üzvləri tərəfindən seçilir və akademiya üzvlərinin özləri isə mövcud olan digər akademiya üzvləri tərəfindən seçilirlər. Hər il təyin olunan 44 yeni üzvü ilə bərabər hal-hazırda FRS (Fellow of Royal Society: Kral Cəmiyyətinin üzvü) aşağı titulundan istifadə etmək imkanı verilmiş 1314 akademiya üzvü mövcuddur.
Kral Demusin
Kral Demusin (d. 4 – ö. 44) - Goguryeo krallığının üçüncü kralıdır. 18-44-cü illərdə hökmdarlıq etmişdir.Kral Yurinin oğludur. Ondan sonra hakimiyyətə qardaşı Kral Minjunq keçmişdir.
Kral Dongmyeong
Kral Dongmyeong (e.ə. 58, Buyeo krallığı – e.ə. 19), Jumong(주몽, 朱蒙) və ya Dongmyeongseongwang (동명성왕, 東明聖王) (mənası Şərqin müqəddəs kralı) — Goguryeo krallığının birinci kralıdır. Eramızdan əvvəl 37-19-cu illərdə hökmdarlıq etmişdir. Ondan sonra hakimiyyətə oğlu Kral Yuri keçmişdir. == Doğum == Jumonqun atasının kim olduğu haqqındakı məsələ müzakirəlidir. Bir əfsanəyə görə, Jumong Hae Mo-su (해모수, 解慕漱) və Habaek (하백, 河伯) adlandırılan çay tanrısının qızı Yuhvanın (유화, 柳花) oğludur. Hae Mo-su Yuhva çayda çimərkən onunla qarşılaşmışdı. Ancaq çay tanrısı Hae Mo-sunu bəyənmədi və daha sonra Hae Mo-su əbədiyyətə qovuşdu. Çay tanrısı Yuhvanı Ubal çayından (우발수, 優渤水) uzağa atdı.
Kral Dongmyeonq
Kral Dongmyeong (e.ə. 58, Buyeo krallığı – e.ə. 19), Jumong(주몽, 朱蒙) və ya Dongmyeongseongwang (동명성왕, 東明聖王) (mənası Şərqin müqəddəs kralı) — Goguryeo krallığının birinci kralıdır. Eramızdan əvvəl 37-19-cu illərdə hökmdarlıq etmişdir. Ondan sonra hakimiyyətə oğlu Kral Yuri keçmişdir. == Doğum == Jumonqun atasının kim olduğu haqqındakı məsələ müzakirəlidir. Bir əfsanəyə görə, Jumong Hae Mo-su (해모수, 解慕漱) və Habaek (하백, 河伯) adlandırılan çay tanrısının qızı Yuhvanın (유화, 柳花) oğludur. Hae Mo-su Yuhva çayda çimərkən onunla qarşılaşmışdı. Ancaq çay tanrısı Hae Mo-sunu bəyənmədi və daha sonra Hae Mo-su əbədiyyətə qovuşdu. Çay tanrısı Yuhvanı Ubal çayından (우발수, 優渤水) uzağa atdı.
Kral Minjunq
Kral Minjunq (d. ? – ö. 48) — Goguryeo krallığının dördüncü kralıdır. 44–48-ci illərdə hökmdarlıq etmişdir.Kral Yurinin oğludur. Hakimiyyəti qardaşı Kral Demusindən təhvil almışdır. Ondan sonra hakimiyyətə Kral Demusinin oğlu Mobon keçmişdir.
Kral Mobon
Kral Mobon (d. 30 – ö. 53) - Goguryeo krallığının beşinci kralıdır. 48-53-cü illərdə hökmdarlıq etmişdir.Kral Demusinin oğludur. Hakimiyyəti əmisi Kral Minjunqdən təhvil almışdır. Ondan sonra hakimiyyətə Kral Demusinin qardaşı Go Jaesanın (재사, 再思) oğlu Kral Taejodae keçmişdir.
Kral Sindae
Kral Sindae (d. 89 – ö. 179) — Goguryeo krallığının səkkizinci kralıdır. 165-179-cu illərdə hökmdarlıq etmişdir. Hakimiyyəti Kral Çadaedan təhvil almışdır. Ondan sonra hakimiyyətə Kral Gogukçeon keçmişdir.
Kral TV
Kral TV — 1994-cü ildə yayıma başlayan Türkiyənin ilk musiqi kanalıdır. 10 oktyabr 2011-ci il tarixində yayımı dayandırıldı və tezliyində "Kral Pop TV" yayıma başladı. Lakin "Kral İlaç Gibi TV"nin "Kral TV" adı ilə yayımının davam etdirilməsinə qərar verildi və 14 noyabr 2011-ci ildə yenidən quruldu.
