eks-nazir
eks-spiker
OBASTAN VİKİ
Meri-eks göydələni
Gherkin — Londonun memarlıq rəmzinə çevrilən və britaniyalıların "Gherkin" adlandırdıqları 40 mərtəbəli "St. Mary Axe" binası. 2014-cü ilin yay aylarında satışa çıxarılan bu binanı braziliyalı investor Joseph Safra Londonun mərkəzində yerləşən Gherkin binası üçün 726 milyon funt sterlinq (1.1 milyard dollar) təklif edib. Göydələn 2001–2004-cü illərdə məşhur britaniyalı arxitektor Norman Fosterin layihəsilə tikilib. Tikintisi 400 milyon dollara başa gələn və 180 metr hündürlüyündə olan bina elə layihələşdirilib ki, bu tipli digər binalarla müqayisədə 2 dəfə az elektrik enerjisi sərf edir. Bu səbəbdən "Gherkin" binasını çoxları "ekoloji göydələn" adı ilə də çağırırlar. Gherkin həm də turşuya qoyulmaq üçün yararlı olan kiçik xiyar növlərinin adıdır. "Gherkin" Londonun əsas rəmzlərindən birinə çevrilərək müasir memarlıq sənətininin ən məşhur nümunələrindən sayılır. "Evans Randall" şirkətilə şərikli əsasda binanın sahibi olan Almaniyanın "IVG Immobilien" şirkəti 2013-cü ildə müflis oluğunu elan etmişdi. Hesablamalara görə, Londonun müasir mənzərəsini yaradan 10 ən məşhur binasının ümumi dəyəri 11 milyard dollar təşkil edir.
Eks-maşın (film)
Eks maşın (lat. Ex machina) — Aleks Qarlandın rejissorluq debütü olan və süjet xəttini yazdığı Britaniya Elmi fantastika filmidir. Film Ən yaxşı vizual effektlər kateqoriyasında "Oskar" mükafatını əldə etmişdir. Filmin mətbuat premyerası 2014-cü ilin dekabr ayında baş tutmuş olsa da, film yalnız 2015-ci ilin yanvar ayında geniş ictimaiyyətə təqdim edilmişdir. == Çəkilişlər == Filmin çəkilişləri Norveçin Valldal şəhərində yerləşən Cuvet Landskeyp Hotelində aparılmışdır. Filmin saundtrekini Qarlandın əvvəllər Hakim Dredd 3D filmində əməkdaşlıq etdiyi Ceffom Berrou və Ben Solsberi bəstələmişdir.
Prezident
Prezident (lat. pre - "əvvəl" və sedere - "oturmaq" sözlərindən, "öndə oturan" mənasını verir) — seçki yolu ilə müəyyən olunan dövlət və ya inzibati-ərazi vahidinin rəhbəri, yaxud kollegial orqanın, ictimai birliyin və ya kommersiya təşkilatının sədri. Bəzi ölkələrdə isə (məsələn, ABŞ-də) bu vəzifəni nə vaxtsa tutmuş bütün şəxslərə ömürlük verilən titul. Prezident idarə üsuluna sahib olan ölkələrdə prezident icraedici hakimiyyətin rəhbəri, parlament idarə üsuluna sahib ölkələrdə isə yalnız dövlət başçısıdır. Müasir dövrdə bəzən seçki yolu ilə deyil, dövlət çevrilişi yolu ilə hakimiyyətə gələn diktatorlar da özlərini rəsmi olaraq prezident adlandırırlar. Tarixdə ilk dəfə "prezident" titulunu milli rəhbər mənasında istiqlaliyyət müharibəsi dövründə Corc Vaşinqton istifadə etmişdir. 1787-ci ildə ABŞ Konstitusiyası qəbul olunanadək o, Britaniya İmperiyasına qarşı üsyan qaldıran ştatların "Kontinental konqres"inin prezidenti olmuş, sonradan isə ABŞ-nin prezidenti seçilmişdir.
Eks-an-Provans (rayon)
Eks-an-Provans (fr. Aix-en-Provence) — Fransanın Provans-Alp-Kot-d'Azur regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Buş-dü-Ron. Suprefektura — Eks-an-Provans. Rayon əhalisi 2006-cı ildə 410 356 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 268 nəf / km². Rayon sahəsi — 1532 km².
