Ekzarasiya
Ekzarasiya (lat. exaratio — qazımaq) — hərəkət edən buzlağın süxurları dağıtmasına və qırıntı materiallarını buzlağın kənarına və ya ucuna çıxarmasına deyilir. Ekzarasiya zamanı buzlaq öz yatağını təşkil edən süxurları dağıdır və dağılma məhsullarını valun, çaqıl, qum, gil, buzlaq südü şəklində buzlağ kənarına aparıb çıxarır. Ekzarasiya nəticəsində dağlarda troqlar, düzənlikdə isə "qoç alnı", "qıvrım qayalar", buzlaq şırım və cizgiləri və b. əmələ gəlir, eyni zamanda süxurların cilalanması və pardaxlanması da baş verir.
Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.