EMANSİPASİYA

(latın emancipatio-hərfi mənası: ata hakimiyyətindən oğlunu formal olaraq azad edilməsi) asılılıqdan və tabelikdən, əsarətdən (zülmətdən) alçalmalardan, mövhumatdan (xürafatdan) və bütün əskiliklərdən, köhnəliklərdən azad edilməsi, bərabərhüquqluğun, sərbəstliyin (müstəqilliyin) verilməsi. Həmin termin bir qayda olaraq, qadınlara sərbəstlik və bərabərhüquqluluq verilməsi mövzusunda istifadə edilir; qadınların ailə və ictimai təzyiqdən azad edilməsi, kişilərlə bərabər iqtisadi, siyasi hüquqların verilməsi mənasını daşıyır və buna – “qadınların emansipasiyası” deyilir. E.-nın məğzi ondan ibarətdir ki, o (E.), insana ləyaqətli, məziyyətli münasibət göstərilməsini tələb edir, insani münasibətləri tərənnüm edir. İnsana layiq olan quruluş, yalnız demok-ratiyadır, hansının ki, ali məqsədi insanlara geniş və bərabər hüquqların verilməsindən, müxtəlif təhdidlərdən azad olunmasından, insanın hərtərəfli inkişaf etməsindən ötrü hər cür şəraitin yaradılmasından və s. ibarətdir.
ELEKTORAT
EMİQRASİYA
OBASTAN VİKİ
Emansipasiya
Emansipasiya (lat. emancipatio - asılılıqdan azad olunma) — asılılıqdan azadlıq, məhdudiyyət olmaması, hüquqlarda bərabərləşdirilmə. Yəni 16 yaşlı həddi-buluğa çatmayan şəxsin mülki fəaliyyət qabiliyyətli şəxs elan edilməsi. 16 yaşı tamam olmuş yetkinlik yaşına çatmayan əmək müqaviləsi üzrə işləyirsə və ya valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, tam fəaliyyət qabiliyyətli sayıla bilər. Hər iki valideynin, övladlığa götürənlərin və ya qəyyumun razılığına əsasən qəyyumluq və himayəçilik orqanının qərarı ilə, belə razılıq olmadıqda isə məhkəmənin qərarı ilə yetkinlik yaşına çatmayan tam fəaliyyət qabiliyyətli sayılır.

Значение слова в других словарях