Müvəqqəti prezident
Müvəqqəti prezident (ing. Acting president) və ya prezident səlahiyyətlərinin icraçısı — bir şəxsdir ki, əgər prezident mövcud olmaya (məsələn; xəstə ola və ya məzuniyyət əsasında) və ya prezident vəzifəsi boş olsa (məsələn; ölüm, zədə, istefası və ya vəzifədən azad edilməsinə görə) bir təşkilatın və ya ölkə prezidentinin rolunu müvəqqəti olaraq doldurur.
Nazir -prezident
Baş nazir — hökumətin başçısı. Bir sıra ölkələrdə bu dövlət postu praym-ministr adlanır. (Fransızca-le premier—birinci) — birinci, baş nazir. Dövlət başçısı postunun hökumət başçısı postundan ayrı olduğu ölkələrdə hökumət başçısı. Bəzi ölkələrdə baş nazir birbaşa parlament seçkilərində seçilir, bəzilərində dövlət başçısının təqdimatı ilə parlament təsiq edir. Bəzilərində parlamentin təqdimatı ilə dövlət başçısı təsdiq edir.Dualist və parlamentli respublikalarda icra hakimiyyətini Baş nazir həyata keçirir,prezident formal xarakter daşıyır. Türkiyə, Böyük Britaniya, Fransada Baş nazir, Rusiya Federasiyasında hökumətin sədri; Latviyada — nazirlərin prezidenti; Almaniya və Avstriyada — kansler; Bolqarıstanda — nazir - sədr adlanır. Baş nazir vəzifəsi ilk dəfə XVI — XVII əsrlərdə Qərbi Avropa ölkələrində təsis edilib. Fransada XVI—XVII əsrlərdə baş dövlət naziri vəzifəsi var idi. Türk dövlətlərində müvafiq olaraq vəzir və baş vəzir vəzifələri var idi.
Prezident.az
president.az — Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Saytın hal-hazırkı versiyası 2007-ci ilin sentyabr ayında hazırlanmışdır. Sayt 1998-ci ilin may ayında qeydiyyata alınsa da, 2007-ci ilin oktyabrından etibarən KİV nümayəndələri üçün prezidentin fəaliyyəti ilə bağlı məlumatlar və fotoşəkillər, 2010-cu ilin iyul ayından etibarən isə gündəlik yenilənməklə fəaliyyət göstərir. Saytda dövlət başçısının fəaliyyətini əks etdirən materiallar, o cümlədən görüşlər, səfərlər, qəbullar, çıxışlar, mətbuat konfransları, müsahibələr, habelə göndərilmiş və qəbul edilmiş məktublar, imzalanmış fərmanlar, sərəncamlar, müraciətlər, bəyannamələr, bəyanatlar, qanunlar və digər sənədlər yerləşdirilir. Həmçinin, saytın hər bir istifadəçisi Azərbaycan Respublikasının Prezidentinə məktub göndərmək, təklif və arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə müraciət etmək imkanına malikdir. Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidentinin Mətbuat Katibinin xidməti və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi tərəfindən həyata keçirilir. President.az saytının iOS və Android əməliyyat sistemləri üçün mobil tətbiqləri yaradılmışdır. Bu tətbiqlər saytdakı xəbərləri birbaşa telefondan və planşetdən oxumağa imkan verir. iPhone və iPad qurğuları üçün tətbiqləri "iTunes"dan, Android əməliyyat sistemi ilə işləyən mobil telefonlar və planşet qurğuları üçün isə "Google Play"dən endirmək mümkündür.
Prezident (2007)
Prezident (ağac)
Prezident — ABŞ-nin Kaliforniya ştatı, Nəhəng Sekvoya Milli Parkı, Nəhəng Meşədə mövcud olan Nəhəng sekvoyadendron (Sequoiadendron giganteum) növünə aid böyük ağac. “Prezident” dünyanın üçüncü ən böyük sekvoyasıdır (2012-ci ildə National Geographic jurnalında yayımlanan bir hesabata görə, “Prezident”-in həcmi “General Qrant”-ın həcmini 15% üstələyərək dünyanın ikinci ən böyük ağacına çevrilir). Bununla belə, canlı bir ağacın həcminin dəqiq ölçülməsi çox çətin bir iş olduğundan, həcm müxtəlif yollarla ölçülə bilər (bütün budaqları və ya yalnız böyük budaqların nəzərə alınması, yeraltı kök hissəsini nəzərə alınması və ya almaması və s.). Milli parkın rəsmi veb səhifəsində hələ də "Prezident"-in dünyada üçüncü böyük sekvoya olduğu göstərilmişdir. Ağacın 3240 yaşında olduğu təxmin edilir ki, bu da onun planetdəki ən qədim yaşıyan ağac olması deməkdir. Ağac adını 1923-cü ildə ölümüş ABŞ-nin 29-cu Prezidenti Uorren Hardinqin şərəfinə adlandırılmışdır. Prezidentin yanında Konqres Qrupu adlanan iki orta ölçülü sekvoya böyüyür: Palata və Senatı təmsil edirlər.