Kral Taejodae
Kral Taejodae (d. 47 – ö. 165) — Goguryeo krallığının altıncı kralıdır. 53–146-cı illərdə hökmdarlıq etmişdir. Hakimiyyəti Kral Mobondan təhvil almışdır. Ondan sonra hakimiyyətə qardaşı Kral Çadae keçmişdir.
Kral Yuri
Kral Yuri (d. ? – ö. 18) — Goguryeo krallığının ikinci kralıdır. E.ə. 19-cu ildən eramızın 18-ci ilinə qədər hökmdarlıq etmişdir. Kral Dongmyeongun tək oğludur. Ondan sonra hakimiyyətə oğlu Kral Demusin keçmişdir.
Kral kobrası
Kral kobrası (lat. Ophiophagus) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin aspidlər fəsiləsinə aid heyvan cinsi.
Kral koloniyası
Kral koloniyası (İngilis dili: Crown colony, XVII əsrdə royal colony) İngiltərə müstəmləkə imperiyasında və sonrakı Britaniya imperiyasında müstəmləkə idarə qaydalarının bir növü idi. Kral koloniyalarını kralın təyin etdiyi valilər idarə edirdilər. XIX əsrin ortalarında bu təyinatlar müstəmləkə nazirinin təklifinə uyğun olaraq həyata keçirilməyə başlandı. İlk kral koloniyası 1624-cü ildə kralın Virciniya şirkətindən aldığı ABŞ ərazisində yerləşən Virciniya koloniyası idi. 19-cu əsrin ortalarına qədər “kral koloniyası” termini yalnız Trinidad və Tobaqo və ya Britaniya Qvianası kimi müharibə yolu ilə ələ keçirilmiş koloniyalarda istifadə edildi, ancaq o dövrdən etibarən Britaniya Hindistanı və sonralar dominion Statusu qazanmış məskunlaşdırılmış müstəmləkələr istisna olmaqla bütün koloniyalar üçün istifadə edildi. Termin 1981-ci ildə Britaniya Vətəndaşlıq Qanunu ilə qalan Britaniya koloniyalarının "Britaniyadan asılı bölgələr" adlandırılmasına qədər istifadə edilməyə davam edildi. 2002-ci ildə bu ad da ləğv edildi və xaricdəki ingilis ərazisi adı istifadəyə verildi.
Kral pinqvini
Kral pinqvini (lat. Aptenodytes patagonicus Miller,JF, 1778) — uçmaq bacarığı olmayan pinqvinlər fəsiləsinə aid quş növü. == Ümumi xüsiyyətlər == Kral pinqvini imperator pinqvininə bənzəyir. Ancaq ölçü baxımındam ondan kiçik və parlaq rənglərə sahibdir. Bədənin uzunluğu 91 sm — 1 metr arasında dəyişir. İri fərdlər boz rəngli belə sahibdirlər. Balalar qonur rəngə sahil olurlar. Böyür nahiyəsi ağdır. == Yayılması == Kral pinqvinləri Odlu Toppaq, Cənubi Georgiya, Cənubi Sandviç adaları, Prins-Eduard, Kroze, Kergelen, Herd, Makkuori adalarında yayılmışdır. Kral pinqvinlərinin dünyada sayı 1 milyon başdır.
Kral susüpürəni
Kral Çadae
Kral Çadae (71 – 165) — Goguryeo krallığının yeddinci kralıdır. 146–165-ci illərdə hökmdarlıq etmişdir. Hakimiyyəti Kral Taejodaedan təhvil almışdır. Ondan sonra hakimiyyətə ögey qardaşı Kral Sindae keçmişdir.
Kral Şakir
Kral Şakir — Cartoon Network (Türkiyə) üçün Grafi2000 şirkəti tərəfindən yaradılan televiziya animasiya serialıdır. Cartoon Network (Türkiyə)nin ilk yerli istehsalıdır. Serial premyerası 23 aprel 2016-cı ildə göstərildi və 16 May 2016-cı ildə yayımlanmağa başladı. == Məzmun == Bir şir ailəsinin balaca üzvü olan Şakirin ailəsi və dostları ilə yaşadığı macəralar izah edilir. Şakirin atası şir, anası pişikdir. Bacısı Canan, anası kimi bir pişikdir və tısbağa babası var. Remzinin Necati adlı bir dostu var və fildir. Həmişə onların evindədir, ancaq yemək yeyir və videooyun oynayır. Məktəbdə qapıçıdır və çox bacarıqsızdır. Evi olmayan, zibilxanalarda yaşayan və vafli sevən Tanju adlı bir sahibsiz it var.