Prezident (dəqiqləşdirmə)
Prezident
Prezident Kitabxanası
Prezident Kitabxanası (ABŞ)
Prezident Sarayı
Prezident sarayları — Tarix boyu, Azərbaycan imperiya və dövlətlərində başçıların və onların hökumətlərinin sarayları mövcud olmuşdur, buna misal olaraq Şirvanşahlar Sarayı, Bayat qalası, Həşt-Behişt sarayı və s. nümunə göstərə bilərik (bax: Tarixi Azərbaycan dövlətlərinin rəsmi sarayları). AXC dövründən başlayaraq bugünə qədər Azərbaycan Respublikası Prezidenti və Hökumətinin rəsmi dövlət sarayları mövcuddur və istifadəsinə görə bir-neçə yerə bölünür: Rəsmi İqamətgah Prezident Administrasiyası və İşlər İdarəsi Qonaqqarşılama Sarayı Ziyafət və şənlik imarətləri İstirahət iqamətgahları (paytaxtda və bölgələrdə) Prezident sarayı (Türkiyə) — Türkiyənin paytaxtı Ankarada yerləşən və 2014-cü ildən Türkiyə prezidenti tərəfindən istifadə edilən rəsmi prezident sarayı.
Prezident rejimi
Prezident üsulu idarəetmə də adlandırılan bu rejim, parlamentar sistemdən xeyli fərqlənir. Prezident rejiminin başlıca xüsusiyyətlərini bu şəkildə sıralaya bilərik: Prezident rejimi, bərk/qatı bir hakimiyyətlər ayrılığı prinsipinə söykənir. Qanunvericilik və icra hakimiyyətləri bir-birindən qəti xəttlərlə ayrılmışdır. İcra etmə, xalqın seçdiyi Başçı, qanunuma isə Konqres tərəfindən yerinə yetirilər. Dövlət Başçısı, icra vəzifəsini tək başında əlində məbləğ. Başçı, həm dövlət başçısı, həm hökumət başçısı vəzifəsini icra edər. Prezident rejimində, parlamentar rejimdəkinin əksinə icra etmənin yasamayı dağıt/paylaması, yasamanın da icra etməyi salması imkanı yoxdur. Qanunvericilik və icra arasındakı əlaqələrdə qopuqluğu aradan qaldırmaq üzrə, bir "yoxlama və tarazlıq sistemi" inkişaf etdirilmişdir. İcra etmənin bəzi əməliyyatları, məsələn üst səviyyə idarəçilərinin təyin edilməsi Senatın təsdiqini tələb edir. Buna qarşılıq, Başçının da yasamadan keçən qanunları veto etmə səlahiyyəti var.
Prezident respublikası
Prezident üsulu idarəetmə də adlandırılan bu rejim, parlamentar sistemdən xeyli fərqlənir. Prezident rejiminin başlıca xüsusiyyətlərini bu şəkildə sıralaya bilərik: Prezident rejimi, bərk/qatı bir hakimiyyətlər ayrılığı prinsipinə söykənir. Qanunvericilik və icra hakimiyyətləri bir-birindən qəti xəttlərlə ayrılmışdır. İcra etmə, xalqın seçdiyi Başçı, qanunuma isə Konqres tərəfindən yerinə yetirilər. Dövlət Başçısı, icra vəzifəsini tək başında əlində məbləğ. Başçı, həm dövlət başçısı, həm hökumət başçısı vəzifəsini icra edər. Prezident rejimində, parlamentar rejimdəkinin əksinə icra etmənin yasamayı dağıt/paylaması, yasamanın da icra etməyi salması imkanı yoxdur. Qanunvericilik və icra arasındakı əlaqələrdə qopuqluğu aradan qaldırmaq üzrə, bir "yoxlama və tarazlıq sistemi" inkişaf etdirilmişdir. İcra etmənin bəzi əməliyyatları, məsələn üst səviyyə idarəçilərinin təyin edilməsi Senatın təsdiqini tələb edir. Buna qarşılıq, Başçının da yasamadan keçən qanunları veto etmə səlahiyyəti var.
Prezident sarayları
Prezident sarayları — Tarix boyu, Azərbaycan imperiya və dövlətlərində başçıların və onların hökumətlərinin sarayları mövcud olmuşdur, buna misal olaraq Şirvanşahlar Sarayı, Bayat qalası, Həşt-Behişt sarayı və s. nümunə göstərə bilərik (bax: Tarixi Azərbaycan dövlətlərinin rəsmi sarayları). AXC dövründən başlayaraq bugünə qədər Azərbaycan Respublikası Prezidenti və Hökumətinin rəsmi dövlət sarayları mövcuddur və istifadəsinə görə bir-neçə yerə bölünür: Rəsmi İqamətgah Prezident Administrasiyası və İşlər İdarəsi Qonaqqarşılama Sarayı Ziyafət və şənlik imarətləri İstirahət iqamətgahları (paytaxtda və bölgələrdə) Prezident sarayı (Türkiyə) — Türkiyənin paytaxtı Ankarada yerləşən və 2014-cü ildən Türkiyə prezidenti tərəfindən istifadə edilən rəsmi prezident sarayı.
Vitse-prezident
Vitse-prezident (ing. Vice President) — hökumətin icraedici strukturunda əhəmiyyətinə görə prezidentdən sonra ikinci məsul şəxs hesab olunur. Vitse-prezidentin əsas funksiyası ondan ibarətdir ki, o, prezidentinin vəfatı, istefası və ya hakimiyyətdən uzaqlaşdırılması hallarında prezidenti əvəz edir. Vitse-prezidenti həm də Milli Məclisə də rəhbərlik etdiyi üçün onun hakimiyyətin icraedici, yoxsa qanunverici qoluna mənsub olması mübahisəlidir.
Prezident (film, 2007)
Prezident (film, 2014)
Prezident (ing. The President) Möhsün Məxməlbafın rejissorluğu ilə 2014-cü ildə yayımlanan dram janrında filmdir. Filmin premyerası Venesiya Film Festivalının açılış bölməsinində 27 Avqust 2014-cü ildə ekranlaşdırılmışdır. Əlli gürcü aktyoru və çoxlu sayda iştirakçı həmçinin müxtəlif yer və mənzərələrdə çəkilişlər aparılmışdır. Diktator inqilabdan sonra nəvəsi ilə birlikdə qaçmağa məcbur olur. Diktator və nəvəsi film boyunca ölkə daxilində insanlara etdiyi zülmü başa düşür. Əslində bu film bir diktatorun cəmiyyətə təsirini və əksinə fərdin diktatora çevrilməsində cəmiyyətin rolunu göstərir. Möhsün Məxməlbafın rejissorluğu ilə 2014-cü ildə yayımlanan dram janrında filmdir. Filmin premyerası Venesiya Film Festivalının açılış bölməsinində 27 Avqust 2014-cü ildə ekranlaşdırılmışdır. Əlli gürcü aktyoru və çoxlu sayda iştirakçı həmçinin müxtəlif yer və mənzərələrdə çəkilişlər aparılmışdır.
Prezident Administrasiyası (Azərbaycan)
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası — Azərbaycan Respublikası Prezidentinin Konstitusiya səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını təmin edən rəsmi qurum. Administrasiyaya ümumi rəhbərliyi isə ölkə prezidenti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını Azərbaycan Respublikasının Prezidenti təşkil edir və onun rəhbərini təyin edir. Məqsəd Konstitusiya səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını təmin etməkdir. Milli Məclisə təqdim olunan qanun layihələrini, Prezidentin fərman, sərəncam, tapşırıq və müraciətlərinin, habelə digər sənədlərin layihələrini Prezident Administrasiyası hazırlayır; qəbul olunmuş qanunların, Prezidentin fərman, sərəncam və tapşırıqlarının yerinə yetirilməsinə nəzarət edir, yoxlayır və dövlət başçısına müvafiq məruzələr təqdim edir. Administrasiya Prezidentin respublikadakı siyasi partiya, ictimai birlik, həmkarlar və yaradıcı ittifaqları ilə, habelə xarici ölkələrin dövlət orqanları və vəzifəli şəxsləri, yerli və xarici siyasi, ictimai xadimlər, beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrini təmin edir. Administrasiyada ölkədə və dünyada baş verən sosial-iqtisadi, siyasi və hüquqi proseslər haqqında məlumatlar, yerli özünüidarə orqanlarının, ictimai təşkilatların və vətəndaşların müraciətləri, təklifləri təhlil olunur və Prezidentə müvafiq məruzələr hazırlanır. Administrasiyaya ümumi rəhbərliyi Azərbaycan Respublikası Prezidenti həyata keçirir. Administrasiyanın işinə bilavasitə rəhbərlik funksiyalarını isə Administrasiyanın rəhbəri yerinə yetirir. Hal-hazırda administrasiyaya Samir Nuriyev rəhbərlik edir.
Prezident Azadlıq medalı
Prezident Azadlıq medalı (ing. Presidential Medal of Freedom) — Amerika Birləşmiş Ştatlarının prezidenti tərəfindən vətəndaşlara təqdim edilən iki ən yüksək mükafatdan biri. Medal 1945-ci ildə 33-cü ABŞ prezidenti Harri Trumen tərəfindən İkinci dünya müharibəsində xidmətlərə görə təltif edilmək üçün təsis edilmişdir. 1963-cü ildə 35-ci ABŞ prezidenti Con Kennedi tərəfindən medalın təltif dairəsi genişləndirilmişdir. Medal adətən ildə bir dəfə, 4 iyun - ABŞ-nin müsəqillik günü təltif edilir.
Prezident Kitabxanası (Azərbaycan)
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası 2003-cü ildə respublikanın iki zəngin kitabxanasının bazasında yaradılmışdır. Onlardan biri vaxtilə Azərbaycan KP MK-nın S. M. Kirov adına Siyasi Maarif Evinin Kitabxanası, ikincisi isə Mərkəzi Şəhər Kitabxanası (keçmiş V. İ. Lenin adına Mərkəzi Kitabxana) idi. 1920-ci ildə Bakı Partiya Komitəsinin nəzdində yaradılmış Mərkəzi Partiya Kitabxanası 1934-cü ildə Azərbaycan KP MK S. M. Kirov adına Siyasi Maarif Evinin tərkibinə verildi. O zamandan etibarən ölkənin partiya kitabxanaları şəbəkəsinin əsas kitabxanası olan Siyasi Maarif Evinin Kitabxanası sovet dövrünün sonuna kimi fəaliyyət göstərdi. Mərkəzi Şəhər Kitabxanası da (keçmiş V. İ. Lenin adına Mərkəzi Kitabxana) Bakının zəngin tarixə malik ictimai kitabxanalarından biri olmuşdur və fəaliyyətə başlaması 1870-ci ilə təsadüf edir. Sovet dövründə bu kitabxana Bakı Xalq Maarif Şöbəsinin dekreti ilə Mərkəzi Kitabxanaya çevrildi. Bu kitabxana göstərdiyi kitabxana-bibioqrafiya xidmətinin yüksək səviyyəsi, kütləvi tədbirlərin keçirilməsi sahəsində fəallığı ilə seçilirdi. Siyasi Maarif Evi Kitabxanasının və Mərkəzi Şəhər Kitabxanasının fondu əsasında yaradılan, həmin kitabxanaların ən yaxşı ənənələrini davam etdirən Prezidentin Kitabxanası az bir zaman ərzində öz tələbatçılarına yüksək keyfiyyətli kitabxana-biblioqrafiya və informasiya xidməti göstərməyə başladı. 2004-cü il dekabr ayının 17-də Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Kitabxanada olmuş, burada görülmüş işlərlə maraqlanmış və əməkdaşlara dəyərli tövsiyələr vermişdir. 2005-ci il dekabr ayının 9-da isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Kitabxanaya İşlər İdarəsinin sektoru statusu verilmişdir.
Prezident Sarayı (Dəməşq)
Prezident Sarayı (قصر الرئاسي əl-qəṣr ər-riasī) və ya Xalq Sarayı (قصر الشعب qəṣr əş-şə‘b) — Suriya Ərəb Respublikasında prezident sarayı.
Prezident ovu (roman)
"Prezident ovu" - Çingiz Abdullayev tərəfindən yazılmış roman. Dronqo öz rəhbərliyindən son dərəcə çətin bir tapşırıq alır: sızan məlumatlara görə, Latın Amerikasında fəaliyyət göstərən cinayətkar təşkilat şərti 'X günü' adlı dəhşətli bir aksiya hazırlamaqdadır. Lakin təşkilatın konkret harada yerləşdiyi və aksiyanın nə məqsəd güddüyü, onun nə zaman və hansı ölkədə həyata keçiriləcəyi dəqiq bilinmir. Bu səbəbdən də Dronqo İnterpolun məxfi agentlərinin müşayiəti altında Riçard Saunders adıyla fəaliyyətə başlamalı olur. Riçard Saundersə müxtəlif ölkələrdə çalışmaq və təşkilatın izinə düşüb planlaşdırılan aksiyanın qarşısını almaq lazım gəlir. İlk başda nə qədər ağlasığmaz görünsə də, yüksək peşəkarlığa malik olan Dronqo bu çətin vəzifəni məharətlə yerinə yetirir. Təbii ki, bu asan başa gəlmir. Prezident ovuna çıxan və qanlı caynaqları hər yerə uzanan narkomafiya öz niyyətini yerinə yetirmək məqsədilə Dronqonun ölümünə hökm verir və peşəkar muzdlu qatillər dünyanın hər bucağında — Stokholmda, Vyanada, Afinada, Romada, Rio-de-Janeyroda, Asunsonda, Santyaqoda, Buenos-Ayresdə, Nyu-Yorkda Dronqonun özünün ovuna çıxırlar. Buna görə də müxtəlif adlar altında çalışmağa məcbur qalan Dronqo bir neçə dəfə ölüm təhlükəsindən möcüzə nəticəsində xilas olur. Amma o həqiqətən xilas olurmu?
Prezident sarayı (Azərbaycan)
Prezident sarayı — Bu binada Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və İşlər İdarəsinin yerləşir. Azərbaycan Respublikasının Prezident sarayı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və İşlər İdarəsinin yerləşdiyi inzibati binadır. Prezident sarayı əvvəllər Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi adlanırdı. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən və Azərbaycan SSR-in institusional strukturları ləğv olunduqdan sonra bu bina ali hakimiyyət iqamətgahı statusunu saxlamış və hakimiyyət orqanlarının yeni adlarına müvafiq olaraq, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası adlanmağa başlamışdır. 2005-ci ildə bu bina özünün yüksək rəmzi mənasını haqlı olaraq vurğulayan yeni ad almışdır – Prezident sarayı. Bu ad hakimiyyət haqqında ictimai təsəvvürdə baş vermiş irəliləyişi əks etdirirdi. Azərbaycan SSR-də (1920–1991) dövlətin əsas binasının adı – Kommunist Partiyasının Mərkəzi Komitəsi – idarəetmə anlayışlarının əhatə dairəsi ilə əlaqələndirilir və partiya-dövlət vəzifələrinin mexanizmini əks etdirirdi. Hakimiyyət Aparat ilə eyniləşdirilirdi. Bu təsəvvürdə mənfi məna yox idi, çünki hakimiyyət barədə təsəvvür təşkilat, qayda, intizam, mexanizm, paternalizm, sosiallıq kimi konsensus xarakterli dəyərlərə əsaslanırdı. Azərbaycan Respublikasında hakimiyyətin simvolikası və onun dəyərlər məcmusu müəyyən dəyişikliklərə məruz qalmışdır.
Prezident sarayı (Maqas)
Maqas şəhərində Prezident sarayı (inquş Мехкдаь Гӏала) — İnquşetiyanın paytaxtı Maqas şəhərində yerləşir. İnquşetiya prezidentinin rəsmi iqamətgahıdır və burada respublika rəhbərliyi fəaliyyət göstərir. Saray, müasir Maqas şəhərinin və onun simvolu olan ilk obyektdir. Prezident Sarayı İdris Zyazikov prospektində, Alaniya Meydanı və "Maqas Tower" (Barışıq qülləsi) ilə üzbəüz yerləşir. Binanın həyətinin solunda və sarayın əsas girişində Xalq Məclisinin binası — İnquşetiya Parlamenti, sağda — İnquşetiya Respublikası Hökumətinin binası yerləşir.. İnquşetiyanın yeni paytaxtının inşası üçün ilk daşın qoyulması 23 fevral 1994-cü ildə baş verdi. Bununla əsas binası Prezident Sarayı olan paytaxtın dövlət-inzibati kompleksinin inşasına başlandı. Onun möhtəşəm açılışı 31 oktyabr 1998-ci ildə baş tutdu. Beləliklə, saray Maqas şəhərinin ilk inzibati binası oldu. Beləliklə, Prezident sarayı İnquşetiyanın paytaxtının mərkəzi meydanının əsas bəzəyidir.